Naxçıvan Muxtar Respublikası - modern iqtisadi inkişaf müasirlik

 

Ölkəmiz ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi ideyalar əsasında dinamik yüksəliş dövrünü yaşayır. Özündə ictimai-siyasi sabitliyin, sosial-iqtisadi inkişaf dayanıqlığın, mədəni-hüquqi tənzimlənmənin ən çevik, eləcə işlək vəhdətindən ibarət modern iqtisadiyyat quran Azərbaycan məhz bu siyasətlə dünya iqtisadi (maliyyə), hərbi, zaman-zaman siyasi digər sahələrdəki təhdidlərə, böhranlara qarşı güclü müqavimət gücünü formalaşdırıb, möhkəmləndirib. Məhz bu güc sayəsində Azərbaycan müasir müstəqillik şəraitində regionlarının tarazlı inkişafını təmin edib.

Heydər Əliyevin müasir müstəqillik illərində ölkəmizdə uzaqgörənliklə başlatdığı iqtisadi inkişaf strategiyası 1994-cü ildənƏsrin müqaviləsiilə neft sektorunun, 1995-ci ildən isə iqtisadi (aqrar) islahatlarla qeyri-neft sektorunun əsaslarını müəyyən etdi. Bununla da sübut olundu ki, cəmiyyətdə hər kəs iqtisadçı olmaya bilər, amma iqtisadiyyat hər kəs üçün olmalıdır.

İqtisadi formasiyaların necəliyindən asılı olmayaraq, qarşıya qoyulan əsas məqsəd iqtisadiyyatın başlıca problemlərinin həllinə yönəldilmiş məqsədyönlü fəaliyyətin təşkili müvafiq istiqamət üzrə çıxış yollarının tapılmasından ibarətdir. Ona görə əhalinin problemlərinin öyrənilməsi, məşğulluq səviyyəsinin yüksəldilməsi, dövlətin iqtisadi proqramlarında bu sahənin çəkisinin artırılması, iqtisadiyyatın sahə strukturunun təşkilatlanması

s. məsələlərin həllindən ibarət çevik iqtisadi siyasətin həyata keçirilməsi yeni iqtisadi şəraitdə makroiqtisadi məqsədlərin ən mühüm mahiyyətini özündə əks etdirir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası son 22 ilə yaxın bir inkişaf dövründə güclü idarəçilik təcrübəsi ilə uzun yol qət etmişdir. Böyük iqtisadi hüquqi dayaqlar üzərində təmin edilən bu mərhələ muxtar respublikanın hətta blokada şəraitində belə dayanıqlı inkişafı üçün geniş zəmin yaratmışdır. İqtisadiyyatın aparıcı sahələrinin bir-birinə təkan olan inkişafı, xüsusən kənd təsərrüfatının, sənayenin iqtisadi faydalılığının gəlirliyinin artırılması, bunun isə digər sahələrin sürətli inkişafına stimullaşdırıcı təsiri fonunda yeni istehsal sahələrinin təşviqinə münbit zəmin yaratması regionun modern inkişaf mənzərəsini formalaşdırmışdır.

Hazırkı dövrün inkişaf səviyyəsindən keçilən yola nəzər saldıqda görürük ki, Naxçıvan Muxtar Respublikası həm ölkənin qeyri-neft sektorunun inkişaf məqsədlərindən ibarət əsas prioritetlərin müəyyənləşdirilməsində öz sözünü deməkdədir. Bu sahədə təbii ki, turizm potensialı onun sosial-iqtisadi inkişafa verdiyi töhfə öz əhəmiyyətini daha da artırmaqdadır.

Bütün bunlarla yanaşı, muxtar respublikada kifayət qədər potensiala malik qış, yay, kənd (şəhər), tarixi, dini, müalicəvi coğrafi ərazilər s. sahələr üzrə turizm infrastrukturunun fəaliyyətinin dəstəklənməsinin, sürətləndirilməsinin, bununla da ixtisaslaşdırılmış turizm sənayesinin inkişafının təmin edilməsini göstərmək olar. Elə bu mənada turizm dövlət siyasətinin tərkib hissəsi kimi hər zaman diqqət mərkəzində saxlanılmaqdadır.

