Maliyyə şəffaflığının artırılmasında dövlət auditinin rolu və vəzifələri

 

Danılmaz faktdır ki, Azərbaycanda yalnız ulu öndərin hakimiyyətə qayıdışından sonra səmərəli və bazar iqtisadiyyatının tələblərinə cavab verən maliyyə nəzarəti sisteminin yaradılması istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Bu tədbirlərin əsas məqsədi büdcə vəsaitlərindən istifadə zamanı şəffaflığın təmin olunması, maliyyə intizamının yaxşılaşdırılması və məhdud maliyyə resurslarının səmərəli idarə edilməsinin təmin edilməsi olmuşdur.

Məhz ulu öndərin qayğısı və təşəbbüsü ilə əsas vəzifəsi dövlət büdcəsinin gəlir və xərclərinin icrasına nəzarəti həyata keçirmək olan və kənar dövlət maliyyə nəzarətini həyata keçirən konstitusion əsaslarla Azərbaycan Respublikasının Hesablama Palatası yaradılmışdır. Ali Audit Qurumları (AAQ) Beynəlxalq Təşkilatının (INTOSAI) əsas tövsiyələrinin icrası olaraq ölkəmizdə müstəqilliyinə və audit mandatına qanunla zəmanət verilən kənar ali dövlət maliyyə nəzarəti orqanının yaradılması, bu orqanın öz fəaliyyətində beynəlxalq standartların tələblərinə uyğun qanunçuluq, sərbəstlik, kollegiallıq, aşkarlıq və ədalətlilik prinsiplərinə əsaslanması, habelə fəaliyyət dairəsinin bütövlükdə dövlət büdcəsi səviyyəsində icraya nəzarətin həyata keçirilməsi kimi müəyyənləşdirilməsi inkişaf etmiş ölkələrə xas olan eyni səlahiyyətlərin Hesablama Palatasına verildiyini bir daha təsdiq edir.

Hesablama Palatası haqqında”, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər aidiyyəti qanunvericilik aktlarına əsasən, dövlət büdcəsinin icrasına nəzarəti Hesablama Palatası həyata keçirdiyindən büdcə sahəsində şəffaflığın təmin olunması və bu məsələlərin səmərəli həlli iqtisadi islahatların həyata keçirilməsində ən vacib mərhələlərdən biridir.

Şəffaflıq problemi öz aktuallığını həmişə qoruyub saxlamışdır. Çünki şəffaflıq və aşkarlıq hakimiyyətin qəbul etdiyi qərarların və ölkədə demokratiyanın bərqərar olunmasının şərti kimi çıxış edir. Ona görə də dövlət idarəetməsində şəffaflığa və aşkarlığa meyil həm inkişaf etmiş və dayanıqlı demokratiyaya malik olan ölkələr, həm də demokratik islahatların həyata keçirilməsinə yeni başlayan ölkələr üçün xarakterikdir. Bu cür meyillər təbii ki, hər şeydən əvvəl özünü büdcə sahəsində daha qabarıq göstərir, çünki bütün ölkələrdə büdcə dövlət siyasətinin əsas siyasi və maliyyə aləti olaraq qalmaqdadır.

Büdcə sahəsində şəffaflıq problemi dərin köklərə malik olmaqla parlament idarəetmə üsulunun formalaşdığı dövrə qədər gedib çıxsa da, əksər hallarda icra strukturları büdcə prosesində üstün mövqeyə malik olduqları üçün büdcənin səmərəli icra səviyyəsinin qiymətləndirməsində çətinliklər yaranır və ictimai qurumlar büdcə prosesində tam iştirak edə bilmirlər. Məhz buna görə əksər ölkələrdə, o cümlədən respublikamızda maliyyə-büdcə islahatlarının həyata keçirilməsində şəffaflığın və aşkarlığın təmin olunmasına xüsusi diqqət yetirilir.

