Azərbaycan Qran-prisi “Formula-1”in yenə ən möhtəşəm yarışı olacaq

 

500 milyon insan Bakının növbəti nümunəvi təşkilatçılığına şahidlik edəcək

 

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq ərəfəsində növbəti “Formula-1” Azərbaycan Qran-prisinin keçiriləcəyi Bakı Şəhər Halqasında da hazırlıq işlərinə start verilib. Məlumdur ki, ötən il 17-19 iyun tarixində Bakı dünyanın ən nüfuzlu idman yarışlarından biri - “Formula-1” Avropa Qran-prisinə evsahibliyi etdi. Növbəti dəfə bütün Avropanın idman nəbzi Bakıda - Şərq ilə Qərbin koloritinin cəmləşdiyi bu şəhərdə döyündü.

 

Azərbaycana növbəti etimad

 

Birnəfərlik, açıq təkərli avtomobil yarışları üzrə dünya çempionatı olan “Formula-1” yarışları 1950-ci ildən etibarən müntəzəm olaraq keçirilir. Bu yarışlar Beynəlxalq Avtomobil Federasiyasının müəyyən etdiyi qaydalara əsasən təşkil olunur. “Formula-1” il ərzində müxtəlif ölkələrdə keçirilən mərhələlərdən ibarət olur. Hər mərhələyə Qran-pri adı verilir. İlin sonunda bütün Qran-prilərdən toplanan xalların əsasında pilotlar komandalar arasında qalib müəyyən edilir mükafatlandırılır. Misal olaraq, ötənilki mövsümə mükəmməl başlanğıc etməklə ardıcıl 4 yarışın qalibi olan “Mercedes” komandasının pilotu Niko Rosberq 3 yarış sonrası Bakıda ilk dəfə keçirilən Avropa Qran-prisində inamlı qələbə qazandı çempionatda liderliyini qoruyub saxladı.

Bakıda keçirilən “Formula-1” Avropa Qran-prisinin yüksək səviyyədə təşkili Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı. Dünyada yarım milyard tamaşaçı auditoriyası olan bu yarışın Bakıda keçirilməsi ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları əks etdirdi. I Avropa Oyunlarından sonra “Formula-1” kimi mühüm yarışın Bakıda keçirilməsi Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu təsdiqlədi. Təsadüfi deyil ki, bu il Azərbaycan IV İslam Həmrəylik Oyunlarına da evsahibliyi edəcək. Bütün bunlar ölkəmizin dünyada getdikcə artan nüfuzundan, siyasi iqtisadi sahədə qazandığı uğurların yetərincə olmasından qaynaqlanır.

 

Hazırlıqlara start verilib

 

Yarışların bu il keçiriləcək mövsümünün növbəti Bakı mərhələsi üçün artıq hazırlıqlara start verilib. Aprelin 15-dən etibarən, Bakı trekini əhatə edən asfalt örtüyünün yarışa hazır vəziyyətə gətirilməsi məqsədilə təmir-bərpa işlərinə başlanılıb.

Trekə daxil olan Neftçilər prospekti, İstiqlaliyyət küçəsi kimi mərkəzi yolların kənarlarına beton bəndlər yerləşdirilib. Təmir-bərpa işləri ilə əlaqədar Bakı Şəhər Halqasına daxil olan bəzi küçələr avtomobillərin hərəkəti üçün məhdudlaşdırılsa da, Neftçilər prospekti hələ ki, bütünlüklə sürücülərin ixtiyarındadır.

Aparılan hazırlıq işləri ilə yaxından tanış olmaq üçün Bakı trekinə baxış keçirdik. Asfalt örtüyü yaxşı vəziyyətdə olduğundan yalnız ara-sıra kiçik bərpa işləri aparılır. Hazırda Bakı Şəhər Halqası üzrə ən qızğın işlər Niyazi küçəsində gedir. Burada yolun qənbər daşlı hissəsinə asfalt örtüyü çəkilir. Bu məqsədlə əraziyə cəlb olunan texnika işçi heyəti var gücü ilə çalışır. İşə məsul olan şəxslərdən aldığımız məlumata görə, sözügedən küçədə qənbər daşların asfalt örtüyü ilə əvəzlənməsi, eləcə trekdə ehtiyac olan yerlərdə asfalt örtüyünün təmir-bərpa prosesi mayın 1-dək davam edəcək.

 

Üç mərhələ

 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Yarış Obyektinin tikintisi üzrə rəhbəri Tom Butçerin açıqlamasına görə isə trekin asfalt qatının yarışa hazır vəziyyətə gətirilməsi ilə əlaqədar aparılacaq işlər üç mərhələdə həyata keçiriləcək. İlkin mərhələdə, trekin 15 16-cı döngələri arasında yerləşən qəmbər daşlı hissəsinə qoruyucu qat çəkilərək yol hamarlaşdırılacaq. 20-23 aprel tarixlərini əhatə edən ikinci mərhələdə qəmbər daşlı hissəyə sonuncu asfalt qatı çəkiləcək.

