Allahım, sahib çıx
yaratdıqlarına
Suriyada əhalinin üstünə atılan kimyəvi bombalardan boğulan, sudan çıxmış balıq kimi nəfəsi çatışmayan uşaqları ekrandan izlədim. Azərbaycanda, öz evimdə mənim də havam çatışmadı,
az qala boğulurdum. Bu, bəşəriyyətə qarşı cinayətdir. İndi cinayəti də bir-birinin üstünə atırlar.
Allahım, doğrusunu Sən bilirsən.
Bunlar çamırı
Bir-birinin üstünə atır.
Belələri bərkə düşəndə
Atasını da satır.
Allahım, bu qısası Sən al,
demirəm qəzaya
sal,
yox, qisası
belə asan alma.
Belə asan öldürmə,
Onun kimi düşmənləri,
Onun kimi düşünənləri
Sevindirmə, güldürmə.
Qoy yaşasın uzun əzabla,
Uzun zaman boyunca.
Hamı ondan bezincə,
Özü yaşamaqdan
cana doyunca.
Nə ağla
dolsun,
Nə də dəli olsun.
Uzun bir ömür yaşasın,
Hər anı vahiməli olsun!..
Hamı baxsın, heç kəs onun
Qubarını görməsin.
Əkdiyinin barını görməsin.
Ölümə möhtac olsun.
Həmişə əli qabarlı,
Qarnı ac olsun.
Dərdi çox acı olsun.
Əlacı olmasın.
Onları ağlamağa
Ana, bacı
olmasın.
Amma balasına dəymə,
Bala hamıya baladı, Allahım.
Bala ölümü ağır
bəladı, Allahım.
07.04.2017
Fikrət QOCA
Azərbaycan.-
2017.- 11 aprel.- S. 8.