İslamidman həmrəyliyinin Azərbaycan nümunəsi

 

Bakı islamiadalar tarixinin ən mükəmməl yarışına hazırdır

 

Mayın 12-22-si Azərbaycanın idman həyatı üçün çox əlamətdar olacaq. Son illərdə mühüm siyasi, iqtisadihumanitar forumlara, konfranslara, idmanmusiqi yarışmalarına evsahibliyi etməklə beynəlxalq tədbirlər məkanına çevrilən ölkəmizdə İslam dünyasının ən mötəbər idman yarışı - IV İslam Həmrəyliyi Oyunları təşkil olunacaq.

57 ölkədən 3 mindən çox atletin mübarizə aparacağı İslamiada idmansevərlər üçün əsl bayramdır. Bir-birindən möhtəşəm arenalarda qalib adı uğrunda gərgin mübarizə tamaşaçıların böyük marağına səbəb olacaq.

Oyunlara hazırlıq məqsədilə beynəlxalq standartlara uyğun mühüm layihələr icra olunub, infrastruktur dəyişiklikləri edilib, müasir idman mərkəzlərində yarışlara hazırlıq istiqamətində işlər yekunlaşıb. “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında görülən işlər Oyunlara hazırlıq prosesini yüksək səviyyəyə çatdırıb.

 

İslamiada ən yüksək səviyyədə təşkil olunacaq

 

IV İslam Həmrəyliyi Oyunları həm dünya, həm də İslam aləmi üçün çox önəmli idman hadisəsidir və onun təşkili hüququnun respublikamıza verilməsi göstərir ki, Azərbaycan dünya miqyasında çox böyük nüfuza malik ölkədir. Hamı inanır və möhkəm əmindir ki, Yay Olimpiya Oyunları səviyyəsində keçirilmiş ilk Avropa Oyunları kimi IV İslam Həmrəyliyi Oyunları da ən yüksək səviyyədə təşkil olunacaq, Azərbaycana öz potensialını bir daha bütün dünyaya nümayiş etdirmək imkanı verəcək.

Aprelin 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında ölkəmizin İslamiadanı yüksək səviyyədə keçirmək əzmində olduğunu vurğulayaraq deyib: Son illər Azərbaycanın paytaxtında bir çox böyük beynəlxalq idman yarışları - həm Avropa, həm də dünya çempionatları keçirilir. Ümumi rəyə görə bu tədbirlər təşkilati baxımdan çox yüksək səviyyədə hazırlanır və keçirilir. 2015-ci ildə Bakıda I Avropa Oyunları böyük uğurla keçirilmişdi. Bu Oyunlar Avropanın Olimpiya tarixində yeni səhifə açmışdı. Ümumi rəyə görə Azərbaycan dövləti I Avropa Oyunlarını Olimpiya Oyunları səviyyəsində təşkil etmişdir. Ümidvaram ki, IV İslam Həmrəyliyi Oyunları da mükəmməl hazırlanmışdır və keçirilmiş Oyunlar kimi tarixdə qalacaqdır... Təşkilat Komitəsi Oyunların hazırlığına çox ciddi yanaşıb, artıq böyük görülüb. Bugünkü iclasımız da onu göstərir ki, ölkəmiz və paytaxtımız Oyunların qəbuluna və ən yüksək səviyyədə keçirilməsinə tam hazırdır”.

 

“Bakı-2017” müsəlman aləminin idman bayramı olacaq

 

IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin diqqətçəkən mühüm özəlliklərindən biri ondan ibarətdir ki, respublikamız həm Avropa Oyunlarına, həm İslamiadaya evsahibliyi edən dünyanın yeganə ölkəsidir. Şərqlə Qərbin, Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan son illər sivilizasiyalar, mədəniyyətlər dinlərarası dialoqun baş tutduğu əsas mərkəzə çevrilib. Azərbaycanda əhalinin əksəriyyəti müsəlmanlardan ibarət olsa da, tarix boyu digər etnik qrupların dinlərin nümayəndələri bu torpaqlarda sülh əmin-amanlıq şəraitində yaşayıblar.

