Misir Ərəb Respublikasının Prezidenti Zati-aliləri
cənab Əbdülfəttah əs-Sisiyə
Hörmətli cənab Prezident.
Ölkənizdə törədilmiş
partlayışlar nəticəsində çoxsaylı insan tələfatı
və yaralananlar barədə xəbər bizi olduqca
sarsıtdı.
Biz dinc insanlara qarşı yönəlmiş belə qəddar əməllərdən hədsiz dərəcədə hiddətlənir, dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Misir xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 9 aprel
2017-ci il.
Azərbaycan.-
2017.- 11 aprel.- S. 5.