Fikrimizcə, bu sahədə şəffaflığın artırılması aşağıdakı məsələlərin həll edilməsinə daha çox kömək göstərir:

- cəmiyyətin hər bir üzvünə dövlət büdcəsini və oradakı məbləğləri, vergi ödəyicilərinin vəsaitlərinin nə dərəcədə səmərəli xərclənməsini başa düşməyə imkan verir ki, bu da son nəticədə vergilərin yığım səviyyəsinin və büdcənin mədaxil hissəsinin artırılmasına imkan verir;

- ictimai müzakirələrin aparılmasına şərait yaradır və cəmiyyətə büdcə haqqında məlumat əldə etməyə, habelə onların mövqeyini büdcə barədə son qərarlarda nəzərə almağa imkan verir;

- icra hakimiyyətinin büdcənin tərtibi və icrası məsuliyyətini artırır. Çünki bu zaman qanunverici hakimiyyət və ictimaiyyət tərəfindən büdcənin qəbulu və icrasına nəzarət imkanları artmış olur;

- büdcə vəsaitlərinin məqsədyönlü xərclənməsinə nəzarət üçün yaxşı zəmin yaradır;

- əhalidə və ictimai qurumlarda hakimiyyətə qarşı inam yaradır ki, bu da ictimai birliyin daha da möhkəmləndirilməsinə xidmət edir;

- ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunub saxlanılmasına müsbət təsir göstərir. Çünki bu zaman gözlənilən böhran hallarının qarşısını almaq üçün zəruri tədbirlərin daha tezasan həyata keçirilməsi mümkün olur;

- ölkə iqtisadiyyatını dünya ictimaiyyəti üçündaha açıq edirbu, ölkələrin investisiya cəlbediciliyini daha da artırır;

- ölkədə korrupsiya sövdələşmələri üçün mümkün olan imkanları azaldır və beləliklə, korrupsiya səviyyəsinin azaldılmasına müsbət təsir göstərir.

Büdcədə və büdcə prosesində şəffaflığın mahiyyəti yalnız cəmiyyətin zəruri məlumatları əldə etmək imkanı ilə müəyyən olunmur. Şəffaflıq ictimai iştirakın zəruri şərtidir, lakin kifayətedici şərti deyil. Büdcənin şəffaflığı demokratiyanın inkişaf aləti olmaqla yanaşı, eyni zamanda demokratiyanın inkişaf səviyyəsindən asılıdır, başqa sözlə, əhalinin və ictimai qurumların büdcə prosesində şəffaflığın təmin olunmasına ictimai nəzarətdəki iştirak səviyyəsindən asılıdır. Yalnız bu zaman həyata keçirilən büdcə siyasətində əhalinin mənafeyinin tam olaraq nəzərə alınması barədə fikir yürütmək mümkündür.

Beləliklə, yuxarıdakı fikirləri yekunlaşdıraraq qeyd etmək lazımdır ki, büdcə və büdcə prosesində şəffaflıq və aşkarlıq hər şeydən əvvəl:

- büdcə sahəsində idarəetmə orqanlarının rol və funksiyalarının dəqiq müəyyən olunmasıdır;

- büdcənin tərtibi və icrasında, o cümlədən büdcə hesabatlarının tərtibində aşkarlığın təmin olunmasıdır;

- büdcə və büdcə prosesi haqqında məlumatlara ictimaiyyətin sərbəst müraciət edə bilməsidir;

- İctimaiyyətin büdcə prosesində iştirak imkanının olmasıdır.

Təbii ki, bu proseslər ölkəmizdən yan keçməmiş, dünya iqtisadiyyatına inteqrasiyanı təmin etmək və ölkənin nüfuzunu daha da gücləndirmək üçün dövlət başçısı İlham Əliyev tərəfindən iqtisadi fəaliyyətin bütün sahələrində kompleks tədbirlərin həyata keçirilməsi təmin olunmuş, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi üçün 2004-2006-cı illəri əhatə edən “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı”, 2007-2011-ci illəri əhatə edən “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” qəbul edilmişdir. Milli Strategiyada mühüm sahələrdən biri məhz şəffaflığın artırılması üçün dövlət orqanları tərəfindən maliyyə nəzarətinin təkmilləşdirilməsidir. Bundan əlavə, 2012-2015-ci və 2016-2018-ci illəri əhatə edən “Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı” qəbul edilmişdir.

