Rusiyanın Təhlükəsizlik Şurasının katibi Heydər Əliyev Mərkəzi ilə
tanış olub
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev aprelin 11-də Heydər Əliyev Mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, Nikolay Patruşevə müasir Bakının rəmzinə çevrilən Mərkəzin fəaliyyəti haqqında məlumat verilib.
Bildirilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin tədqiqi və təbliği, ölkəmizin tarixi və mədəniyyətinin, milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması, eləcə də dünya mədəniyyəti nümunələrinin respublikamızda tanıdılması istiqamətində fəaliyyət göstərir.
Qeyd edilib ki, Mərkəzdəki
Heydər Əliyev Muzeyində toplanan məlumatlar
ziyarətçilərə interaktiv formada çatdırılır. Ümummilli Liderin həyat
yolu haqqında maraqlı faktlar
foto və videomateriallar
vasitəsilə təqdim olunur. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir. Mərkəzdə müxtəlif mövzuları
əhatə edən sərgilər açılıb.
“Azərbaycan
inciləri” sərgisi
ilə tanışlıq
zamanı qonağa Azərbaycan tarixini və mədəniyyətini
əks etdirən bu ekspozisiyada ölkəmizin tükənməz
təbii sərvətlərinin,
çoxəsrlik tarixinin,
mədəni irsinə
dair nadir eksponatların
nümayiş etdirildiyi
barədə məlumat
verilib. Bildirilib ki, bu sərgi Azərbaycan tarixi və mədəniyyətini öyrənmək
üçün interaktiv
və müasir vasitə kimi diqqəti çəkir.
Nikolay Patruşev “Mini Azərbaycan”
sərgisinə də
baxıb. Bu sərgidə
qonaq Azərbaycanın
tarixi və memarlıq binalarının
maketi vasitəsilə
ölkəmizin zəngin
memarlıq nümunələrini
görmək imkanı
əldə edib.
Rusiya Federasiyası Təhlükəsizlik
Şurasının katibi,
həmçinin Mərkəzin
müxtəlif tədbirlərin
keçirildiyi “Auditorium” zalında
olub.
Sonra Nikolay Patruşev Heydər Əliyev Mərkəzində
“Klassik avtomobil sərgisi” ilə tanış olub. Diqqətə çatdırılıb ki,
sərgidə avtomobilin
yarandığı ilk dövrlərdən
- XIX əsrin sonlarından
başlayaraq Almaniya,
ABŞ, İtaliya, Fransa,
Böyük Britaniya və keçmiş
SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir.
Qonaq Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.
Nikolay
Patruşev Heydər Əliyev Mərkəzindən
xoş təəssüratlarla
ayrılıb.
Azərbaycan.-
2017.- 12 aprel.- S.2.