Azərbaycan
Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə
Dövlət Xidməti haqqında Əsasnamə
Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 19 aprel
tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi
müddəalar
1.1. Azərbaycan Respublikası
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə
Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti
(bundan sonra - Xidmət) Azərbaycan Respublikasının daxili dəniz
və ərazi sularında, çaylarında, su
anbarlarında, digər sututarlarında (bundan sonra - sututarlarda)
kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətinə
dövlət nəzarətini, kiçikhəcmli gəmilərin
və onların dayanacağı üçün bazaların,
qurğuların, yanalma körpülərinin və su
keçidlərinin (bundan sonra - bazalar) təhlükəsiz
istismarına texniki nəzarəti, çimərliklərdə,
su hövzələrində və digər sututarlarda, dənizkənarı
kütləvi istirahət yerlərində
axtarış-xilasetmə tədbirlərini, habelə
dalğıc-axtarış işlərini, insanların sularda
təhlükəsizliyinin təmin edilməsi sahəsində
idarəetməni, əlaqələndirməni və nəzarəti
həyata keçirən icra hakimiyyəti orqanıdır.
1.2. Xidmət öz fəaliyyətində
Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələri, Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, Azərbaycan Respublikası Fövqəladə
Hallar Nazirliyi haqqında Əsasnaməni, Azərbaycan
Respublikası fövqəladə hallar nazirinin əmr və sərəncamlarını
və bu Əsasnaməni rəhbər tutur.
1.3.Xidmət
öz vəzifələrini yerinə yetirərkən və
hüquqlarını həyata keçirərkən dövlət
və yerli özünüidarəetmə orqanları, həmçinin
qeyri-hökumət təşkilatları ilə
qarşılıqlı əlaqədə fəaliyyət
göstərir.
1.4.Xidmət müstəqil balansa,
istifadəsində olan dövlət əmlakına, xəzinə
və bank hesablarına, üzərində Azərbaycan
Respublikasının Dövlət gerbinin təsviri və
öz adı həkk olunmuş möhürə, müvafiq
ştamplara, blanklara, bayraq və rəmzlərə malikdir.
1.5.Xidmətin
saxlanma xərcləri və fəaliyyəti Azərbaycan
Respublikasının dövlət büdcəsinin vəsaiti,
büdcədənkənar vəsaitlər və qanunla nəzərdə
tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
1.6.Xidmət
kiçikhəcmli gəmilərin dayanacaq bazasına və
kiçikhəcmli gəmilərin istismarına nəzarəti
həyata keçirmək və dalğıc-axtarış fəaliyyətini
təşkil etmək üçün sahilboyu xilasetmə məntəqələrinə
malikdir.
1.7. Xidmət Bakı şəhərində
yerləşir.
2. Xidmətin fəaliyyət
istiqamətləri
2.0. Xidmətin fəaliyyət istiqamətləri
aşağıdakılardır:
2.0.1.kiçikhəcmli
gəmilərin təhlükəsiz hərəkətinə
dövlət nəzarətini və istismarına texniki nəzarəti
təşkil edir və həyata keçirir;
2.0.2. kiçikhəcmli
gəmilərin dayanacaq bazalarının istismarının təhlükəsizliyinə
nəzarət edir;
2.0.3. çimərliklərdə,
su hövzələrində və digər sututarlarda
dalğıc-axtarış işlərini, insanların sularda
təhlükəsizliyinin təmin edilməsinə nəzarəti
və əlaqələndirməni həyata keçirir;
2.0.4. çimərliklərdə,
su hövzələrində və digər sututarlarda
insanların axtarışını və xilas edilməsini təmin
edir.