Bu sırada tarixi ərazilərə turist axınının cəlb edilməsi istiqamətində mühüm əhəmiyyət daşıyan tədbirlər həyata keçirilmişdir. Təbii ki, bunlar turizm sektorunun hüquqi-iqtisadi tənzimlənməsi istiqamətində vacib addımlardır. Onlardan bir neçəsini qeyd edək:

- “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 26 aprel 2001-ci il;

- “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix mədəniyyət abidələrinin qorunması pasportlaşdırılması işinin təşkili haqqında” 6 dekabr 2005-ci il;

- “Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında” 28 iyun 2006-cı il;

- “Culfa rayonundakıƏlincəqalatarixi abidəsinin bərpa edilməsi haqqında” 11 fevral 2014-cü il;

- “Gülüstan türbəsinin bərpası tədqiq olunması haqqında” 7 oktyabr 2015-ci il;

- “Qarabağlar Türbə Kompleksinin bərpası tədqiq olunması haqqında” 5 iyul 2016-cı il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən sərəncam imzalanmışdır.

Naxçıvan MR-in turizm infrastrukturunun inkişafında Göygöl, “Əshabi-Kəhf ZiyarətgahıDini-Mədəni Abidə Kompleksi, Duzdağ fizioterapiya xəstəxanası, Darıdağ arsenli su müalicəxanası digər qiymətli məkanlar əhəmiyyətli rol oynayır. Mövcud potensialın daha da gücləndirilməsi istiqamətində isə nəqliyyat, rabitə, tikinti sahələri çevik təşkilatlanmışdır. Nəticədə təkcə ötən il muxtar respublikaya gələn 403,2 min turist (bu, 1995-ci ildəki 38,6 min nəfərlik göstəricidən 11 dəfəyə yaxın çoxdur) yüksək səviyyəli xidmətlərdən yararlanmışdır.

Muxtar respublika ölkənin etibarlı qonşuluq siyasətinin tənzimlənməsində xüsusi əhəmiyyətə malik region kimi dövlətlərarası münasibətlərin inkişafına da töhfə verir. Təsadüfi deyil ki, coğrafi mövqeyinə görə əlaqələndirici xüsusiyyətlərinə, iqtisadi təşəbbüskarlığına görə artan miqyasda təmin edilən qarşılıqlı ticarət dövriyyəsinə, ictimai-siyasi sabitliyinə görə ölkənin milli maraqlarının qorunmasına, sosial dayanıqlığına görə əhalinin firavan təhlükəsiz yaşayışına, idarəetmənin təşkilinə görə stimullaşdırıcı xüsusiyyətlərin çevikliyinə təkan olan muxtar respublika ölkənin makroiqtisadi nailiyyətlərinin siyasi yüksəlişinin ən sadiq təminatçısına çevrilmişdir. Dünyanın 60-a yaxın ölkəsi ilə ticarət əlaqələri olan, təkcə 2016-cı ildə 463,2 milyon ABŞ dollarından çox xarici ticarət dövriyyəsi formalaşdıran Naxçıvan MR bu sahədə ölkənin strateji məqsədlərinə sanballı töhfə verir. Özünün iqtisadi faydalılığı ilə makroiqtisadi proseslərə stimul verən Naxçıvan Muxtar Respublikası 22 ilə yaxın dövrdə Azərbaycan iqtisadiyyatının müqavimət gücünün artırılmasında, istehsal əhəmiyyətliyinin çoxaldılmasında, ixrac potensialının gücləndirilməsində, çoxşaxəliyinin təmin edilməsində, regional siyasətinin səmərəliyində, inteqrasiya qabiliyyətinin inkişafında, güclü infrastrukturun təşkilində, səmərəli məşğulluq səviyyəsinin yüksəldilməsində nəticə etibarilə inkişafın uzaq gələcək üçün təşkilatlanmasında mühüm rol oynamışdır.

Bu proseslərin vəhdətindən yaranan təminatla Naxçıvan Muxtar Respublikası əsas makroiqtisadi hədəflərin tərkib hissəsi kimi qeyri-neft sektorunun dinamik inkişafına təkan olacaq sahələrin tənzimlənməsinə nail olmuşdur. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində iqtisadiyyatın sahə strukturu müasir təminat qabiliyyətinin yüksəldilməsinə istiqamətlənmiş, əmtəələr yüksək istehlak dəyəri əsasında istehsal olunmuş, ərazinin ixtisaslaşdırılmasına uyğun olaraq məhsuldar qüvvələrdən istifadə sahəsində səmərəliyin artırılmasına əlverişli imkanlar açmışdır.

