Çin Azərbaycanın Avrasiyada mühüm nəqliyyat
qovşağındakı coğrafi
üstünlüklərinə çox böyük önəm verir
25 il ərzində
Azərbaycanla Çin arasında ticarət dövriyyəsi
500 dəfə artıb
Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı
səfiri Vey Cinhua Azərbaycanla
Çin arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi münasibətilə
AZƏRTAC-a məxsusi
müsahibə
verib.
Müsahibəni təqdim
edirik.
- Ölkələrimiz
arasında diplomatik münasibətlərin qurulmasının
25 ili tamam
olur. Siyasi, iqtisadi və
humanitar sahələrdə
Azərbaycanla Çinin
qarşılıqlı münasibətlərinin
keçdiyi yolu necə qiymətləndirirsiniz?
- Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin
qurulduğu 25 il ərzində istər beynəlxalq arenada, istərsə də hər iki ölkədə
hadisələrin müxtəlif
istiqamətlərdə cərəyan
etməsindən asılı
olmayaraq, Azərbaycan-Çin
əlaqələri həmişə
sağlam məcrada inkişaf edib, həyatiliyini qoruyub saxlayıb. Siyasi sahədə Çin
tərəfi daim Azərbaycanın müstəqilliyini,
suverenliyini və ərazi bütövlüyünü
dəstəkləyir, eyni
zamanda, Azərbaycan xalqının bu ölkənin milli dəyərlərinə əsasən
seçmiş olduğu
inkişaf yoluna hörmətlə yanaşır.
Azərbaycan tərəfi Çinin
Tayvan, Tibet, Sincan-Uyğur
Muxtar Rayonu ilə bağlı məsələlərdə bu
ölkənin mövqeyini
qətiyyətli şəkildə
dəstəkləyir. Birləşmiş Millətlər Təşkilatı
və digər çoxtərəfli beynəlxalq
çərçivədə ölkələrimiz arasında
yaxın əməkdaşlıq
əlaqələri mövcuddur.
İki ölkə arasında yüksək səviyyəli
əlaqələr bu gün də davam etdirilir, siyasi baxımdan qarşılıqlı etimad
getdikcə dərinləşir.
1994-cü, 2005-ci və
2015-ci illərdə Azərbaycanın
müvafiq dövrlərdəki
prezidentləri Çinə
səfərlər ediblər.
2000-ci ildə isə Ümumçin Xalq Nümayəndələri
Məclisinin Daimi Komitəsinin sədri Li
Pen Azərbaycana səfər
edib.
Hazırda Çin-Azərbaycan əlaqələri
sürətli inkişaf
mərhələsinə daxil
olub. 2015-ci ilin dekabrında
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri
çərçivəsində Çin Xalq Respublikasının Sədri
Si Cinpin ilə “İpək Yolu İqtisadiyyat Kəməri”nin yaradılmasının
birgə təşviqinə
dair Anlaşma Memorandumu imzalanıb. Bu, iki ölkə
arasında münasibətləri
daha da gücləndirib.
2016-cı ilin may və
iyun aylarında Çin Xalq Respublikası Dövlət
Şurası Sədrinin
birinci müavini Can Qaolinin rəhbərlik etdiyi nümayəndə heyəti, Kommunist Partiyası Siyası Şurasının üzvü,
Mərkəzi Komitəsinin
siyasi və hüquqi məsələlər
komissiyasının katibi
Menq Ciancu Azərbaycanda səfərdə
olublar. Tərəflər praqmatik əməkdaşlıq,
təhlükəsizlik sahəsində
əlaqələr haqqında
fikir mübadiləsi aparıblar. Altı ay ərzində
iki ölkənin nümayəndələri üç
dəfə səfər
ediblər. Bu səfərlər ölkələrimizin
münasibətlərinin yüksək
səviyyədə olmasından
xəbər verir.
İqtisadiyyat sahəsində də Çin və Azərbaycan arasında əməkdaşlıq durmadan
inkişaf edir. Əgər
1992-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi
1,5 milyon ABŞ dolları təşkil edirdisə, bu göstərici 2016-cı ildə
500 dəfə artaraq
770 milyon ABŞ dollarına
çatıb. Dünya iqtisadiyyatının
inkişaf tempinin azalmasına, dünya bazarında neftin qiymətinin aşağı
düşməsinə baxmayaraq,
Çin ilə Azərbaycan arasında ticarət həcmi 15 faiz artıb. Hazırda Çin Azərbaycanın beş böyük ticarət tərəfdaşından
biridir. Bu, iki
ölkə arasında
ticari əməkdaşlığın
yüksək səviyyədə
olmasının göstəricisidir.