Qeyd edilən istiqamət üzrə maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması üçün bu orqanların səlahiyyətlərinin dəqiqləşdirilməsi, maliyyə nəzarəti mexanizminin təkmilləşdirilməsi, aidiyyəti icra qurumları tərəfindən bütün sahələr üzrə büdcə xərclərinin əsaslandırılmış normativlərinin müəyyən edilməsi, büdcə sistemini tənzimləyən qanunvericiliyin, büdcə təsnifatının və yerli büdcələrinin tərtibi və icrası prosesində şəffaflığın təmin edilməsi üçün büdcə vəsaitinin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna nəzarət mexanizmlərinin və prosedurlarının təkmilləşdirilməsi kimi tapşırıqlar müəyyən olunmuşdur.

Strategiyada şəffaflığın artırılması istiqamətlərindən biri kimi beynəlxalq audit standartlarının tətbiq olunması və bu sahədə nəzarət sistemlərinin təkmilləşdirilməsi öz əksini tapmışdır. Məhz bunun nəticəsi olaraq Beynəlxalq Büdcə Tərəfdaşlığı Təşkilatının “Açıq Büdcə İndeksi” hesabatında ölkəmizin mövqeyi daim yüksəlmişdir. Azərbaycan “Açıq Büdcə İndeksi” üzrə 100 baldan 2006-cı ildə 30 bal, 2008-ci ildə 37, 2010-cu ildə 43, 2012-ci ildə 42, 2015-ci ildə 51 bal almışdır. Göründüyü kimi, ölkəmizin mövqeyi dinamik surətdə yaxşılaşmışdır. Azərbaycanın 2015-ci ildə “Açıq Büdcə İndeksi” üzrə mövqeyi isə 2012-ci ildə çap edilmiş reytinqlə müqayisədə 16 pillə yüksəlmiş və 42-ci yerə çatmışdır. Həmin indeksə əsasən dünya ölkələri üzrə büdcə məlumatlarının mövcudluğu və əlçatanlığı ölçülür.

“Açıq Büdcə İndeksi” hər bir ölkədə 8 əsas büdcə sənədinin mövcudluğunuonun məzmununun tamlığını qiymətləndirir. İcmalda həmçinin qanunverici orqanali nəzarət orqanı tərəfindən səmərəli nəzarətin əhatə dairəsi, dövlət büdcəsi üzrə qərarların qəbulu prosesində əhalinin iştirak imkanları da yoxlanılır.

Hesabatda ali audit orqanı olaraq - Hesablama Palatasının fəaliyyətinin büdcəyə nəzarət baxımından 100 baldan 50 bal alması müsbət nəticə kimi dəyərləndirilməlidir. Bu halda əsas şərtlər Hesablama Palatası tərəfindən dövlət büdcəsinin icrası və dövlət büdcəsinin layihəsinə verilmiş rəylərin hesabatının rəsmi internet saytında yerləşdirilməsi əsas faktorlardan biri hesab edilmişdir. Həmçinin ABŞ Dövlət Departamentinin 2016-cı il üçün Maliyyə Şəffaflıq Hesabatının Azərbaycanla bağlı bölməsində Azərbaycanın bu sahədə əhəmiyyətli tərəqqi əldə etdiyi qeyd olunmuş, hesabat dövrü ərzində Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən hazırlanmış rəylərin geniş ictimaiyyətə açıqlanması müsbət qiymətləndirilmişdir. Hesabatda Azərbaycanın dövlət büdcəsinə dair məlumatlar, maliyyə idarəçiliyinin vacib elementi olan maliyyə şəffaflığının təminatı istiqamətində mühüm irəliləyişlər də öz əksini tapmışdır. Sənəddə maliyyə şəffaflığının ictimai etimadın gücləndirilməsi və iqtisadi davamlılığın möhkəmlənməsində vacib rol oynadığı, hökumətin məsuliyyətinin və ictimai müzakirələrin gücləndirilməsinə təkan verdiyi, Azərbaycanın bu sahədə əhəmiyyətli tərəqqiyə nail olduğu və ABŞ hökumətinin Azərbaycanın səylərinə yüksək qiymət verdiyi vurğulanmışdır.

