İslamiada Azərbaycan idmanının növbəti təntənəsi olacaq

 

İlham Əliyevin böyük dəstəyi və Mehriban Əliyevanın mükəmməl təşkilatçılığı ilə “Bakı-2017” də dünyanın böyük idman hadisəsinə çevriləcək

 

Azərbaycanda idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, müasir olimpiya komplekslərinin və digər idman qurğularının kütləvi inşası nəticəsində respublikamız mötəbər beynəlxalq yarışların keçirildiyi məkan, dünyanın idman mərkəzlərindən birinə çevrilib. 2015-ci ildə Avropanın idman tarixinə qzıl hərflərlə yazılan I Avropa Oyunlarına yüksək səviyyədə evsahibliyi isə bunun bariz təcəssümüdür.

Prezident İlham Əliyevin ölkəmizin kompleks inkişafına xidmət edən siyasi xəttinin konturları həm də idman infrastrukturunun möhkəmlənməsi, genişlənməsi, yenilənməsi və idmanımızın inkişafına xidmət edən digər tədbirlərlə müşayiət olunur. Bütün bunlar dünya idman ictimaiyyətinin ölkəmizə marağını daha da artırır. Hazırda Azərbaycanda fəaliyyət göstərən 40-dan çox müasir olimpiya idman kompleksi, beynəlxalq standartlara cavab verən idman infrastrukturları istənilən beynəlxalq mötəbər yarışın ölkəmizdə keçirilməsinə imkan verir. Beynəlxalq idman təşkilatlarının istəyi ilə respublikamızda onlarla Olimpiya lisenziyalı beynəlxalq turnirlər, mötəbər yarışlar, dünyaAvropa çempionatları keçirilir. Dünya idmanOlimpiya aləmi Azərbaycanda gedən prosesləri çox böyük maraqla və təqdirlə izləyir.

Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu idman siyasəti və idmançılarımızın qazandıqları nailiyyətlər sayəsində ölkəmiz beynəlxalq səviyyədə nüfuzlu idman dövlətlərindən biri kimi qəbul olunur. Dövlət tərəfindən hərtərəfli qayğı göstərilən idmançılarımız da bu etimadı layiqincə doğruldurlar. Elə bir mötəbər yarış yoxdur ki, orada ölkəmizi təmsil etməsinlər, medalmükafatlar gətirməsinlər. Bu həm də müstəqil Azərbaycan dövlətinin gücünü, idmançılarının vətənpərvərliyini göstərir.

I Avropa Oyunlarının standartlarını müəyyənləşdirən, Avropaya səs salan Azərbaycan gələn ay daha bir möhtəşəm idman yarışına evsahibliyi edəcək. Bu dəfə İslam dünyasının diqqəti Azərbaycana yönələcək və ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları baş tutacaq.

İslam aləmində özünəməxsus mövqeyə malik Azərbaycanın mövcud potensialı və gerçəkləşdirdiyi genişmiqyaslı müasir infrastruktur layihələri idman oyunlarının sağlam rəqabət və dostluq şəraitində təşkili üçün əlverişli zəmin yaradır. Uğurla başa çatmış ilk Avropa Oyunlarının ardınca eyni məkanda növbəti İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışların keçirilməsi Azərbaycanın tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsi olmaqla yanaşı, onun idman şöhrətini artıraraq, beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək. Azərbaycan dövləti üzərinə götürdüyü daha bir missiyanı uğurla gerçəkləşdirəcək. Bunu əminliklə söyləməyimizin səbəbi odur ki, artıq Azərbaycanın hətta Yay Olimpiya Oyunları keçirmək təcrübəsi, potensialı və gücü var. Çünki ölkəmiz

I Avropa Oyunlarına yüksək səviyyəli evsahibliyi və təşkilatçılığı ilə bunu bir daha sübuta yetirib.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycanın Birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın sədirliyi ilə I Avropa Oyunlarının Təşkilat Komitəsi üzərinə götürdüyü vəzifənin öhdəsindən layiqincə gələrək təşkilatçılığın mükəmməl Azərbaycan nümunəsini dünyaya nümayiş etdirdi. Oyunların Azərbaycanda keçirilməsi həm də bizə əvəzedilməz təcrübə qazandırdı. İdman ictimaiyyətinin nümayəndəsi kimi deyə bilərəm ki, ölkəmizdə keçirilmiş bir çox qlobal tədbirlərin, idman yarışlarının təşkilində Mehriban xanım Əliyevanın xüsusi rolu var. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi məhz onun təşkilatçılığı ilə mümkün olmuşdur.

İki il yarım ərzində Avropa Oyunlarını yay olimpiya oyunları səviyyəsində keçirmək həqiqətən də böyük nailiyyət idi. Bütün dünya şahiddir ki, I Avropa Oyunları tarixdə ən yüksək səviyyədə keçirilmiş mötəbər idman tədbirlərindən biri olmuşdur. Fəxrlə deyə bilərik ki, tarixdə ilk dəfə keçirilən I Avropa Oyunlarına Azərbaycan evsahibliyi etməklə ümumilikdə Avropa Oyunlarının modelini formalaşdırdı. Bununla Azərbaycan təkcə Avropa Oyunları yox, qlobal miqyaslı idman oyunlarının yeni təşkilatçılıq modelini yaratdı. Bu modeldən bu gün hər kəs yararlana bilər.

