İnformasiya təhlükəsizliyi sahəsində
dövlət siyasəti
Sovet hakimiyyəti dövründə bütün respublikaların, o cümlədən Azərbaycanın təhlükəsizliyini Moskva qoruyurdu. Bu təhlükəsizliyin əsası sərhədlərin qorunması olsa da, cap məhsullarına nəzarət yüksək səviyyədə aparılırdı. Belə ki, “QLAVLİT” (mətbuatda dövlət sirlərini mühafizə edən idarə) deyilən senzura qurumunda bütün ölkədə nəşr olunan kütləvi informasiya vasitələri “süzgəcdən” keçəndən sonra çapına icazə verilirdi.
İndi vəziyyət dəyişib. Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra ilk növbədə təhlükəsizliyin qayğısına qaldı, vahid informasiya siyasətini formalaşdırmağa başladı. Bu, yenicə müstəqilliyə qovuşmuş Azərbaycan üçün bir o qədər də asan deyildi. Keçən əsrin sonlarında bir sıra xarici qüvvələrin ölkəmizə qarşı həyata keçirdikləri informasiya müdaxiləsi etnik qruplar arasında qarşıdurma yaradılmasına hesablanmışdı. Məqsədləri ölkədə xaos yaratmaq idi. Bir sözlə, ölkəmiz “ayaq üstə durmağa başlayanda”, öz dəyərlərini dünyaya nümayiş etdirmək gücündə olanda gözü götürməyən bədxahlar qarayaxma kampaniyasına start verirlər.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun təbirincə desək, xarici dairələr bununla kifayətlənməyərək Azərbaycanın ictimai rəyinə, daxili və xarici siyasətinə təsir göstərmək məqsədilə çoxsaylı, dini, ideoloji, informasiya və təbliğat şaxələri yaratmış və öz məqsədləri üçün istifadə etmişlər. Belə təxribatçı hərəkətlər ölkədaxili sabitliyin pozulmasına, mərkəzi hakimiyyətin cəmiyyət üzərindəki nəzarətinin itirilməsinə və daxili anarxiyanın yaranmasına yönəlmişdi.
Həmin dövrdə Azərbaycanda informasiya texnologiyaları iflic vəziyyətində olduğundan xaricə çıxış çox çətin idi . “Beynəlxalq informasiya gücləri” xaricə çıxışı nəzarət altında saxlayırdı. Bu da istər-istəməz informasiya təhlükəsizliyi sahəsində problem yaradırdı. Belə vəziyyətlə barışmaq olmazdı. Odur ki, Azərbaycan dövləti informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafına mühüm əhəmiyyət verir və bu sahədə milli qanunvericilik bazasını təkmilləşdirirdi. Bu da imkan yaradırdı ki, jurnalistikamız dünyanın sivil təcrübəsinə söykənsin. “Kütləvi informasiya vasitələri haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Məlumat azadlığı haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Telekommunikasiya haqqında”, “Dövlət sirri haqqında” və s. qanunların qəbulu bir daha göstərir ki, Azərbaycan İKT sahəsinə xüsusi diqqət yetirir, onun inkişafı və təkmilləşdirilməsi qayğısına qalır.
Onu da qeyd edək ki, informasiya təhlükəsizliyinin təmin olunması məsələləri Azərbaycan Respublikasının qəbul etdiyi bir sıra sənədlərdə, o cümlədən “Milli Təhlükəsizlik Konsepsiyası”nda və “Milli təhlükəsizlik haqqında” qanunda da öz əksini tapmışdır. Konsepsiyada qeyd olunur ki, Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasəti dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunmasına, habelə informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilməsinə əsaslanır. Konsepsiyada eyni zamanda qeyd olunur ki, kəşfiyyat və əkskəşfiyyat qabiliyyətinin uzlaşdırılması və səmərəliliyinin artırılması, habelə məxfi informasiyanın mühafizə olunmasının koordinasiyası milli təhlükəsizlik sektorunun bu sahəsində əsas məsələlərdəndir.
Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasəti “Milli təhlükəsizlik haqqında” qanunda geniş əks olunub. Qanunda Azərbaycanın informasiya sahəsində əsas milli maraqlarını vətəndaşların məlumatların qanuni yolla əldə edilməsi, ötürülməsi, hazırlanması və yayılması kimi konstitusiya hüquqlarının təmin edilməsi, dünya rabitə və informasiya sisteminə daxil olması, informasiya məkanının formalaşması və onun qorunmasının təmin edilməsi qeyd olunur. Qanunun 7-ci maddəsində isə göstərilir ki, milli maraqların həyata keçirilməsinə mane olan və onlara təhlükə yaradan şərait, proses və amillər Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər yaradır. Bu təhdidlər şəraitdən asılı olaraq xarici və daxili təhdidlərdən ibarətdir.
İnformasiya təhlükəsizliyi sahəsindəki əsas təhdidlər qanunda belə təsvir olunur:
* informasiya texnologiyaları sahəsində geriləmə və dünya informasiya məkanına daxil olmağa maneələrin mövcudluğu;
* informasiya azadlığı əleyhinə yönəlmiş qəsdlər;
* dövlət sirlərinin aşkarlanmasına yönəlmiş qəsdlər;
* digər ölkələr tərəfindən Azərbaycana informasiya təcavüzü, beynəlxalq aləmdə ölkə həqiqətlərinin təhrif edilməsi;
* informasiya
sisteminə və ehtiyatlarına qarşı
qəsdlər və
s.
Deməli, informasiya təhlükəsizliyinə
təhdidlərin qarşısı
vaxtında alınmalıdır. Əgər belə
təhdidlər vaxtında
aşkar edilib qarşısı alınmasa,
müdafiə və digər sahələrdə
milli maraqlara ciddi zərbə vurulmasına gətirib çıxara bilər.
Azərbaycanda dünyəvi,
hüquqi və demokratik prinsiplərin həyata keçirilməsi
istiqamətində xeyli
iş görülüb.
O cümlədən, demokratik
cəmiyyətin atributu
olan mətbuat və söz azadlığının təmin
olunması üçün
maneələr aradan qaldırılıb. Hər bir
jurnalist kütləvi
informasiya azadlığından
sui-istifadə etməməli,
qanun çərçivəsində
fəaliyyət göstərməli,
öz peşəsinə
vicdanla yanaşmalıdır.
Jurnalist bilməlidir ki, Azərbaycan Respublikasının qanunvericiliyi
ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirməyə
çağırmaq, dövlətin
bütövlüyünə qəsd etmək, o cümlədən müharibəni,
zorakılığı və
qəddarlığı, milli,
irqi, sosial ədavəti, yaxud qanunazidd əməllər
törətmək məqsədilə
kütləvi informasiya
vasitələrindən istifadə
olunması qanunla qadağandır.
Azərbaycanın informasiya təhlükəsizliyi
məsələlərini diqqətdə
saxlayan Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci
ilin yekunlarına həsr olunmuş illik toplantısında demişdir ki, hazırda bizə qarşı dünyada sistemli informasiya müharibəsi aparan qüvvələr mövcuddur. Elə ölkələr
var ki, orada
hər həftə, hər gün Azərbaycanla bağlı
böhtan xarakterli yazılar dərc edirlər. Təbii ki, bu, əlaqələndirilmiş bir
antiazərbaycan siyasətidir.
Bu işdə ilk növbədə erməni
lobbisinin fəallığını
qeyd etmək lazımdır.
Azərbaycanın informasiya təhlükəsizliyi
dövlət siyasətidir
və ölkənin milli maraqlarından irəli gəlir. 2014-cü ilin sentyabr ayında
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri
Ramiz Mehdiyevin yanında keçirilən
müşavirədə də
informasiya təhlükəsizliyi
ilə bağlı bir sıra aktual
məsələlər müzakirə
edilmişdir. Ölkənin
aparıcı kütləvi
informasiya vasitələrinin
rəhbərlərinin də
iştirak etdiyi müşavirədə vurğulanmışdır
ki, Azərbaycanın müasir inkişafı, güclü və yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilməsi,
regionda aparıcı rolu, qlobal siyasətdə,
beynəlxalq təşkilatlar
çərçivəsində nümayiş etdirdiyi fəallıq müəyyən
xarici qüvvələri,
xüsusilə də Ermənistanı, erməni
lobbisini və onun maraqlarını təmsil edən ayrı-ayrı dairələri
ciddi narahat edir. Vətənpərvərlik, dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-in fəaliyyətinin
başlıca prinsiplərini
təşkil etməlidir.
KİV cəmiyyətdə,
xüsusilə gənc
nəsil arasında vətənə sevgi hisləri, insanlara mənəvi saflıq aşılamalı, onlarda
əsl vətəndaşlıq
mövqeyinin formalaşmasına
öz töhfəsini
verməlidir.
