İlham
Əliyev:"Referendumun nəticələri xalqın Prezident
Rəcəb Tayyib Ərdoğanın siyasətinə verdiyi
böyük dəstəkdir"
Aprelin 16-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana
telefonla zəng edib.
Prezident İlham Əliyev Türkiyə Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı referendumun uğurla keçirilməsi və əhalinin çoxluğunun bu dəyişikliklərə səs verməsi münasibətilə Türkiyə Prezidentini və xalqını təbrik edib, referendumun nəticələrini xalqın Prezident Rəcəb Tayyib Ərdoğanın siyasətinə verdiyi böyük dəstək kimi qiymətləndirib.
Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib.
Dövlət
başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin
bundan sonra da bütün sahələrdə
uğurla inkişaf edəcəyinə
əminliklərini ifadə ediblər.
Azərbaycan.-
2017.-18 aprel.- S. 1.