3. Xidmətin vəzifələri
3.0. Xidmət bu Əsasnamə ilə
müəyyən edilmiş fəaliyyət istiqamətlərinə
uyğun olaraq aşağıdakı vəzifələri yerinə
yetirir:
3.0.1. fəaliyyət
istiqamətlərinə aid olan normativ hüquqi aktların təkmilləşdirilməsi
ilə bağlı təkliflər verir, onların layihələrini
hazırlayır və ya onların hazırlanmasında
iştirak edir;
3.0.2. kiçikhəcmli
gəmilərin və onların dayanacaq bazalarının
istifadəsi zamanı dövlət və texniki nəzarəti
həyata keçirir;
3.0.3.kiçikhəcmli
gəmilərin dayanacaq bazalarında insanların təhlükəsizliyi
ilə bağlı tələblərə əməl
olunmasına nəzarət edir;
3.0.4. kiçikhəcmli
gəmilərin təsnifatına dair təkliflər verir;
3.0.5. kiçikhəcmli
gəmilərin təsnifatına uyğun olaraq onların
dövlət qeydiyyatını və uçotunu aparır,
onları ilkin və illik texniki müayinədən və
baxışdan keçirir;
3.0.6. kiçikhəcmli
gəmilərə dövlət (bort) nömrəsinin, qeydə
alınmış gəmilərə gəmi biletinin və digər
sənədlərin verilməsini təmin edir;
3.0.7. kiçikhəcmli
gəmilərdən təhlükəsiz istifadə
olunmasının təmin edilməsi və onların idarə
edilməsi vərdişlərinin öyrədilməsi
üçün proqramlar hazırlayır, kiçikhəcmli
gəmi sürücülərinin hazırlığı
üzrə kurslar təşkil edir və ya bu cür
kursların uçotunu aparır, kiçikhəcmli gəmi
sürücülərinin hazırlığı üzrə
kursları bitirmiş şəxsləri imtahandan keçirir və
imtahandan müvəffəqiyyətlə keçmiş şəxslərə
sürücülük vəsiqəsi verir;
3.0.8 dalğıc
və xilasedicilərin hazırlanmasını təşkil
edir, onların peşə hazırlığının
yüksəldilməsi üçün tədbirlər
görür;
3.0.9. kiçikhəcmli
gəmilərin reyestrini, kiçikhəcmli gəmiləri idarə
etmək hüququ verən sürücülük vəsiqələrinin,
kiçikhəcmli gəmilərin və gəmi
sürücülərinin qeydiyyat sənədlərinin
uçotunu aparır;
3.0.10. konstruksiyasından və
gücündən asılı olaraq gəminin sərnişin
tutumunu, yükgötürümünü, mühərriklərin
maksimal gücünü və sayını, yelkənlər
üçün yolverilən sahəni, üzmə ərazisini,
gəminin üzməsi üçün yolverilən dalğa
hündürlüyünü, gəminin sualtı hissəsini
və minimal suüstü bortunu, onun xilasetmə və
yanğındanqoruma vasitələri ilə, siqnal işıqları,
naviqasiya və digər avadanlıqlarla təchizatı ilə
bağlı məcburi şərtləri, normaları və
texniki tələbləri müəyyən edir;
3.0.11.kiçikhəcmli
gəmilərdən və onların dayanacaq bazalarından
istifadə qaydalarına əməl olunmasına nəzarət
edir, həmin qaydaların, üzmə təhlükəsizliyinə
və ətraf mühitin mühafizəsinə aid digər
norma və tələblərin pozulmasının aşkar edilməsi
və qarşısının alınması üçün
tədbirlər görür;
3.0.12. kiçikhəcmli
gəmilərin istismarı zamanı baş vermiş qəza və
bədbəxt hadisələrin uçotunu aparır,
onların başvermə səbəblərini və şəraitini
təhlil edir, həmin səbəb və şəraitin aradan
qaldırılması üçün tədbirlər
görür;
3.0.13. kiçikhəcmli
gəmilərin dayanacaq bazalarının layihələrinə
rəy verir və onların uçotunu aparır;
3.0.14. kiçikhəcmli