İqtisadiyyatın dövlət tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlərin məqsədyönlüyü sayəsində muxtar respublika iqtisadiyyatının sahə strukturunun bir-biri ilə əlaqəli inkişafı təmin edilmiş, yaradılmış sağlam iqtisadi mühit sosial-iqtisadi inkişafın təkanverici qüvvəsinə çevrilmişdir.

Aydın məsələdir ki, bütün zamanlarda iqtisadiyyatın əsası istehsal, istehsalın fasiləsizliyinin təminatçısı isə insandır. Bu mənada çoxsahəli fəaliyyət üzrə insan amili istehsalçı, istehlakçı, zəhmətkeş və kəndli olmaq etibarı ilə iqtisadi maraqların qorunmasına şərait yaradır. Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahədə məqsədyönlü fəaliyyətin təşkili və idarə olunması məqsədilə dövlət-kəndli-torpaq münasibətlərinin qorunması və inkişafı daim diqqət mərkəzində saxlanılır. Kəndliyə maliyyə dəstəyinin göstərilməsi, texnoloji təchizatın müasir səviyyədə mümkünlüyü, daha doğrusu, kəndlinin dövlətin tənzimləmə siyasətinə daxil olunması çərçivəsində hərtərəfli qayğı ilə əhatələnməsinə zərurət yaranır. Bütün bu və ya digər məsələlərin ən optimal şəkildə həlli məqsədilə 2005-ci il yanvar ayının 28-də “Naxçıvan Muxtar Respublikasında aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” imzalanmış sərəncam aqrar bölmədə həyata keçirilən islahatların daha da sürətləndirilməsini və ETT-nin nəticələrinin istehsalata tətbiqinin (innovativ inkişaf) dəstəklənməsi tədbirlərini özündə ehtiva edir. Həmin sərəncamda göstərilir ki, iqtisadiyyatın əsası istehsaldan başlanır. Ona görə də istehsalçı lazım olan kənd təsərrüfatı texnikası ilə təmin olunmalı, keyfiyyətli məhsul istehsal etməli və onu vaxt və keyfiyyət cəhətdən itkisiz yığmalıdır.

Bu mənada 8 fevral 2016-cı il tarixdə 2016-2020-ci illərdə muxtar respublikda meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsinin mühümstrateji əhəmiyyəti vardır. Qeyd edək ki, eyniadlı dövlət proqramı 2012-ci il fevralın 14-də 2012-2015-ci illəri əhatə etməklə də təsdiq və icra edilmişdir. Növbəti mərhələ üçün icrası nəzərdə tutulan dövlət proqramı özündən əvvəlki hüquqi sənədin əhatəsini daha da genişləndirmişdir. 28 mərhələ üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutan bu sənəd muxtar respublikanın davamlı iqtisadi inkişafına, aqrar sektorun makroiqtisadi göstəricilər içərisindəki xüsusi çəkisinin daha da artmasına, kəndlərin sosial-iqtisadi inkişafının təminatına və məskunlaşmanın daha da stimullaşdırılmasına, əhalinin səmərəli məşğulluğunun yüksəldilməsinə diqqət artırmaqla ümumi məşğulluq potensialının gücləndirilməsinə, yerli məhsulların istehsalının daha da artırılmasına, idxaldan asılılığın azaldılması ilə ixrac potensialının gücləndirilməsinə, yaşıllaşdırma tədbirlərinin sürətləndirilməsinə, ekoloji tənzimlənməsinin səmərəli təşkilinə, torpaqlardan faydalı istifadənin təmin edilməsinə hesablanıb. Sözügedən dövlət proqramının icrası sayəsində muxtar respublikada iqtisadi, sosialekoloji tarazlığın qorunması sahəsində mühüm nəticələr əldə ediləcəkdir.

Bütün bunlar ölkəmizin sosial siyasətinə və onun səmərəliyinə xidmət edir. Təbii ki, mövcud iqtisadi potensial öz növbəsində əhalinin yaşayış tərzinin, onun səmərəli fəaliyyətinin, məşğulluq potensialının daha da artmasına münbit zəmin yaradır. Bu gün qətiyyətlə deyə bilərik ki, muxtar respublikada artıq innovativ inkişafa əsaslanmaqla digər ərazi və regionlar üçün nümunəvi idarəetmə konsepsiyası, inkişaf modeli, demoqrafik tarazlıq strategiyası həm tətbiq edilməkdə, həm də təkmilləşdirilməkdədir.

 

Cavadxan QASIMOV,

iqtisad üzrə fəlsəfə doktoru, dosent

 

Azərbaycan.- 2017.- 9 aprel.- S.5.