Daşlaşmış tarixi yadigarlar

 

İşğal altında qalan Azərbaycan torpaqlarında maddi mədəniyyət nümunələri də erməni vandalizm siyasətinin qurbanlarına çevrilib

 

Dövrün daşlaşmış səhifələri kimi, abidələr, qalalar zamanın “danışan tarix”inə çevrilir, minilliklərdən soraq verir. Bu mənada hər bir xalqın varlığını sübut edən tarixi yadigarlar içərisində abidələrin özünəməxsus yerirolu danılmazdır. Çünki onların meydana gəlməsinə qədər əsrlər, min illər keçib. Zaman-zaman dəyişilən ictimai-iqtisadi formasiyalar, mədəniyyətlərin qovuşması, yaxud ayrılması bu tarixi şahidlərin sinəsinə həkk olunub. Ona görə də abidələrin mühafizəsi labüddür  beynəlxalq əhəmiyyət kəsb edir. Onların bəşəri əhəmiyyətini nəzərə alan UNESCO-nun Dünya İrs Komitəsi tərəfindən nəşr olunanDünya İrs” jurnalı İçərişəhər, Şirvanşahlar sarayı və Qız qalası barədə məqalə dərc edib. Burada abidələrin mühafizəsi sahəsində Azərbaycanın əldə etdiyi uğurlar da yüksək qiymətləndirilib.

Tarixi tədqiqatlar təsdiqləyib ki, Azərbaycan bəşər sivilizasiyasının ilk meydana gəlmiş ərazisində yerləşir. Ulu babalarımız çox dəyərli maddi mədəniyyət nümunələri yaratmışlar ki, onlar respublikamızın ərazilərində yetərincə qeydə alınıb. Bu abidələr xalqın tarixi, mədəniyyəti, bir sözlə, keçdiyi təkamül və inkişaf yolunun bariz sübutudur. Maraqlıdır ki, Azərbaycan ərazilərində belə abidələrin sayı həddən artıq çox olub və onların yaşı  əsrlərlə  hesablanır. Buna görə də ölkəmizə səfər edən səyyahlar Azərbaycanın tarixini özündə əks etdirən mədəni abidələrə heyranlıqlarını gizlədə bilməmiş və bu barədə dəfələrlə öz xatirələrində qeyd etmişlər.

Maddi mədəniyyət abidələri ilə yanaşı, dini xarakterli  məbədlər də bu yerlərin tarixinin qədim və zənginliyini özündə əks etdirir. Coğrafi nöqteyi-nəzərdən harada tikilməsindən asılı olmayaraq, ilk növbədə, onların təbii mühafizəsi  nəzərə alınıb. Qobustan qayalıqları ilə Azıx mağarasında ilk insanın əl işlərinin dövrümüzədək gəlib çıxmasında da məhz təbii coğrafi amil əsas rol oynayıb. Qobustanda aşkar edilmiş mağaralar və digər sığınacaqlar, memarlıq abidələri də sübut edir ki, bu yerlər sivilizasiyaların qovuşaraq yaratdığı mədəniyyətin beşiyi, yəni ilk insan məskənlərindəndir.

MannaAtropatena dövlətlərinin mədəniyyət abidələri, müdafiə tikililəri - qalalar, yolüstü karvansaralar,  o dövrün şəhərlərinin əzəmətli sədd divarları, Urmiya gölü ətrafındakı sərdabələrin tədqiqi göstərir ki, hələ altıncı yüzillikdə bu yerlərdə yaşayış mədəniyyəti o həddə çatıb ki, hətta eyvanlı evlər də tikilib. Yaxud həmin dövrün dini abidələrindən olan od məbədləri - bugünümüzədək gəlib çatan belə sərvətlər (Atəşgah) Azərbaycanın milli memarlığının inkişafında mühüm rol oynayıb. Onu da qeyd etməliyik ki, atəşpərəstliyin yayılması ilə bağlı yaradılan ibadətgahlar islamdan əvvəlki dövrün məbədləri sayılır. Qafqaz Albaniyasının  yadigarları da bir daha təsdiqləyir ki, şəhərsalma mədəniyyətinin təşəkkül tapmasının tarixi çox qədimlərə gedib çıxır. Qəbələnin möhkəm qala divarları, saxsı borularda şəhərə su çəkilməsi, dəmirqapı keçidindəki müdafiə sistemi, Çıraqqala, Ləkit və Mingəçevirdəki məbədlər kompleksi, yaxud Sasanilər dövrü tarixini özündə qoruyub saxlayan müdafiə xarakterli abidələr də bunları söyləməyə əsas verir.

Qafqazda islam dininin yayılması ilə bu yerlərdə memarlığın inkişafında da müəyyən dəyişikliklər zərurətə  çevrilib. Yeni tipli memarlıq tikililəri - məscidlər, mədrəsələr, türbə  və digər məbədlər inşa edilib. Ərdəbil, Marağa, Urmiya, Şamaxı, eləcə də Bərdə, Şabran və digər yaşayış yerləri o dövr üçün Azərbaycanın ən inkişaf etmiş mədəniyyət mərkəzlərindən sayılıb. O da xüsusi olaraq qeyd edilməlidir ki, islamdan əvvəlki dövrlərdə inşa edilən alban tikililəri milli memarlığın inkişafında mühüm əhəmiyyət daşıyıb. Həmin dövrün abidələrindən söz açarkən Zaqataladakı PaşanMuxax, Şəkidəki Böyük Gəldək, Govurqala, Qəbələnin Böyük Əmirli, Dağlıq Qarabağın Xocavənd rayonunun Qarakənd, bir sözlə, respublikamızın bütün bölgələrindəki tarixi, dini, maddi mədəniyyət nümunələrini unutmaq olmaz.