Hesabatda eyni zamanda Hesablama Palatası tərəfindən bütün əhəmiyyətli dövlət müəssisələrində audit tədbirlərinin, eləcə də hökumətin illik icra olunmuş büdcəsinin bir qisminin auditinin keçirildiyimüvafiq hesablar barədə məlumatların və müvafiq hesabatların qanunvericiliklə nəzərdə tutulmuş müddətdə internet vasitəsilə onlayn yayımlandığı və büdcə sənədlərindəki məlumatların ümumən etibarlı olduğu diqqətə çatdırılmışdır.

Lima şəhərində Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) 1977-ci ilin oktyabr ayında keçirilmiş IX Konqresində şəffaflıq və hesabatlılığa xüsusi önəm verilmiş və başlıca məqsədi müstəqil dövlət auditi üçün çağırış kimi hazırlanan və INTOSAI-nın ISSAI 1 (Ali Audit Qurumlarının Beynəlxalq Standartları) standartı olanLima bəyannaməsi” qəbul edilmişdir. Həmin bəyannamədə dövlət vəsaitlərinin düzgüneffektiv istifadəsi, dövlət maliyyəsinin müvafiq qaydada idarə edilməsi və səlahiyyətli orqanların bu sahədəki qərarlarının effektivliyinin ən vacib ilkin şərtlərdən biri olması, bu məqsədə çatmaq üçün hər bir ölkədə müstəqilliyi qanunla təmin edilən ali audit qurumunun mövcud olması zəruriliyi, dövlət fəaliyyətinin sosialiqtisadi sahələrə doğru genişlənməsi və beləliklə, ənənəvi maliyyə çərçivəsinin məhdudiyyətlərindən kənarda fəaliyyət göstərməsi baxımından belə qurumların daha da zəruri olması, Birləşmiş Millətlər Təşkilatının məqsədlərinə riayət etməklə dövlətin stabilliyi və inkişafı üçün dövlət vəsaitlərindən düzgün və səmərəli istifadə edilməsi, şəffaf maliyyə idarəetməsinin inkişafı, inzibati fəaliyyətin düzgün təşkili, obyektiv hesabatlar dərc etməklə dövlət orqanları və geniş ictimaiyyətin məlumatlandırılmasının auditin xüsusi məqsədləri kimi çox vacib olması qeyd edilmişdir.

2007-ci ildə Meksikada qəbul edilmiş “AAQ-ların Müstəqilliyi haqqında Mexiko Bəyannaməsi”ndə INTOSAI-nın ISSAI 10 standartı “Audit hesabatlarının məzmunu və müddəti, onların dərc edilməsi və yayılması barədə qərar vermək sərbəstliyi” prinsipi təsbit edilmişdir. Şəffaflıq məsələləri digər standartlarda daha geniş şəkildə öz əksini tapmışdır.

INTOSAI-nın “Şəffaflıq və hesabatlılıq prinsipləri” adlanan ISSAI 20 standartına görə şəffaflıq anlayışı AAQ-ın öz statusu, səlahiyyəti, strategiyası, fəaliyyəti, maliyyə idarəetməsi, əməliyyatları və icra səviyyəsi haqqında vaxtında, etibarlı, aydın və müvafiq şəkildə ictimai hesabat verməsinə əsaslanır.

Bundan əlavə, standart auditin təsbitləri və nəticələri haqqında ictimaiyyətə hesabat verməyi və AAQ haqqında məlumata ictimaiyyətin çıxışı ilə bağlı öhdəliyi ehtiva edir.

