“Xalçaçılıq sənətini yaşat və təbliğ et”
layihəsinin açılış mərasimi keçirilib
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı ilə icra olunan “Xalçaçılıq sənətini yaşat və təbliğ et” layihəsinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər
verir ki, YAP GB-nin əlaqələndiricisi Elmar
Məmmədov tədbirdə çıxış edərək
Azərbaycan xalq tətbiqi sənətinin
ən qədim növlərindən olan
xalçaçılığın xalqımızın mədəniyyətində
özünəməxsus yer tutduğunu və böyük inkişaf yolu keçdiyini bildirib.
YAP-ın Azərbaycan Xalça Muzeyi üzrə ərazi ilk təşkilatının sədri, layihənin əlaqələndiricisi Fuad Rəsul bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın misilsiz xidmətləri sayəsində xalqımızın milli xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. O, layihənin məqsədinin Azərbaycan xalqının əsrlər boyu qoruyub yaşatdığı qədim xalçaçılıq sənətinin tarixinin öyrənilməsi, bu zəngin irsin gənclər arasında təbliği olduğunu vurğulayıb.
Sonra muzeyin elmi işçisi Təranə Məlikova xalçaçılıq sənətinin tarixi haqqında gənclərə ətraflı məlumat verib.
Tədbirdə xalça sənətindən bəhs edən videoçarx nümayiş olunub.
Layihə çərçivəsində
gənclərin Azərbaycan Xalça
Muzeyinə ekskursiyaları təşkil ediləcək, burada nümayiş olunan qiymətli eksponatlar
barədə ətraflı məlumat veriləcək. Eyni zamanda gənclərə
milli naxışları çəkmək,
xalçatoxuma üsulları öyrədiləcək.
Azərbaycan.-
2017.-14 aprel.- S.8