Balıq sənayesinin ixrac potensialı artırılır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Yevlax rayonuna səfəri çərçivəsində Varvara balıqartırma müəssisəsinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, bu gün ölkəmizdə qeyri-neft sektorunun şaxələndirilməsi və bir çox sahələri əhatə etməsi müşahidə olunur. Bu sırada Azərbaycanda balıqçılıq sənayesinin inkişaf etdirilməsi də xüsusi əhəmiyyətə malikdir. Ölkəmizdə qədim ənənələri olan balıqçılıq sənayesində yeni texnologiyaların tətbiq olunması, dünya standartlarına cavab verən ixrac məhsullarının hazırlanması indi qarşıda duran prioritet məsələlərdən biridir. Digər tərəfdən bu sənaye sahələrinin regionlarda inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyulan məqsədlərin reallaşdırılması bölgələrdə başlanan inkişaf proseslərinin daha güclü xarakter almasına imkan verir. Belə müəssisələrdən biriVarvara balıqartırma müəssisəsidir. İstehsal gücünə, perspektiv inkişaf imkanlarına görə nəinki MDB məkanında, eləcə də Avropa ölkələrində analoqu olmayan müəssisə üç sahədən - Mingəçevir Su Anbarındakı müxtəlif tutumlu 87 balıqsaxlama və böyütmə qəfəsindən, müxtəlif tutumlu 91 hovuzdan ibarət inkubasiya sahəsi və ümumi sahəsi 60 hektara yaxın olan Varvara balıqartırma və yetişdirmə sahəsindən ibarətdir. Müəssisənin Mingəçevir Su Anbarındakı qəfəslərində 20 min ədədə yaxın nərə növündən olan balıq bəslənilir. Bu balıq növləri müəssisənin inkubasiya sahəsində yetişdirilərək müəyyən mərhələyə çatdıqdan sonra xüsusi şəraitdə qəfəslərə köçürülür. Gün ərzində xüsusi rejimdə və təbii yemlərlə bəslənən balıqlar bəlli çəkiyə çatandan sonra Varvara Balıqartırma və yetişdirmə sahəsinə köçürülür. Qəfəslərə müəssisənin ayrıca təlim görmüş 24 əməkdaşı qulluq edir. Ümumi sahəsi 9066 kvadratmetr olan qəfəslərin istehsal gücü 317 ton 312 kiloqramdır. 91 vannadan ibarət olan və 474 kvadratmetr sahəni əhatə edən inkubasiya sexində müxtəlif növ balıq kürülərindən inkubasiya yolu ilə körpə balıqlar alınır. Körpə balıqlar nəzərdə tutulan çəkini alana qədər burada yemlənir. Sonra isə növbəti mərhələyə start verilir. İnkubasiya sexinin ümumi istehsal gücü 2,5 tondur. Bu ərazidə, eyni zamanda, ümumi tutumu 150 ton olan 5 soyuducu anbar, o cümlədən şoklama soyuducusu inşa olunub. Bununla belə, bu sahədə regionun ən böyük hisləmə sexiyem anbarı yerləşir. Müəssisənin əsas hədəfi istehsal etdiyi kürü və balıq məhsullarını “Made in Azerbaijanbrendi altında çoxsaylı xarici ölkələrə ixrac etməkdir. Gələcək illərdə müəssisədə istehsal imkanlarının genişləndirilməsi hesabına əlavə 1500 yeni yerinin açılması nəzərdə tutulub.

Varvara balıqartırma müəssisəsinin direktoru Məhəmməd Allahverdiyev dövlətimizin başçısına burada görülən işlər barədə məlumat verdi. Bildirildi ki, müəssisənin yaradılmasına 2008-ci ildən başlanılıb. Müəssisənin ümumi sahəsi 750 min kvadratmetr, su sahəsi isə 85 min kvadratmetrdir. Burada nərəcinsli balıqlar üçün 17, axçalı balıqlar üçün isə 11 nohur yaradılıb. Müəssisədə ilkin mərhələdə ildə 15 min kiloqram qara kürü, 112 min kiloqram axçalı balıqlar, yəni sazan, ağamur, enlialın, 200 min kiloqram nərəcinsli balıqlar, 28 milyon nərəcinsli balıq körpəsi istehsal ediləcək. 2020-2023-cü illərdə nərəcinsli balıq körpələrinin sayını 50 milyona çatdırmaqla qara kürü və balıq əti istehsalının artırılması nəzərdə tutulub.