gəmilərin dayanacaq bazalarında gəmilərin yerləşdirilmə
normalarını, istismar təhlükəsizliyi
üçün şərtləri və texniki tələbləri
müəyyən edir;
3.0.15. kiçikhəcmli
gəmilərin dayanacaq bazalarının istismarına
razılıq verir və təhlükəsizlik tələbləri
pozulduğu halda bu tələblər təmin edilənə
kimi həmin bazaların istismarını qadağan edir;
3.0.16. kiçikhəcmli
gəmilərin girov qoyulması və ya qanuni qüvvəyə
minmiş məhkəmə qərarı əsasında üzərinə
həbs qoyulması barədə məlumat daxil olduqda
kiçikhəcmli gəmilərin dövlət qeydiyyat reyestr
kitabında bu barədə müvafiq qeyd aparır;
3.0.17. kiçikhəcmli
gəmilərin istismarı zamanı təhlükəsizlik səviyyəsinin
artırılması ilə bağlı tövsiyələr
hazırlayır və aidiyyəti dövlət orqanlarına təqdim
edir, onların həyata keçirilməsinə yardım edir;
3.0.18. kiçikhəcmli
gəmilərin hərəkətinin təhlükəsizliyinin
təmin olunması üçün gəmi sahibləri tərəfindən
tədbirlər görülməsinə nəzarət edir;
3.0.19. kiçikhəcmli
gəmilərin mühərriklərinin standartları, texniki
şərtləri, layihə və konstruksiyaları üzrə
onların istismar təhlükəsizliyinin təminatı ilə
bağlı rəy verir, yeni gəmi texnikası nümunələrinin
sınaqlarında və istismara qəbulunda iştirak edir;
3.0.20.kiçikhəcmli
gəmilərin istismar şərtlərini, onların
konstruksiyalarının avadanlıq və mexanizmlərinin
xüsusiyyətlərini öyrənir və onların
etibarlılığının yüksəldilməsi ilə
bağlı təkliflər verir;
3.0.21.kiçikhəcmli
gəmilərin qeydiyyatı və uçotu, həmin gəmilərdən
və onların dayanacaq bazalarından istifadə
qaydalarının pozulması hallarının
qeydiyyatını aparır və onların başvermə səbəblərini
təhlil edir;
3.0.22.kiçikhəcmli gəmilərin
gəmi reyestrindən çıxarış verilməsi,
kiçikhəcmli gəmilərin sürücülərinə
sürücülük vəsiqələrinin verilməsi
üçün “Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
dövlət rüsumunun gəmi sahibləri tərəfindən
ödənilməsinə nəzarət edir;
3.0.23. çimərlik
operatorları ilə müqavilə əsasında su hövzəsinin
çimərliyə aid olan hissəsində xilasetmə
işlərinin həyata keçirilməsi, habelə su nəqliyyatı
vasitələri ilə xidmət göstərilməsi
mexanizminin yaradılması ilə bağlı tədbirlər
görür;
3.0.24.kiçikhəcmli
gəmilərin dayanacaq bazalarının, yanalma körpülərinin,
su keçidlərinin, eləcə də çimərliklərin
texniki baxışdan keçirilməsini təmin edir;
3.0.25.kiçikhəcmli
gəmilərin istismarı zamanı qəzaların
qarşısını almaq, insanların su obyektlərində
təhlükəsizliyini təmin etmək məqsədi ilə
əhali arasında maarifləndirmə işi aparır və
bu sahədə aidiyyəti qurumların fəaliyyətini əlaqələndirir;
3.0.26. Azərbaycan
Respublikasının Prezidenti tərəfindən müəyyən
edilmiş hallarda inzibati xətalar haqqında işlərə
baxır;
3.0.27.Xidmətin fəaliyyət
istiqamətlərinə uyğun olaraq kadrların peşə
və xüsusi hazırlığını, onların əlavə
təhsilinin həyata keçirilməsini təşkil edir;
3.0.28.sututarlarda
