Moldovalı sabiq Ombudsman Bakı Şopinq Festivalına qatılacaq

 

Moldovalı sabiq Ombudsman Bakı Şopinq Festivalına qatılacaq

Tez-tez Azərbaycanın qonağı olan moldovalı sabiq Ombudsman Aurelia Qriqoriu Bakı Şopinq Festivalında iştirak etmək niyyətindədir.

Xanım Qriqoriu bakushopfest.com saytına müsahibəsində festivala uğurlar arzulayıb, bu tədbirin Azərbaycana investisiya cəlb edilməsi üçün yaxşı fürsət olduğunu bildirib. Bundan başqa, sabiq Ombudsman "Tax Freesisteminin ölkəyə turist, həmçinin şopinq-turlar təşkil edən şirkətləri cəlb etmək üçün imkan yaratdığını söyləyib.

Onun sözlərinə görə, 23-26 aprel tarixlərində Bakıda olacaq və mütləq festivala qatılacaq.

 

Azərbaycan.- 2017.-21 aprel.- S.8.