Prezident İlham Əliyev müəssisənin fəaliyyətini və inkişaf istiqamətini əks etdirən stendlərə baxdı.

Dövlətimizin başçısına müəssisənin inkişaf planı, ərazidəki tikililər və Mingəçevir su hövzəsinin balıqartırma sahəsi barədə məlumat verildi. Bildirildi ki, Mingəçevir su hövzəsinin balıqartırma sahəsində tor yumaq üçün üzən qurğu və üzən qaldırıcı kran da var. Mingəçevir balıq zavodunda isə inkubasiya sexi, beton hovuzlar, soyuducuyem anbarları, helikopter meydançası, yeməkxana, ofis binası, qazanxana da inşa olunub.

Məlumat verildi ki, Varvara balıqartırma müəssisəsində istehsal ediləcək nərəcinsli körpələrin bir qismi müəssisədə saxlanılacaq, bir qismi isə IDEA İctimai BirliyiEkologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Kür çayına buraxılaraq Xəzər dənizinin bioresurslarının bərpasına yönəldiləcək. Hazırda müəssisədə müxtəlif yaşda və çəkidə 93 min 665 ədəd, o cümlədən 1762 ədəd kələmo, 4 min 964 ədəd hibrid, 16 min 689 ədəd nərə, 15 min 524 ədəd uzunburun (sevrüqa) və 54 min 726 ədəd bölgə (beluqa) balıqları var.

Müəssisədə quraşdırılan xüsusi ultrasəs müayinəsi aparatı ilə balıqlarda kürünün hansı səviyyədə olması yoxlanılır. Bu isə kürüalmada daha səmərəli üsullardan hesab olunur. Balıqlar tam təbii yemlərlə qidalanır. Nərəcinsli balıqların körpələri Rusiyanın Həştərxan vilayətindən gətirilib, Xıllı nərə balıqartırma zavodundan alınıb, bəziləri isə müəssisədə inkubasiya edilib.

Müəssisənin kürü emalı sahəsində olan dövlətimizin başçısına məlumat verildi ki, bu sahə müasir tələblər səviyyəsində qurulub.

Prezident İlham Əliyevə kürünün konservləşdirilməsi prosesi nümayiş etdirildi.

Körpə balıqların yemlənməsi üçün müəssisədə təbii yemqara kürü sahələri yaradılıb, soyuducular, ehtiyat elektrik generatorları, transformator və videomüşahidə sistemi qurulub, optik internet xətti çəkilib və 29 nəqliyyat vasitəsi alınıb. Burada müasir laboratoriyalar və hər saatdan bir suyun temperaturunu, tərkibini və oksigenini ölçmək üçün cihazlar qurulub.

Bildirildi ki, istehsal edilən məhsulların bir hissəsinin yerli bazarlara çıxarılması, bir hissəsinin isə ixrac edilməsi nəzərdə tutulur. Hazırda müəssisədə 247 nəfər daimi yeri ilə təmin olunub. Burada orta əməkhaqqı 500 manatdır.

Onu da deyək ki, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu ilə birgə balıqşünas, ixtioloq, ixtiopatoloq, bioloq ixtisasları üzrə mütəxəssislərin hazırlanması istiqamətində tədbirlər həyata keçirilir.

Müəssisənin ərazisində helikopter meydançası, anbarlar və digər zəruri tikililər inşa edilib. Müəssisənin ofis binası da müasirliyi ilə diqqət çəkir. Burada inzibati otaqlar, iclaskonfrans zalları işçilərin ixtiyarına veriləcək. Ofis binasında xüsusi qonaqlar üçün istirahət otaqları, yeməkxana və digər otaqlar yaradılıb.

Müəssisə ilə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.

 

Azərbaycan.- 2017.-18 aprel.- S. 3.