Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikasının Milli Məclisi parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi ilə qərara alır:

1. Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılsın.

2. Vüsal Afqan oğlu Hüseynov Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilsin.

 

Oqtay ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 14 aprel 2017-ci il

 

Azərbaycan.- 2017.- 15 aprel.- S. 2.