Təsadüfi deyil ki, bu il Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının təşkili də Mehriban xanım Əliyevaya həvalə edilib. Avropa Oyunlarında olduğu kimi, Təşkilat Komitəsi IV İslam Həmrəyliyi Oyunlarının da ən yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün əlindən gələni əsirgəməyəcək, bir daha dövlət başçısının və Azərbaycan xalqının yüksək etimadını doğruldacaq. Çünki ölkəmizin evsahibliyi etdiyi böyükmiqyaslı beynəlxalq idman tədbirləri Azərbaycanın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini göstərir. IV İslam Həmrəyliyi Oyunları da eyni səviyyədə hazırlanıb keçiriləcək və müstəqil Azərbaycanın tarixinə növbəti qələbə kimi daxil olacaq. IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri I Avropa Oyunlarından və digər layihələrdən heç də zəif olmayacaq.

Artıq aprelin 5-dən IV İslam Həmrəyliyi Oyunlarının “Xəzərdən başlayan su səyahəti” başlayıb. Avropa Oyunlarında Atəşgahdan götürülən rəmzi odumuzun məşəli bölgələrimizi gəzib dolaşdı. Bu dəfə isə İslam aləmində həyat mənbəyi, şəffaflıq və təmizlik rəmzi olan su Xəzərdən başlayan səyahət turunun əsas mövzusudur.

Prezident İlham Əliyev Xəzər dənizindən götürülmüş suyu özləri ilə aparmaq üçün Azərbaycanın bütün guşələrindən gəlmiş uşaqlara təqdim etdi. Ölkənin 15-dən çox tarixi şəhərini, 5 gölü, 1 su anbarını, 3 çayı, 1 bulağı, 3 şəlaləni və Xəzər dənizini əhatə edən su səyahəti bununla da 3 min kilometrdən çox məsafəni qət edəcək. Azərbaycanın müxtəlif guşələrində böyük təbii gözəlliyə malik 15 su məkanının hər birində iki atletin müşayiəti ilə yerli uşaq xüsusi mərasimdə mis qabı su ilə dolduracaq. Başlanğıcını Xəzər dənizindən götürərək bütün Azərbaycanı əhatə edəcək marşrut ölkəmizin tarixinin, mədəniyyətinin, adət və ənənələrinin nümayiş etdirilməsində əvəzsiz rol oynayacaq.

Mayın 12-dən 22-dək 57 ölkəni təmsil edən 3 mindən çox idmançı Azərbaycanda yarışacaq. Bu, İslam Həmrəyliyi Oyunları tarixində yeni rekord müəyənləşdirəcək. Ölkəmizə təşrif buyuracaq hər bir qonaq Odlar Yurdundan ən xoş xatirələrlə ayrılacaq.

Bu gün dünya birliyində özünəməxsus yeri olan Azərbaycan həm də İslam aləminin bir parçasıdır və təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən bu il ölkəmizdə “İslam həmrəyliyi ilielan olunub. Məhz “İslam həmrəyliyi ili”ndə belə bir mötəbər turnirin keçirilməsi Azərbaycanın həm siyasi, həm də idman tarixində yeni səhifə açacaq. Dövlət başçısının bu qərarı zamanın çağırışlarına cavab verən addımdır. Çünkiİslam həmrəyliyi ili” yalnız din amilini deyil, eyni zamanda müsəlman ölkələrinin həm iqtisadi, həm mədəniyyət, həm də mənəviyyat sahəsində bir-birinə dəstək olması, həmrəy olması məsələsini özündə əks etdirironlar arasında nifaq salmaq istəyənlərə bir cavabdır.

IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilməsi mərasimində çıxış edən Prezident

İlham Əliyev də vurğuladı ki, bu gün bütün müsəlman ölkələri birlik, həmrəylik nümayiş etdirməlidirlər. İslam Həmrəyliyi Oyunları həm böyük idman bayramı olacaq, həm də dostluğumuzu əks etdirəcək. Bütün müsəlman ölkələri 10 gün ərzində Bakıda öz təmsilçiləri vasitəsilə bir-biri ilə sıx əlaqələr quracaq, bir-birinin əlini sıxacaqlar: “Biz Bakıdan bütün dünyaya nümayiş etdirəcəyik ki, İslam aləmi birdirbizim birliyimiz bizim gücümüzü artırır”.

IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi, təbii ki, müstəqil Azərbaycanın müsəlman dünyasındakı nüfuzundan xəbər verir. Cənab Prezidentinqeyd etdiyi kimi, bu, böyük siyasi, mədəni tədbirdir və böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanın müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə olduğunu göstərir. İslam Həmrəyliyi Oyunları dünyaya bir daha göstərəcək ki, bu din sülh, mərhəmət və qardaşlıq dinidir, Azərbaycan isə ən mötəbər beynəlxalq yarışları keçirməyə qadir olan ölkədir.

IV İslam Həmrəyliyi Oyunları bütün Azərbaycan, eləcə də İslam dünyası üçün mötəbər idman təntənəsidir. On gün ərzində bütün İslam dünyasının nəbzi Azərbaycanda döyünəcək. Ölkəmizi 3 dəfə olimpiya oyunlarında, I Avropa Oyunları, eləcə də dünyaAvropa çempionatlarında təmsil edən hakim kimi deyə bilərəm ki, Azərbaycan idmançıları bütün beynəlxalq yarışlarda olduğu kimi, IV İslam Həmrəyliyi Oyunlarında da cənab Prezidentin və xalqımızın etimadını doğruldacaq, qələbə estafetini davam etdirəcəklər.

 

Hicran ŞƏRİFOV,

“Şöhrət” və “Olimpiyaordenli,

Prezidentin fəxri diplomçusu,

Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli hakim,

əməkdar məşqçi

 

Azərbaycan.- 2017.-8 aprel.- S.1, 4.