Dan yerindən qürubadək qürurlu bir gün keçirdik

 

Qubada dağ yəhudilərinin milli bayramı - Pesax təntənəli surətdə qeyd edildi

 

Dil dilə qarışmışdı, bayram bayrama. İlk dəfə idi ki, Quba şəhərindəki Heydər Əliyev adına Mədəniyyət İstirahət Parkındaİslam həmrəyliyi iliçərçivəsində dağ yəhudilərinin milli bayramı  - Pesax təntənəli surətdə qeyd olunurdu. Tədbir məzmunca rayon miqyasında keçirilsə , mahiyyət etibarı ilə Azərbaycan tolerantlığına incə bənzərsiz naxışlar düzən unikal tarixi hadisə kimi bütün ölkə dünya üçün maraqlı idi xüsusi əhəmiyyət kəsb edirdi.

Yəhudilərin müqəddəs saydığı bu bayrama rayonda yaşayan bütün xalqların nümayəndələri öz töhfəsi ürək sözləri ilə gəlmişdi. Biz bu tədbirin  iştirakçıları kimi, ilk dəfə həyatımızda görmədiyimiz səhnələrlə rastlaşdıq. Tribunadan səslənən rəsmi çıxışlardan savayı İsraildən gələn Rahel ana dilində danışdı. Axalsaka türklərinin şirin ləhcəsini eşitdik. Tatlar, ləzgilər, xınalıqlılar ürək sözləri ilə Pesax bayramına zinət verdilər, yəhudilər Azərbaycan dilində şeirlər dedilər. Müslüm Maqomayevin mahnısını oxuyan yəhudi məktəblisi uşaq olsa da, böyük müğənnininyerişiniyeriyə bildi, ifası alqışlarla qarşılandı. Yəhudi süfrəsində çörək kəsdik, onların müqəddəs kitabının meydanda sərgilənən qədim nəşrlərini vərəqlədik. Sanki ayrı bir dünyanın sakinləriydik, əfsanələr yaşayırdıq.

Yəhudilərin dünyanın harasında yaşamasından asılı olmayaraq, Pesax günlərində səsləndirdikləri bir cümlə var: “Gələn ili Yerusəlimdə!” Amma Azərbaycan onlar üçün o qədər əziz, Qırmızıqəsəbə o qədər müqəddəsdir ki, öz aralarında ona kiçik Yerusəlim deyirlər harada olsalar da, bura vətənlərinin ən müqəddəs parçası kimi can atırlar. Ona görə Quba yəhudiləri üçün Pesax bayramının Qubada keçirilməsi dərin rəmzi məna kəsb edir.

Milli Məclisin deputatları Vahid Əhmədov Yevda Abramov çıxışlarında iki xalqı bir-birinə bağlayan dostluq münasibətlərinin tarixi köklərindən, hər iki xalqa ucalıq gətirən əlaqələrdən ürəkdolusu danışdılar. Azərbaycan dünyanın nadir müsəlman ölkəsidir ki, burada azərbaycanlıların, yəhudilərin digər xalqların milli dini bayramları əsrlər boyu birlikdə qarşılanır.

O da qeyd olundu ki, Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasındaİslam həmrəyliyi ilielan edilməsi haqqında imzaladığı fərman da bu dostluğu dərinləşdirən, Azərbaycan tolerantlığının çalarlarını dünyaya yeni məzmunda təqdim etməyə imkan verən əhəmiyyətli sənəddir.

Builki Pesax bayramı Qırmızıqəsəbədə aprelin 10-dan başlayaraq qeyd olunur 8 gün, aprelin 17-dək davam edəcək. Tarixi mənbələrə görə, hələ 3500 il əvvəl Misir fironunun zülmündən xilas olan yəhudilər 8 gün tanrıya dua ediblər. Sonralar yəhudilər baharın gəlişi ilə eyni vaxtda azadlığın əldə olunmasını milli bayram kimi qeyd etməyə başlayıblar.

