Şəhid Zakir Cəfərovun təltif
olunduğu “Şücaətə görə”
medalı ailəsinə təqdim edilib
Şəhid əsgər Zakir Cəfərovun təltif edildiyi Azərbaycan Respublikasının “Şücaətə
görə” medalı
aprelin 8-də ailəsinə
təqdim olunub.
AZƏRTAC xəbər
verir ki, bununla əlaqədar Nizami rayonunda keçirilən mərasimdə
çıxış edən
Müdafiə Nazirliyinin
nümayəndəsi, polkovnik
Abdulla Qurbani medalın
təsis edilməsi haqqında ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham
Əliyev “Azərbaycan
Respublikasının “Şücaətə
görə” medalının
təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının
orden və medallarının təsis
edilməsi haqqında”
Qanununda dəyişiklik
edilməsinə dair Fərman imzalayıb. Azərbaycan Respublikasının
2016-cı il 14 oktyabr tarixli Qanunu ilə “Şücaətə
görə” medalının
Əsasnaməsi və
təsviri təsdiq edilib.
Azərbaycan Respublikasının
“Şücaətə görə”
medalının ilk dəfə
məhz aprelin 8-də
təqdim olunduğunu
vurğulayan A.Qurbani deyib: “Aprel döyüşlərində
Azərbaycan Ordusunun, əsgərinin qələbəsindən
sonra belə bir medalın təsis edilməsi zərurəti yarandı. Əsasnaməyə əsasən, Azərbaycan
Respublikasının “Şücaətə
görə” medalı
ilə Vətənin müdafiəsində hərbi
borcunu yerinə yetirərkən fədakarlıq
və şücaət
göstərən hərbi
qulluqçular və vəzifə borcunu yerinə yetirən digər şəxslər
təltif edilirlər.
Bu medalla ilk dəfə
vəzifə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə
ucalan 5 hərbi qulluqçu (ölümündən
sonra) təltif olunub. Bunlar Azərbaycan Ordusunun hərbi qulluqçuları
Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğludur.
Zakir Cəfərov Azərbaycan Silahlı Qüvvələrində “Şücaətə
görə” medalı
ilə təltif olunan ilk müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusudur”.
Müdafiə Nazirliyinin
Mənəvi-Psixoloji Hazırlıq
və İctimaiyyətlə
Əlaqələr İdarəsinin
rəisi, general-mayor Rasim
Əliyev çıxış
edərək Prezident,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı
İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdən,
ordu quruculuğu prosesindən, aprel döyüşlərində əldə
edilən böyük
qələbədən danışıb.
Aprel döyüşlərinin Azərbaycanın
böyük hərbi qələbəsi olduğunu,
dövlətimizin qüdrətini,
xalqımızın birliyini
nümayiş etdirdiyini
söyləyən R.Əliyev
bu gün Ali Baş Komandanın döyüş əmrini gözləyən vətənpərvər,
ölkəsinə və
xalqına sadiq sağlam gəncliyin yetişdiyini vurğulayıb.
O, bu medalın təsis edilməsini Prezident İlham Əliyevin Azərbaycan Ordusuna yüksək diqqət və qayğısının daha
bir göstəricisi olduğunu deyib.
Nizami Rayon İcra
Hakimiyyətinin başçısı
Arif Qasımov çıxış edərək
aprel döyüşlərində
Azərbaycan Ordusunun qazandığı uğurlardan,
qələbələrdən danışıb: “Aprel döyüşlərində Nizami
rayonu 4 şəhid verib. Onların ailələri dövlət
tərəfindən diqqət
və qayğı ilə əhatə olunub. Bütün xalqımız kimi,
Nizami rayon sakinləri
də hər an Ali Baş Komandanın əmrlərinə
hazırdırlar”.
Sonra “Şücaətə görə”
medalı şəhid
Zakir Cəfərovun qardaşı Camal Cəfərova təqdim edilib.
Manqa komandiri şəhid Zakir Cəfərovun xidmət etdiyi hərbi hissənin zabiti Şövqi Məmmədov
çıxış edərək
bildirib ki, təmas xəttində xidmət edən əsgərlərimiz düşmən
təxribatlarının qarşısını
mərdliklə alır
və Azərbaycanın
ərazi bütövlüyünü
təmin etmək üçün aprel döyüşlərindəki qələbəni
təkrarlamağa hər
an hazır və qadirdirlər.
Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini
Arzu Rəhimova şəhid ailələrinə
göstərilən diqqət
və qayğıdan söz açıb.
Oğlu ilə fəxr etdiyini deyən şəhidin anası Kəmalə Abdullayeva Zakirin vətənpərvərliyindən və mərdliyindən danışıb, şəhidlərimizin
xatirəsinə göstərilən
yüksək ehtirama, onların ailələrinə
yüksək diqqət
və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü
bildirib.
Digər çıxış edənlər
Zakir Cəfərovun yaşadığı qısa
lakin şərəfli
ömür yolunun Azərbaycan gənclərinə
örnək olduğunu
deyiblər. Çıxışlarda vurğulanıb ki,
Azərbaycanın ərazi
bütövlüyü uğrunda
canından keçən
Zakir kimi igidlərin fədakarlığı,
vətənpərvərliyi torpaqlarımızın tezliklə
işğaldan azad olunacağını deməyə
əsas verir. Çünki bu torpağı
canından artıq sevən cəsarətli, vətənpərvər gənc
nəsil yetişib və yetişməkdədir.
Sonra şəhidin ailə üzvlərinə
Müdafiə Nazirliyinin
nəşr etdirdiyi, polkovnik Abdulla Qurbaninin müəllifi olduğu “Çingiz dastanı” və “Lələtəpə
fatehləri” kitabları
təqdim olunub.
Sonda şəhidin ruhuna ehsan verilib.
Azərbaycan.- 2017.- 9 aprel.- S.4.