Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan və Banqladeş arasında diplomatik münasibətlərin 25-ci ildönümü münasibətilə Sizə, Azərbaycan Respublikasının Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Azərbaycan və Banqladeş arasında qardaşlıq münasibətlərinin kökləri tarixə, müştərək inanca, mədəniyyət və ənənələrə əsaslanır. Dost ölkələrimizin xalqlarının qarşılıqlı mənafeyi naminə iqtisadiyyat, ticarət, investisiya və kommersiya sahələrində əməkdaşlığımızın daha da dərinləşəcəyinə əminəm.
Sizə möhkəm cansağlığı, rifah və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.
Zati-aliləri, ən dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Md. Əbdül Həmid
Banqladeş Xalq
Respublikasının Prezidenti
Azərbaycan.-
2017.- 12 aprel.- S.2.