Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Bu il fevralın 28-də Azərbaycan
Respublikası ilə Hindistan
Respublikası arasında diplomatik
münasibətlərin qurulmasının 25-ci ildönümü
münasibətilə Zati-alinizə və Azərbaycan
Respublikasının xalqına səmimi salamlarımı
çatdırmaqdan böyük məmnunluq
duyuram.
Şadam ki, bu 25 il ərzində
ikitərəfli səmimi münasibətlərimiz
yaxşı inkişaf etmişdir. Bütün sahələrdə
genişlənən bu münasibətlərimiz və siyasi,
iqtisadi, enerji, mədəni sahələrdə əməkdaşlığımız,
habelə insanlar arasında fikir mübadiləsi
qarşılıqlı faydalı olmuş və hər iki
regionda sülh, sabitlik və inkişafa əhəmiyyətli
töhfə vermişdir.
Hindistanın Azərbaycan ilə çoxşaxəli əlaqələrinin qarşıdakı illərdə daha da möhkəmlənəcəyinə və yeni-yeni zirvələr fəth edəcəyimizə səmimiyyətlə inanır və gələcəyə ümidlə baxıram.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və firavanlıq, həmçinin Azərbaycan Respublikasının xalqına davamlı tərəqqi və rifah arzularımı çatdırmaq istərdim.
Zati-aliləri, ən dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Pranap Mukherci
Hindistan Respublikasının Prezidenti
Azərbaycan.-
2017.-8 aprel.- S.2.