AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb

 

Azərbaycan Milli Elmlər Akademiyası rəyasət heyətinin aprelin 19-da keçirilmiş iclasında “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” müsabiqəsinin nəticələri elan edilib.

AZƏRTAC xəbər verir ki, müsabiqənin nəticələrinə əsasən, müstəqillik illərində Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilmiş mühüm beynəlxalq layihə olan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsindəki müstəsna xidmətlərinə görə AMEA-nın müxbir üzvü Nərgiz Paşayeva “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb.

Həmçinin Azərbaycanın mədəni və tarixi irsinin dünya miqyasında elmi əsaslarla öyrənilməsinə verdiyi xüsusi dəstəyə görə Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin İngiltərə tərəfdən rəhbəri, professor Robert Hoyland “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb.

Mükafatlar AMEA-nın aprelin 28-də keçiriləcək ümumi yığıncağında sahiblərinə təqdim olunacaq.

 

Azərbaycan.- 2017.-20 aprel.- S.6.