Leyla Əliyevanın iştirakı ilə uşaqlar
üçün əyləncə
proqramı təşkil edilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakının 1, 2 və 3 saylı uşaq evlərinin sakinləri, eləcə də daun sindromlu uşaqlar bu dəfə asudə vaxtlarında sevimli “Smurfiki” animasiya filmini izləyiblər.
“CinemaPlus”da təşkil olunan nümayiş zamanı Leyla Əliyeva uşaqlarla görüşüb, onlarla birgə foto çəkdirib.
Filmi maraqla qarşılayan uşaqlara, həmçinin “Smurfiki” filminə aid müxtəlif hədiyyələr verilib.
Qeyd edək ki,
Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyeva mütəmadi olaraq valideyn himayəsindən
məhrum, xüsusi qayğıya
ehtiyacı olan uşaqlarla
görüşür, onların təlim-tərbiyəsi
ilə maraqlanır, uşaqlar və
yeniyetmələrin asudə vaxtlarının səmərəli
təşkili üçün
keçirilən müxtəlif tədbirlərdə və
proqramlarda onlarla birgə
olur.
Azərbaycan.-
2017.- 20 aprel.- S.6.