Asfalt çəkilişinin sürətli şəkildə reallaşdırılması üçün 15-23 aprel tarixləri ərzində trekin İstiqlaliyyət küçəsinin Şeyx Şamil küçəsi ilə kəsişməsindən Niyazi küçəsinədək olan hissəsi həmçinin buradan daAzneftdairəsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Sonuncu mərhələyə 23 aprel tarixində start veriləcək. Bu mərhələdə Bakı Şəhər Halqasının bütün asfalt örtüyünə ümumi baxış keçiriləcək ehtiyac olduğu yerlərdə təmir-bərpa işləri aparılaraq trek yarış üçün tam hazır vəziyyətə gətiriləcək.

23-25 iyun tarixlərində Bakıda baş tutacaq növbəti “Formula-1” yarışına yaxınlaşdıqca hazırlıq işlərinin intensivləşdiyini deyən Tom Butçer, şəhər sakinlərinin nəzərinə çatdırır ki, günboyu aparılan işlər zamanı trekin keçdiyi küçələrdə nəqliyyat vasitələrinin piyadaların fasiləsiz hərəkətinin təmin olunmasına xüsusi diqqət yetirilir. Əməliyyat şirkəti, həmçinin nəqliyyatın hərəkətinin məhdudlaşdırılması nəticəsində yaranan müvəqqəti çətinliyə görə paytaxt sakinlərindən üzr istəyir, göstərilən anlayış dəstəyə görə əvvəlcədən öz təşəkkürünü bildirir.

 

Əhali qürur duyur

 

Trek boyunca hərəkət edərkən qarşılaşdığımız paytaxt sakinləri, eləcə sürücülərlə söhbətləşdik. “Formula-1” yarışlarına hazırlıqla bağlı görülən işlərin onlarda hər hansı bir narahatçılıq yaradıb-yaratmaması ilə maraqlandıq. Bildirdilər ki, müəyyən küçələrdə hərəkətin məhdudlaşdırılması, yaxud texniki avadanlıqların səsi onlara elə mane olmur. Bunun müvəqqəti narahatlıq olduğunu başa düşürlər. Həmçinin ölkəmizdə belə bir mötəbər beynəlxalq tədbirin keçirilməsi ilə qürur duyurlar. Bakı şəhər sakini Rauf Məmmədov dedi ki, ötən il rayonda olması ilə əlaqədar “Formula-1” yarışlarına canlı baxa bilməyib. Amma bu dəfə “Formula-1” həyəcanını yaşamaq üçün bilet almağı planlaşdırır. O, televiziya kanallarında gördüklərini canlı olaraq izləmək istəyir.

Ötən il keçirilən “Formula-1” yarışlarına mən özüm böyük maraqla baxdım. Bildiyimə görə, bu yarışa dünyada böyük maraq göstərirlər. Yarış harada keçirilirsə, azarkeşlər həmin ölkəyə səfər edirlər. Bunun nəyi pisdir?! Qoy gəlsinlər, Bakını da görsünlər, ölkəmizi tanısınlar”. Bu sözləri isə Sabir Məmmədov adlı taksi sürücüsü dedi. O, ötən il olduğu kimi, bu il yarışların yüksək səviyyədə keçirilməsi üçün ölkəmizə uğurlar arzuladı.

 

Yarım milyard insan yenidən Bakının gözəlliklərini görəcək

 

Yürüşün keçiriləcəyi Bakı Şəhər Halqasının uzunluğu 6006 metrdir. Bu trek uzunluğuna görə dünyada ikincidir. Unikal xüsusiyyətlərə sahib Bakı Şəhər Halqası elə təşkil olunub ki, yarış zamanı “Formula-1” avtomobilləri azarkeşləri UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil olan İçərişəhər Tarix-Memarlıq Qoruğunu, şəhərin müasir göydələnlərini Xəzərin sahilboyu hissəsini özündə birləşdirən Bakının simasını görəcəklər. Trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətində olacaq. Paytaxtın mərkəzi küçələrində təşkil olunacaq Qran-pridə avtomobillər Hökumət evinin qarşısından Qız Qalası, İçərişəhər Azneftdairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar.

Bu il Bakı Şəhər Halqasında yarışları izləmək üçün seçim imkanı verən müxtəlif tribunaların quraşdırılması nəzərdə tutulub. 20 minə yaxın oturacaqlı tribunalardan əlavə, yarışı ayaqüstü izləməyə imkan verən ərazilər daxil olmaqla ümumilikdə 30 minə qədər tamaşaçı eyni vaxtda yarışları canlı izləyə biləcək.

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan.- 2017.- 20 aprel.- S. 1; 5.