Milli Məclisin deputatı Yevda Abramov qeyd etdi ki, biz yəhudilər hansı dövlətdə yaşamağımızdan asılı olmayaraq, o dövlətə qarşı bədnam qonşularımız kimi heç vaxt ərazi iddiasında olmamışıq. İlk dəfədir ki, Qubada rayon səviyyəsində bayram keçirilir. İlk dəfədir ki, bütün dünyanın gözləri Qubaya zillənib. Bu gözəl tədbirin həyata keçirilməsində əməyi olan hər kəsə minnətdarlığımızı bildiririk.

Tədbir iştirakçılarını bayram münasibətilə təbrik edən Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev Pesaxın yəhudilərin ən mühüm bayramlarından biri olduğunu vurğulayaraq bildirdi ki, uzun illər belə möhtəşəm bayramın həsrətində olublar. Allah-təala Azərbaycan xalqına bütün arzularının çiçəklənməsində yar olsun. Biz yəhudilər Azərbaycanı heç vaxt unutmuruq, dünyanın istənilən yerində, ən yüksək tribunalarda onu müdafiə edirik. Harada olsaq, yenə Azərbaycana qayıdırıq, içimizdə mahnı kimi bir sətir şəslənir: “Könül, gedək doğma yerlərə”.

Quba Rayon İcra Hakimiyyətinin başçısının Qırmızıqəsəbə inzibati ərazi vahidi üzrə nümayəndəsi Pisax İsakov tolerantlığın dünyada başqa xalqlara dözümlülük nümayiş etdirən bir anlayış kimi qəbul edildiyini bildirdi. Bu baxımdan Azərbaycan tolerantlığının fərqli anlayış olduğunu, ölkəmizdə xalqların can bir qəlbdə, qarşılıqlı rəğbət müqəddəs sevgi içində yaşadıqlarını bir daha xatırladı.

Tədbirə İsraildən gələn turistlər yeni əhvali ruhiyyə qatdılar. Rahel dedi ki, onu yəhudilərə Azərbaycanda bəslənilən rəğbət sevindirir. Pesax Arbelli Azərbaycan tolerantlığının dünyada fərqli model olduğundan qürur duyduğunu dilə gətirdi. Susanna Rozen isə bütün gördüklərinin onu riqqətə gətirdiyini bildirdi: “Mən İsraildə mühacirlərlə məşğul olan nazirliyin əməkdaşıyam. İlk dəfədir ki, Azərbaycandayam. Bakı öz gözəlliyi ilə bizim qəlbimizi fəth edib. Misilsiz şəhərdir. Quba isə nağıl dünyasıdır”. Biz Susanna xanıma danışanda ki, Qubada elə yaşayış məskənləri var ki, hər kənd ayrıca kiçik bir xalqı təmsil edir, öz adətləri, ənənələri dili var, o, təəccübünü gizlətmədi: “İlahi, heyrətamiz dərəcədə maraqlıdır!” - dedi.

Axşam tərəfi Pesaxın ab-havasını duymaq üçün Qırmızıqəsəbəyə düşürük. Qubada belə deyirlər, ona görə ki, şəhər qəsəbəyə nisbətən bir qədər yüksəklikdə yerləşir. Sakit küçə ilə qəsəbənin yuxarısına doğru addımlayırıq. Yəhudilərin öz həyat tərzi, yaşam qaydaları var. Qərib adam burada həmişə diqqət çəkir. Kimisə soruşsan, səni tanımırlarsa, deyəcəklər ki, tanımırıq. Biz sadəcə, qarşımıza çıxanların hamısı ilə salamlaşırıq, bayramlarını təbrik edirik. Qəsəbənin yuxarısında, qədim tağlı körpünün ayağındakı çayxanada yenə hamı ilə bayramlaşırıq.  Gülümsəyirlər, minnətdarlıqlarını bildirirlər, maraqlanırlar ki, kimik, məqsədimiz nədir, qəzetçilər olduğumuzu, bayramlarından yazacağımızı biləndə sevinirlər. Çiçəkləyən gavalı ağacının çətiri altında yəhudilərlə söhbət edirik.