Standartda bu prinsiplər öz əksini tapmışdır: AAQ-lar öz vəzifələrini hesabatlılıq və şəffaflığa təminat verən hüquqi çərçivə daxilində yerinə yetirir; öz səlahiyyətlərini, vəzifələrini, missiyalarını və strategiyalarını ictimaiyyətə açıqlayır; obyektiv və şəffaf olan audit standartları, qaydaları və metodları qəbul edir; şəxsi heyətin bütün səviyyələri üçün yüksək dürüstlüketik standartlar tətbiq edir; öz fəaliyyətlərinin həyata keçirilməsi üçün kənar xidmətlərə müraciət etdikləri zaman hesabatlılıq və şəffaflıq prinsiplərinə xələl gəlməməsini təmin edir; öz fəaliyyətlərini qənaətlə, səmərəli, effektiv, qanunqaydalara uyğun olaraq aparır və bu məsələlər barədə, həmçinin keçirilmiş auditlərin nəticələri, eləcə də bütövlükdə hökumətin fəaliyyəti barədə rəyləri haqqında ictimaiyyətə hesabat verir; kütləvi informasiya vasitələri, internet saytları və digər vasitələrlə öz fəaliyyətləri və auditin nəticələri haqqında vaxtında və geniş şəkildə məlumat verir; işin keyfiyyətini və etibarlılığını gücləndirmək üçün kənar və müstəqil məsləhətdən istifadə edirlər.

Göründüyü kimi, şəffaflığın artırılması istiqamətində beynəlxalq əməkdaşlığın digər mühüm istiqaməti audit standartlarının tətbiq edilməsidir.

INTOSAI-nın 2010-cu ilin noyabr ayında Yohanessburq şəhərində (Cənubi Afrika Respublikası) keçirilmiş XX Konqresində Ali Audit Qurumlarının Beynəlxalq Standartlarının (ISSAI) tam toplusu təsdiq edilmişdir. XX Konqresdə qəbul edilmişYohanessburq Bəyannaməsi” vasitəsilə INTOSAI bütün AAQ-ları öz fəaliyyətində ISSAI-ları tətbiq etmə çağırışı dövlət sektorunda auditin səmərəliyinin artırılmasına, nəticə etibarı ilə isə dövlət maliyyə vəsaitlərindən daha şəffaf istifadə olunmasına etibarlı zəmin yaratmışdır.

ISSAI standartı onun tətbiq edilməsi üzrə hüquqi, təşkilati və peşəkar tövsiyələrlə yanaşı, həm də AAQ tərəfindən müvafiq auditin aparılması üzrə təlimatdan ibarət olmaqla AAQ-ların təməl prinsiplərini, onların fəaliyyətinin ilkin şərtlərini və auditin əsas prinsiplərini, eyni zamanda maliyyə, uyğunluq və səmərəlilik auditlərinin aparılmasını və ayrı-ayrı sahələrdə (ətraf mühit, informasiya texnologiyaları, özəlləşdirmə, dövlət borcus.) xüsusi audit tədbirlərinin həyata keçirilməsini özündə əks etdirir.

Nəzərə almaq lazımdır ki, 1999-cu ildə qəbul edilmiş Azərbaycan Respublikasının Hesablama Palatası haqqında Qanununda Hesablama Palatasının statusu, audit mandatı, hüquq və vəzifələri, məlumatların əldə edilməsi və məlumatlara çıxış imkanı, auditlərin spesifikasiyası, maliyyə-büdcə nəzarətinin və obyektlərinin əhatəliyi, kənar və daxili nəzarət arasında qarşılıqlı əlaqələr və bir sıra digər mühüm əhəmiyyətli məsələlərlə bağlı INTOSAI-nın təməl prinsipləri, eləcə də auditin fundamental prinsipləri ilə əlaqədar bəzi məsələlər tam şəkildə öz əksini tapmamışdır.

Onu da qeyd etmək lazımdır ki, 2010-cu ildə qəbul edilmişNormativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə normativ hüquqi aktlarla bağlı bir sıra tələblər müəyyən edilmiş, qüvvədə olanHesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu isə 1999-cu ildə qəbul edildiyindən bir sıra tənzimləmələrdə 11 il sonra qəbul edilmişNormativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə tam cavab vermir.

