Rusiyanın Təhlükəsizlik Şurasının katibi ulu öndər Heydər
Əliyevin məzarını və Şəhidlər
xiyabanını ziyarət edib
Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyəti aprelin 11-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gedən nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən
paytaxtımızın mənzərəsini seyr
edən qonaqlara Şəhidlər
xiyabanının tarixi və şəhərimizdə
aparılan abadlıq-quruculuq işləri barədə məlumat
verilib.
Azərbaycan.-
2017.- 12 aprel.- S.2.