Samay Panifilov danışır ki, sadə bir ailə sahibidir, iki övladı var, heç bir xarici dövlətdə olmayıb. Vətəni Azərbaycandır, Qırmızıqəsəbədir. Soruşuruq ki, ay Şamay, bu gün Pesax bayramını rayon mərkəzində qeyd etdilər...

Sözümüzü bitirməmiş üzündə təbəssüm şam kimi alışır: “Əlbəttə, sevinirəm. Elə dünya da bu gün Qırmızıqəsəbədə bayramın belə keçirilməsinə sevinir. İsraildən bu gün qəsəbəyə qədər qonaq gəlmişdi!!! Mən özüm sadə insanam, amma Azərbaycan Prezidenti İlham Əliyev hər dəfə Qubaya gələndə bizimlə görüşür, mənim əlimi sıxır. Mən yəhudiyəm, yoldaşım azərbaycanlıdır, uşağım rus dilində hazırlığa gedir. Özümü xoşbəxt hiss edirəm, Dünyanın hər yerindən qəsəbəyə gəlib əlimi sıxan, a Şamay, necəsən,  deyib hal-əhval tutan dostlarım var”.

Digər həmsöhbətimizə müraciət edirik, zənn edirik ki, o da yəhudidir. Amma Səbrulla Səfərov gülərək deyir ki, “Əşşi, mən Qusardanam, ləzgiyəm. Əslində, azərbaycanlıyam. Babam Qubanın Alpan kəndindəndir, Qusardan ləzgi qızı alıbmış, sonra da ora köçüb. Mən də yarım azərbaycanlı çevrilib tam ləzgi olmuşam sənəddə. Neçə ildir ki, qəsəbəyə köçmüşük. İşim də, qazancım da yəhudilərlə bağlıdır. Müdirim də elə bil ki, ağsaqqalım, himayədarımdır. Burada hamı dostdur. Bütün yəhudilərə rəğbətim var, içlərində ləzgi dilini məndən yaxşı bilənlər də var”.

Şamay soruşur ki, buradamı qalacaqsınız, yeriniz varmı? Zarafatyana deyirik ki, qalmalıyıq, amma hələ bir yer tapmamışıq, uzaqbaşı buralarda maşında yatarıq. Şamay da, Səbrulla da ürəkdən etiraz edirlər ki, osözdür deyirsiz, evimiz eşiyimiz sizə qurbandı! Hərəsi bir qolumuzdan tutur ki, bizə gedəcəyik. Tanımadığımız insanlarla anında yaxınlaşmağımız, qaynayıb qarışmağımız, bizə də sonsuz sevinc bəxş edir. Yaxın qohumlar kimi vidalaşırıq, qəlbimizdə qürursevinc hissi ilə Bakıya yola düşürük. Biz Bakıdan çıxanda günəş doğurdu, geri qayıdanda isə ala-toranlıq yerini gecəyə təhvil verirdi. Dan yerindən qürubadək uzun bir yaz yolu keçdik. Bu yolun sonuna doğru şütüdükcə ağlımızda vətən sevgisi, xalqımızın digər xalqlara, onların mədəniyyətinə sonsuz rəğbəti bir bayraq kimi dalğalanırdı. Gündüz rayon mərkəzindəki bayram tədbirində çıxışların birində deyildi ki, əgər Azərbaycan dünyaya tolerantlıq nümunəsidirsə, Quba da Azərbaycanda ən gözəl nümunələrdən biridir. Biz bunun əyani şahidi olduq.

 

Bahadur İMANQULİYEV,

 

Akif  ƏLİYEV

 

Azərbaycan.- 2017.- 16 aprel.- S.7.