Azərbaycan Respublikasının Mülki
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 4, I kitab, maddə 250, ¹ 5, maddə 323; 2002, ¹ 12, maddə 709; 2003, ¹ 8, maddə 420; 2004, ¹ 3, maddə 123, ¹ 5, maddə 318, ¹ 6, maddə 415, ¹ 10, maddə 761, ¹ 11, maddə 901; 2005, ¹ 2, maddə 61, ¹ 6, maddə 466, ¹ 8, maddələr 684, 692, 693, ¹ 11, maddə 996, ¹ 12, maddə 1085; 2006, ¹ 2, maddə 68, ¹ 3, maddə 225, ¹ 5, maddə 387, ¹ 6, maddə 478, ¹ 8, maddə 657, ¹ 12, maddə 1005; 2007, ¹ 2, maddə 80, ¹ 6, maddə 560, ¹ 8, maddə 745, ¹ 10, maddə 937, ¹ 11, maddə 1053, ¹ 12, maddələr 1215, 1219; 2008, ¹ 3, maddə 145, ¹ 6, maddə 456, ¹ 7, maddə 602, ¹ 12, maddə 1049; 2009, ¹ 2, maddə 47, ¹ 5, maddə 295, ¹ 6, maddə 404, ¹ 7, maddə 517; 2010, ¹ 2, maddə 75, ¹ 3, maddə 171, ¹ 4, maddələr 265, 266, 276; 2011, ¹ 2, maddə 71, ¹ 7, maddə 586, ¹ 8, maddə 750, ¹ 12, maddələr 1073, 1102; 2012, ¹ 1, maddə 5, ¹ 5, maddə 403, ¹ 6, maddə 498; 2013, ¹ 1, maddə 15, ¹ 6, maddə 620, ¹ 11, maddə 1280, ¹ 12, maddələr 1469, 1478; 2014, ¹ 2, maddə 96, ¹ 7, maddə 768; 2015, ¹ 3, maddə 254, ¹ 5, maddə 512, ¹ 7, maddə 814, ¹ 10, maddə 1093; 2016, ¹ 1, maddə 26, ¹ 2, I kitab, maddələr 186, 204, ¹ 3, maddə 401, ¹ 4, maddələr 640, 646, ¹ 6, maddə 1005, ¹ 7, maddə 1248, ¹ 12, maddələr 1998, 2018; Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 492-VQD və 494-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 194.2-ci maddənin birinci cümləsinə “keçirilir” sözündən sonra “və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur” sözləri əlavə edilsin və ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.”.
2. 431.1-ci maddənin ikinci cümləsinə “bilər” sözündən sonra “və buna borclunun razılığı tələb edilmir” sözləri əlavə edilsin və üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin:
“Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 aprel
2017-ci il
Azərbyacan.-
2017.- 14 aprel.- S. 2.