“Dövlət qulluğu
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2012-ci il 20 aprel tarixli 345-IVQD nömrəli
Qanununun tətbiqi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli
624 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 345-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 624 nömrəli Fərmanını “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 329-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 345-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 624 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 5, maddə 417) 3.5.2-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“3.5.2. “müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri” dedikdə yerli icra hakimiyyəti orqanlarının yanında olan orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri nəzərdə tutulur;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
19 aprel 2017-ci il
Azərbaycan.-
2017.-21 aprel.- S.1.