Bununla yanaşı, mövcud qanunvericiliklə Hesablama Palatasının dövlət vəsaitlərinin və dövlət əmlakının idarəedilməsi ilə bağlı nəzarət funksiyasının əhatəliyində, Lima Bəyannaməsinə əsasən, büdcədə əks edilib-edilməməsindən və necə əks edilməsindən asılı olmayaraq dövlət maliyyəsi üzrə bütün əməliyyatlara nəzarətdə, maliyyə-büdcə nəzarətinin obyektləri tərəfindən Hesablama Palatası ilə münasibətlərdə hesabatlıqda və bir sıra digər məsələlərdə boşluqlar, palatanın nəzarət mandatı ilə bağlı bəzi vacib əhəmiyyətli məlumatların əldə edilməsində məhdudiyyətlər, eləcə də oxşar münasibətləri tənzimləyən qüvvədə olanHesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının 2002-ci il 5 mart tarixli qanunu ilə təsdiq edilmiş Hesablama Palatasının Daxili Nizamnaməsi arasında bir çox hallarda təkrarlanmalar, bəzi məsələlərdə qeyri-müəyyənliklər və uyğunsuzluqlar mövcuddur.

LimaMexiko bəyannamələri ilə müəyyən edilmiş prinsiplərə uyğun olaraq bir sıra dünya dövlətlərində AAQ-ların təsis edilməsi, onların statusu, müstəqilliyinin zəruri səviyyəsi, ali audit qurumu ilə parlament arasında olan qarşılıqlı münasibətlər, AAQ-ın əsas audit səlahiyyətləri həmin ölkələrin konstitusiyalarında təsbit edilmişdir.

Beləliklə, Hesablama Palatası yaradıldığı dövr və ölkədə iqtisadi şərait fərqli olduğundan, fikrimizcə, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa yenidən baxılmasının məqsədəuyğunluğu gündəmə gəlir. ÖzüHesablama Palatasının qanunvericilik bazasının və ümumən institusional fəaliyyətinin gücləndirilməsi obyektiv zərurətdən doğur. Bu əsasda, Hesablama Palatasının potensialının gücləndirilməsi məqsədilə 2013-2014-cü illərdə İsveçrə Konfederasiyası Hökumətinin qrantı hesabına maliyyələşdirilən və Dünya Bankının idarəçiliyi ilə “Korporativ və Dövlət Sektorunda Hesabatlılıq” layihəsi (CAPSAP) reallaşdırılmışdır.

2014-cü ilin sonunda yekunlaşan CAPSAP layihəsi çərçivəsində palatanın potensialının gücləndirilməsi məqsədilə “Səmərəlik auditinin tətbiqi”, “Maliyyə auditinin təkmilləşdirilməsi”, “Qanunvericilikstandartlar bazasının gücləndirilməsi” və “İnsan resursları və təlimin təkmilləşdirilməsi” komponentləri üzrə bir çox tədbirlər həyata keçirilmişdir. Həmin tədbirlər bunlardır:

- Hesablama Palatasının qanunvericilik bazasının gücləndirilməsi məqsədilə palatanın hüquqi bazasının nəzərdən keçirilməsi və müvafiq tövsiyələrin və Tədbirlər Planının hazırlanması;

- dövlət sektorunda aidiyyəti nazirlik və təşkilatlarla əlaqələrin gücləndirilməsi məqsədilə həmin orqanlarla işgüzar əlaqələrin yaradılması;

- təşkilati strukturİnsan Resurslarının İdarəolunması Sisteminin gücləndirilməsi məqsədilə palatanın mövcud təşkilati strukturunun funksional baxımdan nəzərdən keçirilməsi və təkmilləşdirilməsi, əməkdaşların ixtisasının artırılması və peşəkar təlimlərin keçirilməsi, treninq və seminarların təşkil edilməsi ilə bağlı İnsan Resursları Siyasətinin hazırlanması;

- əsas fəaliyyət istiqamətləri üzrə palatanın potensial inkişafının və IT tələblərinin qiymətləndirilməsi, IT auditlərin keçirilməsi;

- beynəlxalq audit metodologiyaları, standartları, təcrübə və prinsipləri nəzərə alınmaqla inkişafa dəstək verilməsi, INTOSAI standartlarının tələbləri nəzərə alınmaqla milli audit standartlarının hazırlanması və tətbiq edilməsi;

- səmərəlik auditi üzrə nəzarət tədbirlərinin keçirilməsi, tvininq tədbirlərinin və digər kənar əlaqələrin qurulması məqsədilə kənar ali audit qurumları ilə əlaqələrin daha da gücləndirilməsi, Hesablama Palatasının müstəqil kənar auditinin həyata keçirilməsi.

