Bakıda ilk dəfə Ticarət festivalı - “Baku Shopping Festival” keçiriləcək

 

Bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında ilk dəfə Ticarət festivalı - “Baku Shopping Festival” təşkil olunacaq.

Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixdə imzaladığıAzərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqındasərəncama əsasən keçiriləcək festivalın təşkili Mədəniyyət Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə olunub. Bakıda belə festivalların keçirilməsi sözügedən sərəncamda ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilənAzərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb.

“Baku Shopping Festival” Qafqazda Orta Asiyada ilk belə təcrübə olacaq. Festivala  qonşu ölkələrdə, eyni zamanda, son dövrdə Azərbaycana böyük turist axınının müşahidə olunduğu Fars körfəzi ölkələrində maraq var.

Müxtəlif dövlətlərin təcrübəsi göstərir ki, ənənəvi şopinq festivalları turizmin inkişafına, xaricdən turist axınının artmasına müsbət təsir göstərir. Dünya Turizm Təşkilatının hesabatında da ticarət festivalları nəticəsində turist axınının 30 faizədək artdığı qeyd olunur. Festival çərçivəsində əcnəbilərlə yanaşı, Azərbaycan vətəndaşları da dünya təcrübəsində bir ilk olan “Tax free” (əlavə dəyər vergisinin qaytarılması) sistemindən istifadə edə biləcəklər.

Bir ay ərzində şopinq festivalı həm xarici turistlərə, həm yerli istehlakçılara əlverişli alış-veriş imkanı yaradacaq müxtəlif əyləncələr təqdim edəcəkdir.

 

Nübar İSAZADƏ

 

Azərbaycan.- 2017.- 9 aprel.- S.8.