“İnzibati ərazi
vahidləri arasında ərazi məsələləri üzrə
mübahisələrə baxılması üçün
yaradılan xüsusi komissiyalar
haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”
Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 1582 nömrəli
Sərəncamının
ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv olunması haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 472-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
“İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 1582 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 8, maddə 681) ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel
2017-ci il
Azərbaycan.- 2017.-21 aprel.-
S.2.