Bişkekdə Hafiz Paşayevin qırğız dilində çap edilmişBir səfirin manifesti” kitabının təqdimatı olub

 

Azərbaycanın ABŞ-dakı ilk səfiri, ADA Universitetinin rektoru professor Hafiz Paşayevin qırğız dilində nəşr edilmiş “Bir səfirin manifesti” kitabının Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təqdimatı olub.

Qırğızıstanın “Turar” nəşriyyatında çap olunan kitabı qırğız dilinə Bekten Dıykanbay tərcümə edib.

Diplomatik Akademiyanın rektoru vəzifəsini icra edən xanım Çinara AdamkulovaBir səfirin manifesti” kitabının həm gənc diplomatlar, həm də yüksək vəzifəli diplomatik xidmət əməkdaşları üçün dəyərli dərslik olacağını bildirib. O, Hafiz Paşayevin tərcümeyi-halı ilə yaxından tanış olduğunu söyləyib, belə bir diplomatın və ziyalının qələmə aldığı əsərin məziyyətlərindən danışıb.

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Hafiz Paşayevin öz sahəsinin görkəmli mütəxəssisi olduğunu bildirib. Səfir qeyd edib ki, azərbaycanlıları söz sənəti ilə heyrətləndirmək çətindir, ancaq diplomatiya sahəsinə aid əsərlər azlıq təşkil edir. Hafiz PaşayevinBir səfirin manifesti” kitabı bu sahədə çap olunan ən yaxşı əsərlərdən biridir. “Bir səfirin manifestidiplomatiya sahəsi üzrə təhsil alan tələbələr üçünİxtisasa giriş” dərsliyini əvəz edə bilər. Bu kitab, həmçinin politoloqlar, Azərbaycan-ABŞ münasibətlərini öyrənən mütəxəssislər üçünçox faydalıdır. Nəşr müəllifin memuar mövzusunda yazdığı kitab deyil, burada onun siyasi ekspert kimi mühakimələr yürütməsi, siyasi təkliflər irəli sürməsi daha çox diqqəti cəlb edir.

Səfir deyib: “Kitabı oxuduqca Hafiz Paşayev Azərbaycanın ABŞ-dakı səfiri işləyərkən bu ölkəyə səfərimi xatırladım. Evdə, Konqresdə, Demokratiya İnstitutunda, qeyri-hökumət təşkilatlarında keçirdiyimiz görüşlər, müzakirələr, Dünya Azərbaycanlıları Konqresinin ikinci qurultayında iştirakımız, Hafiz müəllimin özü ilə söhbətlərimiz, fikir mübadilələrimiz hər situasiyada, hər mürəkkəb məqamda onun peşəkarlığından xəbər verirdi. Onun təmkinliliyi, dəqiqliyi, yüksək mədəniyyət və intellekt sahibi olması yaddaşıma həkk olub”.

Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının sabiq rektoru, səfir, “Bir səfirin manifesti” kitabının qırğız dilində nəşrinin elmi redaktoru professor Nurlan Aytmurzayev qırğız oxucuları bu qiymətli kitabla tanış etdiyinə görə Azərbaycanın Bişkekdəki səfirliyinə təşəkkür edib. O, kitabın poetik dildə yazıldığını və çox rahat oxunduğunu bildirib. N.Aytmurzayev Hafiz Paşayevin diplomatik fəaliyyəti barədə məlumatların çox maraqlı olduğunu, “Bir səfirin manifestinin Qırğızıstan Diplomatik Akademiyasının tələbələri üçün lazımlı bir kitab olduğunu diqqətə çatdırıb. O, IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirakı çərçivəsində ADA Universitetində olduğunu, Hafiz Paşayevin orada yaratdığı şəraiti öz gözləri ilə gördüyünü, bu möhtəşəm təhsil ocağına heyran qaldığını söyləyib.

Qırğızıstan Xarici İşlər Nazirliyinin AvropaAmerika departamentinin rəisi Kanat Tursunkulov kitabı oxuduqdan sonra çox təsirləndiyini, Hafiz Paşayevin 13 il ərzində ABŞ-dakı fəaliyyətinin film kimi gözünün önündən keçdiyini söyləyib. O, diplomatlarapolitoloqlara bu kitabdan maksimum səmərəli şəkildə faydalanmağı məsləhət görüb.

Qırğızıstanın əməkdar həkimi, Qırğız-Rus Slavyan Universitetinin kafedra müdiri Zakir Qəmərli, Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının elmi katibi Alayqul Bekboyeva, Qırğız-Rus Slavyan Universitetinin İranşünaslıq Mərkəzinin rəhbəri Məlahət Məmmədova, hüquq elmləri namizədi Temirbek NurmatovBir səfirin manifesti” kitabı ilə bağlı təəssüratlarını bölüşüblər.

Ç.Adamkulova hədiyyə edilən kitablara görə səfirliyə təşəkkür edib, ADA Universiteti ilə əməkdaşlığın daha da genişlənməsi üçün işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.- 19 aprel.- S.3.