Qeyd etmək lazımdır ki, CAPSAP layihəsi kimi analoji beynəlxalq layihələrin keçirildiyi xarici dövlətlərdə (Rusiya Federasiyası, Türkiyə, Gürcüstan, Latviya, Estoniya, Bolqarıstan, Macarıstan, Moldova, Belarus, Avropa İttifaqına üzv olan ölkələr və s.) layihələrin yekunu ali audit orqanlarının fəaliyyətini tənzimləyən hüquqi aktlar beynəlxalq standartlara uyğunlaşdırılaraq yeni qanunların qəbul edilməsi ilə nəticələnmişdir. Bu baxımdan, beynəlxalq ekspertlər cəlb edilməklə və mütərəqqi dünya təcrübəsi nəzərə alınmaqla “Hesablama Palatası haqqında” yeni qanun layihəsi hazırlanmışdır. Bu sənəd zamanla dəyişən dövlət maliyyəsinin xüsusiyyətlərinin nəzərə alınması ölkədə daha mütərəqqi kənar dövlət nəzarəti institutunun formalaşmasına öz təsirini göstərəcək.

Hazırlanmış yeni qanun layihəsində sadalanan uyğunsuzluq və boşluqların həlli və aradan qaldırılması ilə bağlı Palatanın ISSAI standartlarına uyğun statusu, hüquq və vəzifələri daha dəqiq müəyyən edilməklə onun maliyyə-büdcə nəzarətinin obyektlərində INTOSAI standartları əsasında maliyyə-büdcə nəzarəti fəaliyyəti üzrə auditin qəbul edilmiş növləri olan “maliyyə auditi”, “uyğunluq auditi”, “səmərəlik auditinin keçirilməsi, analitik fəaliyyət və monitorinqlər aparılması, maliyyə büdcə nəzarətinin obyektlərindən maliyyə hesabatlarının və zəruri sənədlərin təqdim edilməsi, obyektlərin və onların struktur vahidlərinin elektron uçot məlumat bazalarına birbaşaya məsafədən çıxış imkanının yaradılması, obyektlərin fəaliyyəti ilə birbaşaya dolayısı ilə əlaqəsi olan sahələrə baxış keçirilməsi, maddiqeyri-maddi qiymətlilərin mövcudluğunun yoxlanılması, müvafiq şəxslərdən və auditin predmeti ilə əlaqədar digər şəxslərdən izahatlar, arayışlar və məlumatların alınması, dövlət vəsaiti, dövlət əmlakı, dövlət borcu, qrantlar və maliyyə yardımları, satınalmalar, dövlət proqramlarına ayrılan vəsaitlər üzərində nəzarət, daxili nəzarətin qiymətləndirilməsi və normayaratma prinsiplərinə uyğunlaşdrılmışdır. Onu da qeyd edək ki, “Hesablama Palatası haqqında” qanun layihəsi baxılması üçün Milli Məclisin 2017-ci il yaz sessiyasında planına daxil edilmişdir.

Sonda onu vurğulayaq ki, Ali Audit Qurumlarının (AAQ) Beynəlxalq Təşkilatının (INTOSAI) əsas tövsiyələrinin icrası, maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması üçün bu orqanların səlahiyyətlərinin dəqiqiləşdirilməsi, maliyyə nəzarəti mexanizminin təkmilləşdirilməsi, Hesablama Palatasının fəaliyyətinin gücləndirilməsi məqsədilə “Büdcə sistemi haqqında” qanuna bir sıra əlavə və dəyişikliklər edilməsi, beynəlxalq ekspertlərin cəlb edilməsi və dünya təcrübəsi nəzərə alınaraqHesablama Palatası haqqında” yeni qanunun qəbul edilməsi bütövlükdə bu qurumun fəaliyyətində hesabatlılıq və şəffaflığın daha da artırılmasına xidmət edəcək.

 

Adil MƏHƏRRƏMOV,

Hesablama Palatasının sədr müavini

 

Azərbaycan.- 2017.-12 aprel.- S.6.