İslam
Həmrəyliyi İdman Federasiyası Azərbaycanın
İslamiadanı uğurla keçirəcəyinə əmindir
İlham
Əliyev “Bakı-2017” ilə bağlı beten hazırlıq
işləribib görüldüyünü bəyan etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudu qəbul edib.
AZƏRTAC xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda uğurla keçiriləcəyinə əminliyini ifadə edən Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud bu böyük idman tədbirində 3000-dən artıq idmançının iştirakının önəmini vurğuladı.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səuda IV İslam Həmrəyliyi Oyunları ilə bağlı verdiyi dəstəyə görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün hazırlıq işlərinin görüldüyünü, Azərbaycanın qardaş ölkələrdən çoxsaylı idmançıları qəbul etməyə hazır olduğunu məmnunluqla qeyd etdi.
Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud son vaxtlar Səudiyyə Ərəbistanından Azərbaycana səfər edən turistlərin sayının artdığını məmnunluqla qeyd etdi və ölkəmizdə turizmin inkişafı üçün bütün lazımi imkanların mövcud olduğunu bildirdi.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanından Azərbaycana səfər edən turistlərin sayının bir neçə dəfə artdığını vurğulayaraq, bunun ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi işinə töhfə verdiyini dedi.
Azərbaycan
ilə münasibətlərin ölkəsi üçün
mühüm əhəmiyyət
daşıdığını deyən Şahzadə Abdullah bin Mosaad
bin Əbdüləziz Əl Səud qeyd etdi ki,
Azərbaycana hər zaman səfər edərkən
Səudiyyə Ərəbistanının rəhbərliyi ona Azərbaycanın çox
əhəmiyyətli ölkə olduğunu
bildirir və respublikamızla əlaqələri
daha da inkişaf
etdirmək barədə tapşırıq verir.
Azərbaycan.-
2017.- 6 aprel.- S. 1.