“Sərhəd qoşunları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alır:
“Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, ¹ 16, maddə 209; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 1, maddə 15; 2004, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹ 4, maddə 199; 2007, ¹ 6, maddə 560, ¹ 11, maddə 1078; 2013, ¹ 2, maddə 94; 2016, ¹ 1, maddə 10) aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü maddənin
birinci hissəsi üzrə:
1.1. 6-cı bənd
aşağıdakı redaksiyada
verilsin:
6) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının,
güclü təsirli,
zəhərli, zəhərləyici,
radioaktiv, partlayıcı
maddələrin və
qurğuların, hərbi
texnikanın, odlu silah və döyüş
sursatının, nüvə,
kimyəvi, bioloji və digər kütləvi qırğın
silahlarının, kütləvi
qırğın silahlarının
hazırlanmasında istifadə
oluna bilən materialların və avadanlıqların, eləcə
də digər əşyaların Azərbaycan
Respublikası dövlət
sərhədinin buraxılış
məntəqələrindən kənardan Azərbaycan Respublikasının dövlət
sərhədindən keçirilməsinin
qarşısının alınmasını
təmin edir;”;
1.2. aşağıdakı
məzmunda 6-1-ci bənd
əlavə edilsin:
“6-1) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının,
güclü təsirli,
zəhərli, zəhərləyici,
radioaktiv, partlayıcı
maddələrin və
qurğuların, hərbi
texnikanın, odlu silah və döyüş
sursatının, nüvə,
kimyəvi, bioloji və digər kütləvi qırğın
silahlarının, kütləvi
qırğın silahlarının
hazırlanmasında istifadə
oluna bilən materialların və avadanlıqların, mülki
dövriyyəsi qadağan
olunmuş və ya məhdudlaşdırılmış
digər əşyaların
Azərbaycan Respublikası
dövlət sərhədinin
buraxılış məntəqələrindən
qanunsuz keçirilməsinin
qarşısını almaq
üçün tədbirlər
görür;”.
2. 5-ci maddə üzrə:
2.1. 1-ci bənddə
“hərəkət etmək,”
sözlərindən sonra
“həmin ərazidə”
sözləri əlavə
edilsin;
2.2. aşağıdakı
məzmunda 1-1-ci və
1-2-ci bəndlər əlavə
edilsin:
“1-1) şəxslərin Azərbaycan Respublikasının dövlət sərhədindən qanunsuz keçməsinin, habelə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə gələn və ölkədən gedən nəqliyyat vasitələrinə, yüklərə və başqa əşyalara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada baxış keçirilməsini təmin etmək;
1-2) əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar xidməti vəzifələri icra edərkən vaqonların, avtomobillərin, konteynerlərin, gəmi anbarlarının, xaricə gedən və xaricdən gələn dəniz və hava gəmilərinin başqa yerlərinin gömrük orqanları ilə birlikdə (Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində milli maraqlara təhdidlər haqqında əməliyyat məlumatları olduqda, gömrük orqanlarının iştirakını təmin etmək mümkün olmadığı hallarda milli təhlükəsizliyi və yaxud dövlət sərhədinin toxunulmazlığını təmin etmək məqsədi ilə - müstəqil surətdə) açdırılmasını təmin etmək;”;
2.3. 4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“4) bu qanunla müəyyən edilmiş hallarda baxış keçirilərkən aşkar edilmiş hüquqpozma predmetlərini qanunla müəyyən edilmiş qaydada götürmək;”;
2.4. 6-cı bənddən “Dövlət sərhədindən keçən xarici nəqliyyat vasitələrini və Azərbaycan Respublikasına məxsus nəqliyyat vasitələrini, bu vasitələrlə daşınan yükləri müəyyən edilmiş qaydada yoxlamaq;” sözləri çıxarılsın.
3. 21-ci maddənin
birinci hissəsi aşağıdakı redaksiyada
verilsin:
“Sərhəd nəzarəti hərbi hissəsinin və ya sərhəd dəstəsinin sərhəd
nəzarəti bölməsi
dövlət sərhədinin
bir və ya bir neçə
buraxılış məntəqəsində
dövlət sərhədinin
keçilməsi qaydalarına
və dövlət sərhədinin buraxılış
məntəqəsindəki (məntəqələrindəki) rejimə əməl edilməsinə nəzarəti
həyata keçirir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
10 mart 2017-ci il
Azərbaycan.- 2017.-23 aprel.- S.2.