“Səngərdə açılan səhər” filmi tamaşaçıların ixtiyarına verilib
Aprelin 8-də Bakı Beynəlxalq
Mətbuat Mərkəzində “Dünya” Müstəqil
Teleradio (DTV) Şirkətinin istehsal etdiyi “Səngərdə
açılan səhər” sənədli filminin təqdimatı
olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Tədbiri açan filmin redaktoru
Hafiz İmamnəzərli “Dünya” TV-nin istehsalı olan filmlər
haqqında danışıb, həmin filmlərdə dövlətçilik
prinsiplərinin və vətənpərvərliyin əsas qayə
olduğunu bildirib.
Filmin müəllifi və rejissoru
Elşən Qəniyev deyib ki, “Səngərdə
açılan səhər” aprel döyüşlərində
Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığa
həsr olunub. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti,
Ordumuzun qüdrəti, qələbə əzmi ekran əsərinin
süjet xəttini təşkil edir.
Sonra “Səngərdə
açılan səhər” filmi nümayiş etdirilib.
Milli Televiziya və Radio
Şurasının sədr müavini Qafar Cəbiyev peşəkarcasına
çəkilmiş bu filmin vətənpərvərlik hissinin
gücləndirilməsində mühüm rol
oynayacağını vurğulayıb. O, belə filmlərin digər TV-lər tərəfindən
istehsal olunmasının
önəmini qeyd edib.
Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Azərbaycan əsgərinin
qəhrəmanlığından danışaraq deyib ki, igid oğullarımiz
Azərbaycanın ərazi
bütövlüyünün qorunması uğrunda döyüşlərdə böyük
rəşadət göstəriblər. Bu filmin özəlliyi də ondan ibarətdir
ki, aprel döyüşlərində iştirak
etmiş hərbçilər
döyüş təəssüratlarını
bölüşüblər. Yaradıcı qrup düşmən
tapdağından azad olunmuş Lələtəpədə,
Cocuq Mərcanlıda çəkilişlər aparıb.
Bakı Dövlət
Universitetinin professorları
Ağarəhim Rəhimov
və Nəsir Əhmədov, “Azərbaycan
Qarabağ Müharibəsi
Əlilləri Veteranları
və Şəhid Ailələri” İctimai Birliyinin Sumqayıt şəhər filialının
sədri Tərlan Hacızadə, şair,
professor Rafiq Yusifoğlu,
“Qartal” şirkətinin
rəhbəri Şahin
Məmmədov və digərləri film haqqında
fikirlərini bölüşərək
diqqəti aprel döyüşlərinin hərb
tariximizdəki yerindən,
Milli Ordumuzun inkişaf yolundan danışıb və bu filmin əhəmiyyətini
qeyd ediblər.
Xatırladaq ki, filmin ideya
müəllifi “Dünya”
Teleradio Şirkətinin
prezidenti Ramiz Hüseynov, operatoru Kamil Quliyev, kreativ prodüseri Rais Bəhramlıdır.
Azərbaycan.-
2017.- 9 aprel.- S.4.