Azərbaycan şirkətlərinin Polşa iqtisadiyyatında təmsil
olun maları üçün əlverişli imkanlar var
Azərbaycanın xarici işlər
naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfəri
çərçivəsində bu ölkənin dəniz və
daxili su hövzələri nəqliyyatı naziri Marek
Qrabarçık və infrastruktur və tikinti naziri Andjey
Adamçık ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə hər iki ölkənin limanları və tikinti üzrə qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunub.
Nazir Elmar Məmmədyarov Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və görülən işlər barədə ətraflı məlumat verib. O, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və onun imkanları, eləcə də yaxın gələcəkdə logistika sahəsində nəzərdə tutulan irimiqyaslı layihələr haqqında danışıb.
Marek Qrabarçık gəmilərin tikintisi və balıqçılıq təsərrüfatının inkişaf etdirilməsi məsələlərinə toxunub və Polşanın təcrübəsi barədə danışıb.
Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, xüsusən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin iqtisadi faydalılığı və perspektivlərindən söz açıb, xüsusilə Şimal-Cənub dəmir yolu xəttinin Polşanın limanlarına çıxış imkanlarından danışıb.
Marek Qrabarçık dəniz limanları arasında əməkdaşlığı inkişaf etdirmək üçün azərbaycanlı həmkarlarını Polşaya dəvət edib. İnfrastruktur naziri Andjey Adamçık Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Polşa üçün də maraq kəsb etdiyini söyləyib və Azərbaycandan olan tərəf müqabilləri ilə əməkdaşlığa hazırlığını ifadə edib.
Görüşdə
SOCAR-ın Polşanın ORLEN və LOTOS şirkətləri
ilə əməkdaşlığı, “Sarmatiya
Beynəlxalq Boru Kəməri Müəssisəsi”
çərçivəsində SOCAR-la
Polşanın “Pşiyazn” şirkəti
arasında əlaqələr məmnuniyyətlə qeyd olunub. Həmçinin
Polşanın “Novol” şirkətinin və
20-dən artıq digər şirkətinin ölkəmizdə
ticarət, sənaye, nəqliyyat, xidmət, tikinti,
sığorta, bankçılıq və sair
sahələrdə uğurlu fəaliyyəti
vurğulanıb. Azərbaycan şirkətlərinin də daha fəal şəkildə Polşa
iqtisadiyyatında təmsil olunması üçün
əlverişli imkanların olduğu diqqətə
çatdırılıb.
Azərbaycan.-
2017.- 12 aprel.- S.4.