Çin
ilə Azərbaycan arasında nəqliyyat, rabitə, kənd təsərrüfatı, tikinti,
maşınqayırma, yüngül
sənaye və digər sahələrdə
uğurlu əməkdaşlıq
qurulub.
25 il
ərzində ölkələrimiz
arasında humanitar əlaqələr də inkişaf edib. Azərbaycanda iki Konfutsi İnstitutu fəaliyyət
göstərir. Sizin ölkədə
Çin dilinə maraq getdikcə artır. 2001-ci ildə Çinin Cizian əyalətinin Çücou şəhəri
və Azərbaycanın
Sumqayıt şəhəri
qardaşlaşıb.
- Azərbaycan-Çin
münasibətlərinin perspektivini
necə görürsünüz?
-Hazırda
Çin-Azərbaycan əlaqələri
yeni tarixin başlanğıc nöqtəsindədir
və ikitərəfli
əlaqələrin inkişafı
baxımından nadir tarixi
fürsətlər mövcuddur. Bir müddət əvvəl,
Çin Xalq Respublikasının Sədri
Si Cinpin, Çin Xalq Respublikasının Baş naziri Li Keçian və digər dövlət nümayəndələrindən Azərbaycan–Çin diplomatik
əlaqələrinin 25-ci ildönümü
münasibətilə təbrik
məktubları almışıq.
Təbrik məktubunda bildirilir
ki, Çin Azərbaycanla əlaqələrinə
çox böyük önəm verir. Çin tərəfi iki ölkə arasında diplomatik əlaqələrin
qurulmasının 25 illiyini
yaxşı fürsət
kimi dəyərləndirərək,
ölkələrimizin mövcud
əməkdaşlığının dostluq bazasının daha da möhkəmləndirilməsini
istəyir.
- Azərbaycan Prezidenti
İlham Əliyevin
2015-ci ilin dekabrında
Çin Xalq Respublikasına dövlət
səfəri zamanı
imzalanmış sənədlər
necə reallaşdırılır?
- Prezident İlham Əliyevin Çinə dövlət
səfərindən sonra
ölkələrimiz arasında
ikitərəfli praqmatik
əməkdaşlıq hərtərəfli
inkişaf etməkdədir.
Gələcəkdə Azərbaycana investisiya
yönəldən Çin
şirkətlərinin sayı
artacaq. Həyata keçirilən qarşılıqlı rəsmi
səfərlər zamanı
imzalanan müqavilələr
iki ölkənin əlaqələrinin inkişafında
mühüm rol oynayır. Çin və Azərbaycan
arasında əməkdaşlığın
bütün sahələrdə
daha da genişlənməsi
üçün böyük
potensial mövcuddur.
Hazırda nəqliyyat, kənd
təsərrüfatı, rabitə
və bir çox digər sahələrdə irəliləyiş
müşahidə olunur.
2016-cı il baramaçılıq sahəsində
əməkdaşlığın inkişafı və Çin müəssisələri
tərəfindən Azərbaycan
şərabının idxalı
ilə yadda qalıb. Gələcəkdə praqmatik əməkdaşlığın
daha da inkişaf
etməsində, böyük
layihələrin həyata
keçirilməsində və
real nəticələrin əldə
olunmasında qərarlıyıq.
- “İpək Yolu
İqtisadiyyat Kəməri”
layihəsinin həyata
keçirilməsində Azərbaycanın
rolunu necə qiymətləndirirsiniz?
