“Məhkəmə quruluşunda bəzi
dəyişikliklər, hakimlərin ümumi
sayı və məhkəmələrin ərazi
yurisdiksiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 9 avqust tarixli 310 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Məhkəmə quruluşunda bəzi dəyişikliklər, hakimlərin ümumi sayı və məhkəmələrin ərazi yurisdiksiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 9 avqust tarixli 310 nömrəli Fərmanını “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 377-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Məhkəmə quruluşunda bəzi dəyişikliklər, hakimlərin ümumi sayı və məhkəmələrin ərazi yurisdiksiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 9 avqust tarixli 310 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 8, maddə 715; 2013, ¹ 10, maddə 1145) aşağıdakı dəyişikliklər edilsin:
1. Adında “, hakimlərin ümumi sayı və məhkəmələrin ərazi yurisdiksiyası” sözləri “və hakimlərin ümumi sayı” sözləri ilə əvəz edilsin.
2. 5-ci hissə və həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrinin və hərbi məhkəmələrinin ərazi yurisdiksiyası” ləğv edilsin.
3. 8-ci hissədən “, 5-ci” sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
5 aprel 2017-ci il
Azərbaycan.- 2017.- 9 aprel.- S.2.