fövqəladə halların (bədbəxt hadisələrin)
qarşısının alınması və nəticələrinin
aradan qaldırılması tədbirlərinin həyata
keçirilməsində iştirak edir;
3.0.29. kiçikhəcmli
gəmilərin, onlar üçün bazaların, eləcə
də çimərliklərin təhlükəsiz
istismarına nəzarəti təşkil edir və çimərlik
operatorları tərəfindən təhlükəsizlik tələblərinə
riayət olunmasını müəyyən etmək məqsədi
ilə monitorinqlər keçirir;
3.0.30. istismar
müddəti başa çatmış gəmilərin
istismarını qadağan edir;
3.0.31. kiçikhəcmli
gəmilərin öz təyinatı üzrə istismar
olunmasına nəzarət edir;
3.0.32. aidiyyəti
dövlət orqanları və yerli özünüidarəetmə
orqanları ilə birlikdə çimərliklərdə, su
hövzələrində və digər sututarlarda
insanların təhlükəsizliyinin təmin edilməsi ilə
bağlı qarşılıqlı fəaliyyət planı
hazırlayır;
3.0.33. çimərliklərdə
və sututarlarda insanların axtarışını və
xilasını təmin edir;
3.0.34.çimərliklərdə təhlükəsizlik
tələblərinin pozulduğu hallarda, o cümlədən
çimərlik ərazisində təhlükəsizlik tədbirləri
sahəsində müvafiq təlim keçmiş əməkdaşlar
olmadıqda, aşkar edilmiş nöqsanlar aradan
qaldırılanadək çimərlik operatorlarının fəaliyyətinin
məhdudlaşdırılması ilə bağlı tədbirlər
görür;
3.0.35. çimərliklərin
yararlı hala salınması və çimərliklərdə
təhlükəsizlik qaydalarına əməl edilməsi
üçün tədbirlər görür;
3.0.36. çimərliklərin
yaradılması və fəaliyyətinin təşkili
zamanı bu sahəni tənzimləyən normativ hüquqi
aktların tələblərinin yerinə yetirilməsinə nəzarət
edir;
3.0.37. sututarlarda
baş vermiş qəza zamanı təcili tibbi yardıma
ehtiyacı olan şəxslərə ilkin tibbi yardım
göstərir;
3.0.38. aidiyyəti
dövlət orqanları ilə birlikdə xilasetmə məntəqələrinin
və postlarının dislokasiyasını müəyyən
edir, yeni xilasetmə məntəqələrinin və
postlarının yaradılması barədə Nazirliyə təkliflər
verir;
3.0.39. çimərliklərdə
yaradılmış xilasetmə məntəqələrinin
xilasetmə avadanlıqları, rabitə və digər texniki
vasitələrlə təchizatına nəzarət edir;
3.0.40.Xidmətin fəaliyyəti
ilə bağlı müraciətlərə “Vətəndaşların
müraciətləri haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq baxır və tədbirlər
görür;
3.0.41. kiçikhəcmli
gəmilərə nəzarətin təmin edilməsi, habelə
çimərliklərdə, su hövzələrində və
digər sututarlarda baş vermiş qəza və bədbəxt
hadisələrin qarşısının alınması və
təxirəsalınmaz xilasetmə işlərinin təşkili
sahəsində aidiyyəti dövlət orqanları və
qurumları ilə qarşılıqlı fəaliyyət
göstərir;
3.0.42.Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən irəli gələn
öhdəliklərin həyata keçirilməsində
iştirak edir;
3.0.43. dövlət
sirrinin və məxfilik rejiminin qorunması üçün
“Dövlət sirri haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq mühafizə və
təhlükəsizlik tədbirlərini həyata keçirir;
3.0.44. Azərbaycan
Respublikası Prezidentinin müəyyən etdiyi digər vəzifələri
yerinə yetirir.
