Misir səfiri
Bilik Fondunun “Səfir saatı” klubunda olub
Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondunun “Səfir saatı” klubunda Misir Ərəb Respublikasının Azərbaycandakı
fövqəladə və
səlahiyyətli səfiri
xanım Suzan Cəmil
ilə görüş
keçirilib.
Görüşdə Bakı
Dövlət, Azərbaycan
Dillər, Azərbaycan
Dövlət
İqtisadiyyat, Bakı
Slavyan, Azərbaycan Turizm və Menecment universitetlərinin
beynəlxalq münasibətlər
və diplomatiya ixtisası üzrə təhsil alan tələbələri və
Bilik Fondunun əməkdaşları iştirak
ediblər.
Fondun icraçı direktoru Oktay Səmədov Misirdə baş vermiş terror aktından təəssüfləndiyini bildirib,
səfirə başsağlığı
verib.
2017-ci ilin
ölkədə “İslam
həmrəyliyi ili” elan olunmasının dinlərarası, mədəniyyətlərarası
dialoqun inkişafına
böyük təkan verəcəyini vurğulayan
Oktay Səmədov “Səfir saatı” klubunun ilk qonağının
məhz Misirin Azərbaycandakı səfiri
olmasının təsadüfi
xarakter daşımadığını
da bildirib.
Xanım səfir Suzan Cəmil səmimi qarşılanmaya
və diqqətə görə təşəkkürünü
bildirib, xalqlarımız
arasında qarşılıqlı
hörmət və ehtiramın olmasını
dilə gətirərək
Bilik Fondunun “Səfir saatı” klubunun ilk qonağı kimi gənclərlə görüşdən məmnunluğunu
ifadə edib. Misirin qədim
tarixi və coğrafiyası haqqında
klub üzvlərinə
əhatəli məlumat
verən səfir burada xristianlarla müsəlmanların yanaşı
yaşamasını tolerantlığın
göstəricisi kimi dəyərləndirib, təmsil
etdiyi ölkənin xarici əlaqələrinin
istiqamətləri barədə
danışıb.
Xanım Suzan Cəmil diplomat fəaliyyəti,
Misirin siyasi-iqtisadi əlaqələri, elmi və mədəni həyatı, Misir-Azərbaycan
münasibətləri ilə
bağlı gənclərin
çoxsaylı suallarını
cavablandırıb.
Bilik Fondunun gənc könüllüsü olan
Sumqayıt məktəblisi
Fidan Səfərova Misir motivləri əsasında kətan üzərində çəkdiyi
rəsmi səfir Suzan
Cəmilə hədiyyə
edib.
Bilik Fondunun “Səfir saatı” klubunun əsas məqsədi Bakıdakı diplomatik nümayəndələrin vasitəçiliyi
ilə Azərbaycan və xarici ölkələrin müvafiq
qurumları arasında
elm, təhsil və mədəniyyət sahələrində
qarşılıqlı əməkdaşlığın
qurulmasıdır.
Azərbaycan.- 2017.- 11 aprel.- S. 8.