- Azərbaycan ilk
günlərdən “İpək
Yolu İqtisadiyyat Kəməri”nin yaradılması təşəbbüsünə
dəstək verib. Azərbaycan coğrafi mövqeyi baxımından "İpək
yolu” layihəsi üçün çox mühüm ölkə statusundadır. 2015-ci il aprelin 4-də Azərbaycan Asiya İnfrastruktur İnvestisiya
Bankına təsisçi
üzv ölkə kimi qoşulub və iyul ayında
Şanxay Əməkdaşlıq
Təşkilatının Dialoq
üzrə Tərəfdaşı
olub. Çin tərəfi Azərbaycanın
nəqliyyat infrastrukturu
layihələrində irəli
sürdüyü təşəbbüsü
və yaxından iştirakını yüksək
qiymətləndirir, həmçinin
“İpək Yolu İqtisadiyyat Kəməri”
layihəsi çərçivəsində
Azərbaycanla hərtərəfli
əlaqələri inkişaf
etdirməkdə, İpək
yolu xətti boyunca yerləşən digər ölkələrin
inkişafında maraqlıdır.
- Bu il Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması gözlənilir.
Bu tranzit marşrutundan
istifadə edilməsinə
dair Çinin hansı planları var?
- 2015-ci ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri
zamanı iki ölkə arasında nəqliyyat sahəsində
bir sıra hüquqi sənədlər
imzalanıb. Bu, iki ölkənin müəssisələri arasında
əməkdaşlıq uçun
çox gözəl imkanlar yaradıb. Çin Azərbaycanın Avrasiyada
mühüm nəqliyyat
qovşağındakı coğrafi
üstünlüklərinə böyük önəm verir. Çin tərəfinin dəstəyi
ilə 2017-ci ilin fevralında Azərbaycan Pekində Bak-Tbilisi-Qars dəmir yolu tranzit marşrutu
layihəsi və Transxəzər Beynəlxalq
Nəqliyyat Marşrutunun
təqdimat mərasimini
təşkil edib və yaxşı nəticələr də əldə olunub. Ümid edirəm ki, bu marşrut üzrə Çin–Azərbaycan
və bu xətt boyunca olan digər ölkələrin iqtisadi
əməkdaşlıq əlaqələri
daha da inkişaf
edəcək.
- İKT, kənd təsərrüfatı,
turizm sahələrində
Azərbaycan-Çin əməkdaşlığı
nə kimi perspektivə malikdir?
- İri
kənd təsərrüfatı
ölkəsi kimi, əkinçilik və kənd təsərrüfatının
bir çox digər sahələrində
böyük təcrübəyə
malik olan Çin bu sahədə
Azərbaycan tərəfi
ilə əlaqələr
qurmaqda maraqlıdır. Azərbaycanın zəngin təbii sərvətləri, əlverişli
torpaq-iqlim şəraiti
kənd təsərrüfatının
inkişafı üçün
çox əlverişlidir.
İki ölkə arasında əkinçilik, istehsal, kənd təsərrüfatı
məhsullarının emalı,
həmçinin ipəkçilik
sahəsində əməkdaşlıq
üçün böyük
potensial var. Azərbaycanda
yüksək keyfiyyətli
meyvə-tərəvəz məhsulları,
şərablar istehsal
olunur. Çin tərəfi Azərbaycandan
bu kimi məhsulların
idxalında və kənd təsərrüfatı
sahəsində qarşılıqlı
investisiya qoyuluşunun
həyata keçirilməsində,
iqtisadi və texnoloji əməkdaşlığı
dəstəkləyir.
Azərbaycan qədim İpək Yolu üzərində yerləşən önəmli
ölkələrdəndir, zəngin turizm ehtiyatları var. Ölkələrimizin
mədəniyyət əlaqələrinin
daha da inkişaf
etməsinin nəticəsi
olaraq, son illər Azərbaycana səyahət
edən çinli turistlərin sayı artmaqdadır.
- Azərbaycan
sənayenin inkişaf
etdirilməsi kursu götürüb, bütün
ölkədə sənaye
parkları yaradılır.
Azərbaycan sənayesində Çinin iştirak planları nədən ibarətdir?
- Çin tərəfi öz müəssisələrinin Azərbaycanda
yaradılan sənaye parklarında investisiya layihələrində iştirakında
maraqlıdır. Sənaye
parklarının yaradılması sahəsində Çinin zəngin təcrübəsi var. Azərbaycan sənayesinin inkişafı üçün ölkəmizin bu sahə ilə bağlı əlaqədar
orqanları ölkənizlə sənaye parklarının
inşası, təcrübə mübadiləsinin
aparılmasına hazırdır.
Azərbaycan.-
2017.- 6 aprel.- S.6.