4. Xidmətin
hüquqları
4.0. Xidmət öz vəzifələrini
yerinə yetirmək üçün aşağıdakı
hüquqlara malikdir:
4.0.1.fəaliyyət
istiqamətlərinə aid məsələlərin tənzimlənməsi
ilə bağlı təkliflər hazırlamaq və Nazirliyə
təqdim etmək;
4.0.2.kiçikhəcmli
gəmilərin istismarına qadağa qoymaq, onları
dayanacaqlara və uzunmüddətli saxlanma yerlərinə yerləşdirmək;
4.0.3. təhlükəsizlik
və mühafizə qaydalarının tələblərinə
cavab verməyən, gəmilərin hərəkətinə və
üzməsinə təhlükə yaradan, kiçikhəcmli
gəmilərin dayanacaq bazalarının istismarı və
istifadəsini qadağan etmək;
4.0.4. texniki
normativ sənədlərdə göstərilən tələblərə
əməl etməyən kiçikhəcmli gəmiləri
saxlamaq, gəmi sürücülərinin kiçikhəcmli gəmiləri
idarə etmək hüququnu təsdiqləyən
sürücülük vəsiqələrini və gəmiyə
verilmiş qeydiyyat sənədlərini yoxlamaq və aşkar
olunmuş pozuntuların qarşısını almaq
üçün tədbirlər görmək;
4.0.5. istismar təhlükəsizliyinə,
ətraf mühitin mühafizəsinə, çay və dəniz
gəmiçiliyi təhlükəsizliyinə təminat verməyən
kiçikhəcmli gəmilərin istismarını qadağan
etmək;
4.0.6. xarici ölkələrin
diplomatik, konsulluq və digər nümayəndəliklərinə
və beynəlxalq təşkilatlara məxsus gəmi və nəqliyyat
vasitələri istisna olmaqla, hüquqi və fiziki şəxslərə
məxsus gəmi və nəqliyyat vasitələrindən təcili
tibbi yardıma ehtiyacı olan vətəndaşların tibb
müəssisələrinə çatdırılması və
ya qəza zamanı zədələnmiş kiçikhəcmli
gəmilərin daşınması üçün istifadə
etmək;
4.0.7. tabeliyində
özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət
göstərən qurumların yaradılması ilə
bağlı Nazirliyə təkliflər vermək;
4.0.8. Xidmətin fəaliyyət
istiqamətlərinə aid məsələlər üzrə
lazım olan məlumatları və sənədləri əldə
etmək üçün dövlət və yerli
özünüidarə orqanlarına, fiziki və hüquqi
şəxslərə sorğu vermək və onlardan belə
məlumatları (sənədləri) tələb etmək;
4.0.9. Xidmətin fəaliyyət istiqamətlərinə
uyğun olaraq sərgilərin, konfransların, təlim və
idman tədbirlərinin keçirilməsində iştirak etmək;
4.0.10. Azərbaycan
Respublikası Prezidentinin müəyyən etdiyi digər
hüquqları həyata keçirmək.
5. Xidmətin fəaliyyətinin
təşkili
5.1. Xidmətin Aparatı və
fəaliyyətini təmin edən digər qurumlar onun vahid
sistemini təşkil edir. Xidmət öz fəaliyyətini
bilavasitə və sisteminə daxil olan qurumlar vasitəsilə
həyata keçirir.
5.2. Xidmətin strukturu,
Aparatının və strukturuna daxil olan qurumların büdcədən
maliyyələşdirilən işçilərinin sayı
Nazirliyin büdcədən maliyyələşdirilən
işçilərinin Azərbaycan Respublikasının
Prezidenti tərəfindən təsdiq edilən say həddi nəzərə
alınmaqla, Nazirlik tərəfindən müəyyən
edilir.
5.3. Xidmətin
Aparatının və strukturuna daxil olan qurumların
işçilərinin işə qəbulu və işdən
azad edilməsi Azərbaycan Respublikasının fövqəladə
hallar naziri tərəfindən həyata keçirilir.
5.4. Xidmətin xüsusi rütbəsi
olan əməkdaşlarının xidmət keçməsi
“Fövqəladə hallar orqanlarında xidmətkeçmə
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
5.5.Xidmətin
Aparatında xüsusi rütbələr nəzərdə
tutulmayan vəzifələrdə işləyən
işçilərinin qulluq keçməsi “Dövlət
qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
tənzimlənir.
5.6. Xidmətin mövsümi işlərə
cəlb olunan işçilərinin əmək münasibətləri
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
ilə tənzimlənir.
5.7.Xidmətin
Aparatının və strukturuna daxil olan qurumlarının
maliyyələşdirilməsi dövlət büdcəsində
Nazirliyin saxlanılması üçün nəzərdə tutulmuş
vəsait hesabına həyata keçirilir.
