“Bakı Marafonu 2017”də iştirak üçün
artıq 6385 nəfər qeydiyyatdan keçib
Aprelin 7-də “Bakı Marafonu 2017”nin Təşkilat Komitəsinin mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunacaq “Bakı Marafonu 2017”də iştirak üçün qeydiyyat prosesi, təlimlər və yarışa hazırlıq barədə məlumat verilib.
Bakı Marafonunun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar üçün bir araya gətirməkdən ibarətdir. Marafon “Küləyə qalib gəl” şüarı altında keçirilir. Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə keçirilən layihənin icraçısı "Sport Marketing Group" (SMG) şirkətidir.
Marafon barədə “Sport Marketing Group” şirkətinin direktoru Ayaz Əhmədov məlumat verib. Bildirib ki,
marafonda iştirak üçün aprelin 7-dək
6385 nəfər qeydiyyatdan
keçib. Qeydiyyat prosesi
fevralın 10-dan başlayıb
və aprelin 20-dək
davam edəcək.
Marafonda
16 yaşdan yuxarı hər kəs - Azərbaycan və digər ölkələrin
vətəndaşları iştirak
edə bilərlər.
Qeyd olunub ki, qeydiyyat məntəqələri
“28 Mall”, “Port Baku Mall” və “Gənclik Mall” ticarət mərkəzlərində fəaliyyət
göstərir. Məntəqələr
hər gün saat 10:00-dan axşam saat 21:00-a qədər açıq olur. Onlayn qeydiyyatdan keçmək istəyənlər
isə “Bakı Marafonu 2017”nin saytına (www.bakumarathon.az) müraciət
edə bilərlər.
Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün
təyin olunmuş ödəniş məbləği
20 manatdır. Korporativ iştirakçılar isə (hər şirkətdən minimum 5 iştirakçı
olmalıdır) hər
iştirakçıya görə
100 manat ödəməlidir.
Yarımarafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər
Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, onlar qeydiyyat zamanı heç bir ödəniş etmirlər.
Diqqətə çatdırılıb ki,
marafona fəxri iştirakçılar da dəvət olunub, onların arasında tanınmış ictimai-siyasi
xadimlər, incəsənət
nümayəndələri və
idmançılar da olacaq.
“Bakı Marafonu 2017”nin Təşkilat Komitəsi marafona qoşulanlar üçün həftədə
iki dəfə pulsuz təlim-məşq təşkil edir. Hər həftənin şənbə
günü qapalı
(“Gənclik Mall”da yerləşən “Go Sport” idman
malları mağazasında),
bazar günü isə açıq hava (Dənizkənarı Milli Park və Heydər Əliyev Mərkəzinin qarşısında)
təlimləri keçirilir.
Marafon iştirakçıları
məşqlərdə “Bakı
Marafonu 2016”nın qalibi Namiq Əsədovla
birlikdə müxtəlif
isinmə-soyuma, dartınma
hərəkətləri edir,
uzun və qısa məsafəyə
qaçışa necə
hazırlaşmalı olduqlarını
öyrənirlər.
Marafonda iştirak üçün
qeydiyyatdan keçən
şəxslər hər
həftənin şənbə-bazar
günləri keçirilən
məşqlərdə iştirak
edə bilərlər.
Aprelin 30-da keçiriləcək
marafon Dövlət Bayrağı Meydanından
start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.
Yarışın fan zonası
isə Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Burada iştirakçılar, eləcə
də uşaqlar üçün xüsusi
proqramlar nəzərdə
tutulur.
“Bakı Marafonu 2017” yarışında
qaliblərin mükafatlandırılması
iki kateqoriyada – kişi və
qadınlar üzrə
aparılacaq. Kateqoriyaların
hər birində 1-ci yerin sahibi 3000 manat, 2-ci yerin sahibi 2000 manat, 3-cü yer tutan isə
1000 manat məbləğində
mükafat və hədiyyələrlə, eləcə
də medal və sertifikatlarla təltif ediləcəklər.
Bundan əlavə,
kişi və qadın kateqoriyası üzrə hər birində 3 iştirakçı
olmaqla, yarışda
4, 5 və 6-cı yerləri
qazanan 6 nəfərə
Avropa daxilində istədikləri ölkəni
seçmək imkanı
yaradılmaqla 2 nəfərlik
səyahət bileti hədiyyə ediləcək.
7-ci və 8-ci yerlərin
sahiblərinə “Bakı
Marafonu 2017”nin sponsorları tərəfindən
müxtəlif hədiyyələr,
9 və 10-cu yerlərin
sahiblərinə isə
100 manatlıq hədiyyə
kuponu veriləcək.
“Bakı Marafonu 2017”nin tərəfdaş
və sponsorları Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, SOCAR,
IDEA İctimai Birliyi,
“Regional İnkişaf” İctimai
Birliyi, “Azər Türk Bank”, “Türk Hava Yolları”, “GreenCar”, “Coca Cola”, “Huawei”,
“Alfa Romeo” şirkətləri, “GoSport” idman malları mağazasıdır.
Xatırladaq ki, Bakı Marafonu ilk dəfə 2016-cı il mayın 1-də təşkil olunub və 7000 nəfərdən
çox iştirakçısı
olub.
Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın da iştirak etdiyi ilk marafona Azərbaycan vətəndaşları
ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan
500-dək əcnəbi, İspaniya,
Fransa, Qazaxıstan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran,
Hindistan, Çexiya və digər ölkələrin Azərbaycanda
fəaliyyət göstərən
səfirliklərinin nümayəndələri
qoşulmuşdu. Yarışda, həmçinin Avstriya, Almaniya, İspaniya, Fransa, Rusiya, Böyük Britaniya, Birləşmiş Ərəb
Əmirlikləri, Keniya
və digər dövlətlərdən iştirak
edənlər olub.
Daha sonra “Bakı Marafonu 2016”nın qalibi Namiq Əsədov yarış barədə təəssüratlarını bölüşüb.
Qeyd edək ki, “Bakı Marafonu 2017”dən toplanan vəsait Heydər Əliyev Fondunun uşaq evləri üzrə həyata keçirdiyi layihəyə yönəldiləcək.
Sonda suallar cavablandırılıb.
Azərbaycan.
- 2017.- 8 aprel.- S.6.