Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan
Respublikasının Gənclər və İdman
Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”ni “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 410-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 4, maddə 324, ¹ 10, maddə 849; 2008, ¹ 7, maddə 612, ¹ 8, maddə 715, ¹ 11, maddə 970; 2009, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83, ¹ 10, maddə 851; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 9, maddə 856; 2014, ¹ 4, maddə 362) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.39-1-ci bənd əlavə edilsin:
“8.39-1. idman yarışlarının manipulyasiyası ilə mübarizə tədbirləri həyata keçirmək;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel
2017-ci il
Azərbaycan.- 2017.-23 aprel.-
S.2.