Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Fransa Respublikasının Mənzil və Davamlı Yaşayış Nazirliyi arasında Niyyət Protokolunun təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Fransa Respublikasının Mənzil və Davamlı Yaşayış Nazirliyi arasında 2017-ci il martın 14-də Paris şəhərində imzalanmış Niyyət Protokolu təsdiq edilsin.

2. Bu fərmanın 1-ci hissəsində göstərilən Niyyət Protokolu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Niyyət Protokolunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Fransa Respublikası Hökumətinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 aprel 2017-ci il

 

Azərbaycan.- 2017.- 9 aprel.- S.2.