Bəs, görəsən, Azərbaycanın
kütləvi informasiya
vasitələri qarşıya
qoyulan vəzifələrin
öhdəsindən layiqincə
gələ bilirmi? Müharibə şəraitində xaotik informasiyalara son qoyubmu?
Ermənilərin antiazərbaycan yazılarına
tutarlı cavab verirmi? Mətbuat Şurasının keçirdiyi “Azərbaycanda
informasiya təhlükəsizliyi
məsələləri media müstəvisində” adlı
konfransda medianın məsuliyyət məsələsi
diqqət mərkəzinə
gətirildi. Medianın bu
sahədəki nöqsanları
qeyd olundu. Göstərildi ki, qəzetlərdən
fərqli olaraq, cəbhə xəbərlərində
aktiv olan və tanınmayan saytlar informasiyaları araşdırmadan yayır.
Əgər belə demək
mümkünsə, bəzən
yalan baş alıb gedir. Konfrans iştirakçıları problemlərin
həlli üçün
jurnalistlərin məsuliyyətinin
artırılmasının vacibliyini qeyd etdilər.
Ermənistanın hərbi
doktrinası, milli təhlükəsizlik strategiyası
qondarma “Dağlıq Qarabağ respublikası”nın maraqlarına xidmət edir. Bu sənədlərdə Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın
milli maraqları çərçivəsində həll edilməsi Ermənistanın milli təhlükəsizliyinin əsas
vəzifəsi kimi göstərilir. Ermənistanın təbliğat maşını
gecəli-gündüzlü bu istiqamətdə fəaliyyətdədir.
Sirr deyil ki, Azərbaycan
da Ermənistana qarşı informasiya müharibəsi aparır. Həm Azərbaycanın, həm də Ermənistanın informasiyalarını diqqətlə
oxuduqda məlum olur ki, ermənilər
daha ehtiyatlı mövqe tuturlar. Bizim qəzetlər isə bəzən erməni mətbuatının yazdıqlarını
öz səhifələrində
tirajlayırlar. Halbuki şərhlər
vermək, ermənilərin
məkrli niyyətlərini
faktlarla ifşa etmək lazımdır.
Özü də yaxşı
olardı ki, Azərbaycanda çıxan
xarici dilli mətbuat orqanları və internet saytları bu işdə fəallıq göstərsin.
Odur ki, bir neçə
dildə mətbuat orqanlarının çapına
və onların elektron variantına nail olmalıyıq. Bu da Azərbaycanın mövqeyinin möhkəmlənməsinə
dəstək verər.
Yeri gəlmişkən onu da bildirək ki, informasiya təhlükəsizliyini təmin
etmək üçün
dünya ölkələri
informasiya təhlükəsizliyi
üzrə standartlar qəbul ediblər. İnformasiya təhlükəsizliyi sahəsində
tarixən ilk standart
ABŞ Müdafiə Nazirliyinin
“Etibarlı kompüter
sistemlərinin qiymətləndirilməsi
meyarları” olmuşdur.
Cildin rənginə görə çox vaxt “Narıncı kitab” adlanan bu standart
ilk dəfə 1983-cü ildə
nəşr edilmişdir.
Bu kitabın nəşri
informasiya təhlükəsizliyi
sahəsində çox
böyük əhəmiyyətli
hadisə idi.
Son illər
Azərbaycanda informasiya
təhlükəsizliyi sahəsində
dövlət səviyyəsində
bir sıra tədbirlər görülmüşdür. Bu tədbirlər
sırasında “İnformasiya
təhlükəsizliyi sahəsində
fəaliyyətin təkmilləşdirilməsi
tədbirləri haqqında”
Azərbaycan Respublikası
Prezidentinin fərmanını
(26 sentyabr 2012-ci il) qeyd etmək olar.
İndiki şəraitdə informasiya,
silahlardan fərqli olaraq, daha dağıdıcı
qüvvəyə malikdir. Bu gücü dərk etmək, ölkənin informasiya üstünlüklərini
qoruyub saxlamaq, düşmənin informasiya
sistemini dağıtmaq
üçün mübarizə
gücləndirilməlidir.
Akif RÜSTƏMOV,
BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi
kafedrasının professoru
Azərbaycan.-
2017.-21 aprel.- S.7.