Yeri gəlmişkən, hər bir dövrün özünəməxsus  memarlıq nümunələri  olub  onlar tarixi əhəmiyyət daşıyıblar. Son dövrlər həmin tarixin yaddaşlarına münasibət birmənalı şəkildə dəyişib. Turizmin inkişafında mühüm rol oynayan belə abidə və məbədlər heç də ötəri yerə əcnəbi turistlərin marağını kəsb etmir.

Təəssüf ki, tarixən bu kimi mədəniyyət nümunələri milli, məhəlli münaqişələrin qurbanlarına  çevrilməkdən də sığortalanmayıblar. Hər dövrün özü ilə gətirdiyi “səmum yeli  onların bir çoxunun ömrünə nöqtə  qoyub. Ötən əsrin əvvəllərində və sonlarında  ermənilərin məkrli, çirkin siyasəti nəticəsində yer üzündən silinən abidə və məbədlərimiz də az olmayıb. Erməni işğalçılarının  talan etdiyi abidələr Azərbaycan xalqının tarixi və mədəniyyətinin zənginliyini və qədimliyini özündə əks etdirdiyi üçün belə qəddarcasına, vəhşicəsinə yer üzündən silinir, yaxud erməniləşdirilir. Təsadüfi deyil ki, dağıdılan, məhv edilən  maddi mədəniyyət nümunələrinin arasında təkcə  Şuşa, Laçın və Qubadlının rəsm qalereyaları deyil, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Kəlbəcərin nəinki ərazilərindəki, hətta muzeylərində qorunub saxlanan belə sərvətlər talan edilərək Ermənistana daşınıb.

Bəşər mədəniyyətinin tərkib hissəsi olan maddi  və mənəvi irsin qorunması beynəlxalq əhəmiyyət kəsb etdiyindən, onların mühafizəsi həmişə diqqət mərkəzindədir. Azərbaycan dövlətinin yürütdüyü humanitar siyasət nəticəsində respublika ərazisindəki mövcud tarixi, dini və mədəniyyət abidələrinin  aşkar edilməsi və mühafizəsi istiqamətində çox böyük  və məqsədyönlü  layihələr həyata keçirilir ki, bu işdə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Fondun reallaşdırdığı bir sıra  regional, yerli və beynəlxalq layihələr əsasında xalqımızın maddi-mənəvi sərvətlərinin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması xüsusi fəaliyyət proqramına çevrilib.

Şuşa tarixən abidələr şəhəri kimi tanınıb. Lakin, çox təəssüf ki, 1992-ci il may ayının 8-dən sonra bu qədim, ulu musiqi beşiyində xalqımıza məxsus maddi mədəniyyət nümunələri dağıdılıb. Orada “güllələnmiş heykəllərin fəryadı” isə beynəlxalq birlikdə təəssüf ki, eşidilmədi. Erməni vandalizminin Azərbaycan ərazilərinə  təkcə ötən əsrin doxsanıncı illərinin əvvəllərində təcavüzü nəticəsində Dağlıq Qarabağona bitişik rayonlarda 13 dünya (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli muzey, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsinin yerlə yeksan edilməsi faktı artıq bir sıra beynəlxalq təşkilatların rəsmi sənədlərində də əksini tapıb. Əlbəttə, bura ayrı-ayrı rayonlarda məhv edilmiş abidə və məbədləri də əlavə etsək aydın olar ki, ermənilərin faşizm xislətli çirkin siyasətinin nəticəsidir ki, keçmiş SSRİ-də yeganə sayılan Ağdamın Çörək, dünya şöhrətli, 13 mindən artıq nadir eksponatlı Kəlbəcər,  Xocalı, Şuşa, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının tarix-diyarşünaslıq  muzeyləri darmadağın edilib.

1983-cü ildə UNESCO-nun Beynəlxalq Abidələrin Mühafizəsi Assambleyasının təsis edilməsində də məqsəd diqqəti  maddi mədəniyyət nümunələrinin və tarixi ərazilərin qorunmasına yönəltmək olub. Sivilizasiyalı bəşəriyyətin tarixi keçmişinin öyrənilməsində abidələr xüsusi əhəmiyyət daşıyırlar. Lakin minilliklərin yadigarları olan bu sərvətlərin, təəssüf ki, heç də hamısı bu günümüzə qədər gəlib çıxmayıb. Onların sıradan çıxmasının isə təbii və süni səbəbləri olub. Belə ki, təbii aşınmalara məruz qalan abidələrin, təəssüf ki, insan əli və əməlinin də qurbanlarına çevrilməsi faktları ötən əsrin əvvəllərində və sonlarında özünü daha qabarıq formada göstərmişdir. Zaman-zaman ərazilərimiz yadellilər tərəfindən işğal edilərkən məhvə məhkum olunan maddi mədəniyyət nümunələri içərisində dini xarakterliləri də az deyil.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın tarixi və mədəniyyət, eyni zamanda, dini abidələrinin  barbarcasına dağıdılması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyası, eləcə də “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına zidd olsa da, nədənsə, beynəlxalq birlik belə  “mədəni siyasət”in qarşısının alınmasında qəti mövqe göstərmir, bu vandalizmə ikili standartlarla yanaşır.

Tarixin belə “daşlaşmış səhifələri”ni açmaq, oxumaq nə qədər vacibdirsə, onların qorunması və gələcək nəsillərə çatdırılması bir o qədər də gərəklidir.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2017.- 19 aprel.- S. 7.