Türkiyənin tarixində yeni mərhələ başlayır

 

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

 

Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Türkiyə Respublikasının Konstitusiyasına dəyişikliyi nəzərdə tutan ümumxalq səsverməsinin – referendumun müvəffəqiyyətlə başa çatması münasibətilə SiziSizin simanızda qardaş Türkiyə xalqını səmimi qəlbdən təbrik edirəm.

Referendumun nəticələri xalqın Sizə olan inam və etimadının təzahürü, qardaş Türkiyənin daha da inkişafı və qüdrətlənməsi istiqamətində apardığınız uğurlu siyasətə və xidmətlərinizə verilən qiymətdir. Heç şübhə yoxdur ki, bu referendum qardaş ölkənizin tarixində yeni mərhələnin başlanğıcı olacaq, sabitgüclü Türkiyənin beynəlxalq müstəvidə rolunumövqeyini daha da gücləndirəcəkdir.

Məmnunluqla qeyd etmək istəyirəm ki, son illər ərzində Azərbaycan və Türkiyə arasında əməkdaşlıq münasibətləri böyük inkişaf yolu qət etmişdir. İkitərəfli və çoxtərəfli müstəvidə uğurlu əməkdaşlığımız, eləcə də birgə səylərimizlə həyata keçirdiyimiz irimiqyaslı layihələr bölgədə sülhə, sabitliyə və inkişafa xidmət edir.

Əminəm ki, birgə səylərimizlə müstəsna xarakter daşıyan əlaqələrimiz, ölkələrimiz arasında təşəkkül tapmış dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri xalqlarımızın rifahı və ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra daha da genişlənəcək və möhkəmlənəcəkdir.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, yeni müvəffəqiyyətlər, qardaş Türkiyə xalqına isə daim tərəqqi və çiçəklənmə arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 16 aprel 2017-ci il

 

Azərbaycan.- 2017.-18 aprel.- S. 1.