Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün
xüsusi internat məktəblərində
olub
Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva sağlamlıq imkanları məhdud
uşaqlar üçün 12 və 2 saylı xüsusi internat
məktəblərində olub.
İnternat məktəblərində
təlim-tərbiyə alan uşaqlarla görüşən
Leyla Əliyeva tədris korpuslarındakı mövcud şəraitlə
tanış olub, uşaqların təhsili və asudə
vaxtlarının təşkili ilə maraqlanıb.
12 saylı internat məktəbinin
yetirmələri hazırladıqları müxtəlif bədii
proqram, şeir və rəqs nömrələri təqdim edib.
Daha sonra 2 saylı internat məktəbinə
gələn Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva ibtidai sinif və yuxarı sinif şagirdlərinin təhsil
prosesi ilə maraqlanıb.
İnternat evinin yetirmələri
müxtəlif səhnəciklər, o cümlədən vətənpərvərlik
mövzusunda kompozisiya və rəqs nömrələri ilə
çıxış edib.
Leyla Əliyeva eyni zamanda 12 və 2
saylı internat məktəblərində uşaqların
müxtəlif əl işləri ilə tanış olub.
Azərbaycan.-
2017.- 8 aprel.- S.6.