5.8. Xidmətin xüsusi rütbəsi
olan əməkdaşları xüsusi geyim forması və fərqlənmə
nişanları daşımaq hüququna malikdirlər.
5.9. Xidmətin fəaliyyətinə
Azərbaycan Respublikasının fövqəladə hallar
naziri tərəfindən vəzifəyə təyin və vəzifədən
azad edilən, öz vəzifəsinə görə Azərbaycan
Respublikasının kiçikhəcmli gəmilər üzrə
baş dövlət müfəttişi hesab edilən rəis
rəhbərlik edir.
5.10. Rəis Xidmətə həvalə
olunmuş vəzifələrin yerinə yetirilməsi və
hüquqların həyata keçirilməsi üçün
şəxsən məsuliyyət daşıyır.
5.11. Rəisin Azərbaycan
Respublikasının fövqəladə hallar naziri tərəfindən
vəzifəyə təyin və vəzifədən azad edilən
üç müavini vardır.
5.12. Xidmətin rəisi:
5.12.1. Xidmətin işini təşkil
edir və ona rəhbərlik edir;
5.12.2. müavinləri
və Xidmətin Aparatının struktur bölmələrinin
rəhbərləri arasında vəzifə bölgüsü
aparır, onların səlahiyyətlərini müəyyən
edir və fəaliyyətini əlaqələndirir;
5.12.3. Xidmətin strukturuna daxil olan
qurumların əsasnamələrinin layihələrini hazırlayır
və təsdiq olunmaq üçün Nazirliyə təqdim
edir;
5.12.4. Xidmətin vəzifəli şəxsləri
tərəfindən qəbul edilmiş qərarlardan verilən
şikayətlərə baxır və əsas olduqda, həmin
qərarları dəyişdirmək və ya ləğv etmək
barədə qərar qəbul edir;
5.12.5. Xidmətin fəaliyyəti
üzrə hesabatların aidiyyəti üzrə təqdim
olunmasını təmin edir;
5.12.6. Xidmətin strukturunun təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Nazirliyə təkliflər verir;
5.12.7.Xidməti dövlət və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, fiziki və hüquqi şəxslər, habelə beynəlxalq təşkilatlarla münasibətlərdə təmsil edir;
5.12.8.Xidmətin əməkdaşlarının “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada attestasiyasının keçirilməsini təşkil edir;
5.12.9.Xidmətin tabeliyində olan qurumların yaradılması, yenidən təşkili və ləğv edilməsi barədə Nazirliyə təkliflər verir;
5.12.10. Xidmət üçün ayrılan vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir;
5.12.11. Xidmətin əməkdaşlarının həvəsləndirilməsi və intizam tənbehi tədbirlərinin görülməsi üçün Nazirliyə təqdimat verir;
5.12.12. işçilərin peşə hazırlığı və əlavə təhsili üçün tədbirlər görür;
5.12.13. fəaliyyətinin xüsusiyyətləri və Xidmətə ayrılan vəsaitin həddi nəzərə alınmaqla, əməkdaşlarının vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsi barədə Nazirlik qarşısında məsələ qaldırır;
5.12.14. Xidmət üçün dövlət büdcəsindən ayrılmış vəsaiti, habelə qanunla nəzərdə tutulmuş digər mənbələrdən daxil olan maliyyə vəsaitlərini idarə edir.
5.12.15. Xidmətin fəaliyyət istiqamətlərinə aid edilən məsələlər üzrə növbəti il üçün Nazirliyin saxlanılması xərclərinin formalaşdırılması ilə bağlı təkliflər verir;
5.12.16. mövsümi işlərə cəlb olunan işçilərlə əmək müqaviləsi bağlayır;
5.12.17. bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq digər vəzifələri yerinə yetirir.
5.13.Xidmətin xüsusi
rütbəsi olan əməkdaşları “Fövqəladə
hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq xidməti silah gəzdirmək
hüququna malikdirlər.
Azərbaycan.-
2017.-21 aprel.- S.2.