Azərbaycan Respublikası Hökuməti ilə
Türkiyə Respublikası Hökuməti arasında
Türkiyə Respublikasında “EFES” Birgə Döyüş
Atışlı Ümumqoşun Təlimi
zamanı Ev Sahibi
Ölkənin Dəstəyinə dair Texniki Razılaşmanın təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasında “EFES” Birgə Döyüş Atışlı Ümumqoşun Təlimi zamanı Ev Sahibi Ölkənin Dəstəyinə dair 2016-cı il avqustun 1-də Ankara şəhərində və dekabrın 3-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu fərmanın 1-ci hissəsində göstərilən Texniki Razılaşma qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Texniki Razılaşmanın qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
5 aprel 2017-ci il
Azərbaycan.- 2017.-7 aprel.- S.3.