Milli-mədəni kimlik məsələsi dövlətçilik siyasətinin tərkib hissəsinə çevrilib

 

Bakı Slavyan Universitetində (BSU) “Post-sovet Azərbaycanında mədəni-milli kimlikmövzusunda təşkil olunmuş elmi konfransın açılış mərasimi olub. Konfrans BSU-nun, Böyük Britaniyanın Kembric və Almaniyanın Berlin-Humboldt universitetlərinin birgə təşkilatçılığı ilə keçirilib.

Açılış mərasimində BSU-nun rektoru, professor Nurlana Əliyeva konfransın gündəliyi və qarşıda duran məsələlər barədə məlumat verib. O, konfransın çox vacib məsələyə həsr olunduğunu qeyd edibbildirib ki, İslam həmrəyliyi ənənələrinin bəyan edildiyi, yayıldığı bir zamanda bu mövzu gəncliyimiz üçün çox əhəmiyyətlidir. Azərbaycan xalqının öz milli kimliyini, mədəniyyətini, ideologiyasını qorumaq üçün böyük tarixi sınaqlardan keçdiyini vurğulayan N.Əliyeva sovet hakimiyyəti illərində də bu mübarizənin davam etdiyini xatırladıb. O diqqətə çatdırıb ki, Azərbaycanın müstəqillik dönəmində mənəvi dəyərləri bərpa etmək, milli-mədəni kimlik sahəsində mövcud problemləri aradan qaldırmaq istiqamətində ciddi işlər görülüb. Rektor ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətinin əsasında məhz milli-mənəvi dəyərlərin dayandığını, azərbaycançılıq ideyasının əsas götürüldüyünü xüsusi vurğulayıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin ənənələri daha da inkişaf etdirdiyini, dövlət başçısının sərəncamları ilə milli-mədəni kimlik məsələsinin dövlətçilik siyasətinin tərkib hissəsinə çevrildiyini söyləyib.

Konfransın mövzuları barədə qısa məlumat verən natiq onun öz işini 3 bölmə üzrə iki gün davam etdirəcəyini qeyd edib.

Təşkilati və digər məsələlərdən ətraflı danışan BSU-nun professoru Rəhilə Qeybullayeva  konfransın xüsusi layihə üzrə baş tutduğunuonun növbəti mərhələlərinin də olacağını nəzərə çatdırıb. O, bildirib ki, konfransda tədqiq olunan mövzular rəngarəngdir, dini dəyərlərdən tutmuş musiqiyədək bir çox  problem barədə söhbət açılacaq.

AMEA-nın humanitar bölməsinin rəhbəri, M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli də çıxışında ilk növbədə konfransın əhəmiyyətli mövzuya həsr olunduğunu vurğulayıb. Əsrimizi elm, bilik əsri adlandırırlar, mən isə onu sürət əsri adlandırardım, - deyən T.Kərimli sürət artdıqca sanki Yer kürəsinin kiçildiyini, insanların, mədəniyyətlərin yaxınlaşdığını, istər-istəməz bir-biri ilə təmasa girdiyini vurğulayıb: “Mədəniyyətlər nə qədər zəngindirsə, onun təsiri digərlərindən daha böyük olur. Ancaq hər bir halda mədəniyyətlər təmasa girərkən hər ikisi zənginləşir, öz gücünü artırır”. O, milli irsimizin çox qədim və zəngin olduğunu diqqətə çatdırıb, milli-mədəni kimlik məsələsinin müstəqillik dövründə formalaşmış azərbaycançılıq ideyasının əsasını təşkil etdiyiniqeyd edib.

Sonra Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı Azərbaycanda milli-mədəni kimlik məsələsinin tarixindən söz açıb, onun zaman-zaman dəyişildiyini deyib.

Açılış mərasimində Berlin-Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri Yeva-Maria AuxKembric Universitetinin professoru Çarlz Melvil çıxış ediblər. Qonaqlar belə bir ciddi mövzunun gündəmə gətirilməsinə görə universitet rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Konfrans həmin gün öz işini bölmələr üzrə davam etdirib. Bölmə iclaslarında “Milli kimliklərin dəyişməsi dövrü”, “Yeni milli-mədəni kimliklərin formalaşması dövrü” və s. mövzular müzakirə edilib.

Konfransın ikinci günüPost-sovet Azərbaycanında tarixi normativlər və mədəniyyət quruculuğu” məsələsi ətrafında diskussiyalar aparılması nəzərdə tutulub.

 

Zöhrə FƏRƏCOVA,

 

Azərbaycan.- 2017.- 18 aprel.- S. 10.