Ölkəmiz “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməklə multikulturalizm sivilizasiyalararası dialoq məkanı olduğunu nümayiş etdirəcək. Eyni zamanda bu mötəbər yarışın Azərbaycanda təşkili irimiqyaslı idman tədbirlərinin keçirilməsində ölkəmizin malik olduğu potensial imkanları nümayiş etdirəcək, beynəlxalq idman aləmində nüfuzunu daha da artıracaq, ölkələr arasında idman əlaqələrini genişləndirəcək.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dövlətimizin müsəlman aləminin ayrılmaz hissəsi olduğunu qeyd edərək həmin ölkələrlə əlaqələrimizin dostluq, qardaşlıq, qarşılıqlı hörmət əsasında qurulduğunu bu sahədə böyük uğurlara nail olunduğunu diqqətə çatdırıb: “Əfsuslar olsun ki, bir sıra müsəlman ölkələrində müharibə gedir, yeni münaqişələr, təhlükələr yaranır, İslam dinini terrorla əlaqələndirən güclərin sayı artır. Heç bir dinin, o cümlədən İslam dininin terrorla heç bir əlaqəsi ola bilməz. Din özü-özlüyündə terroru rədd edən amildir İslam dini sülh, mərhəmət dinidir. Hesab edirəm ki, bütün müsəlman aləminin bir araya gəlməsi, dostluq, qardaşlıq, sülh, əməkdaşlıq amilləri ətrafında birləşməsi həm böyük bir idman bayramına çevriləcək, həm müsəlman aləmində, müsəlman ölkələri arasında olan əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verəcəkdir”.

 

Niyə məhz Azərbaycan?

 

IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi İslam dünyasının Azərbaycana böyük etimadının açıq göstəricisidir. Ölkəmizin hərtərəfli dinamik inkişafı, ictimai-siyasi sabitlik, mühüm beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan geniş təcrübə, müasir idman infrastrukturunun yaradılması, eləcə idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlar IV İslamiadanın Bakıda təşkil olunmasını şərtləndirən başlıca faktorlardan biridir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin hər bir bölgəsində müasir idman komplekslərinin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi respublikamızda idmanın inkişafını təmin edib. Eyni zamanda bir-birini əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara evsahibliyi etmək imkanlarını artırıb. Belə mötəbər idman yarışlarına evsahibliyi etmənin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu təhlükəsiz ölkə olması amili dayanır. İndi Azərbaycanda keçirilən Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Hər il müxtəlif beynəlxalq turnirlərin məhz Azərbaycanda keçirilməsi, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb.

Azərbaycanın başda Beynəlxalq Olimpiya Komitəsi (BOK), Avropa Olimpiya Komitəsi (AOK) İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) kimi nüfuzlu təşkilatlar olmaqla dünyanın bütün idman qurumları ilə sıx əlaqələri var. Son illər bu əlaqələr daha da genişlənib. Bunu idman təşkilatları rəhbərlərinin Bakıya intensiv səfərləri və ölkəmizdə keçirilən mötəbər turnirlər də təsdiq edir.

IV İslam Həmrəyliyi Oyunları 57 ölkəni Bakıda toplayacaq. Üç mindən çox idmançının qatılacağı turnir islamiadalar tarixində yeni bir rekordla yadda qalacaq. Çünki indiyə kimi bu qədər ölkənin qatıldığı İslam Həmrəyliyi Oyunları ilk dəfə olaraq Bakıda keçiriləcək. Atletlər 10 gün ərzində 16 yarış məkanında 22 idman növünda qüvvələrini sınayacaqlar. Turnir 1000-dən çox mətbuat nümayəndəsi tərəfindən işıqlandırılacaq. IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə, ümumilikdə 1 milyarddan çox tamaşaçının izləyəcəyi gözlənilir.

Eyni zamanda beynəlxalq idman təşkilatları ilə sıx əməkdaşlığın qurulması ölkəmizin dünya Olimpiya hərəkatına fəal şəkildə qoşulduğunu nümayiş etdirir. Bunu idmançılarımızın Olimpiya Oyunlarında göstərdikləri nəticələr də təsdiq edir.

Ümumiyyətlə, dünyanın ən mötəbər idman tədbirlərində göstərilən nəticə yalnız dövlətin idman həyatının deyil, onun iqtisadi potensialının, ictimai, sosial-mədəni həyatının göstəricisidir. Olimpiya Oyunlarında qazanılan yüksək nəticələr beynəlxalq miqyasda ölkənin imicini qaldırmaqla yanaşı, onun imkanlarını da nümayiş etdirir.

Atletlərimiz Olimpiya Oyunlarında getdikcə daha çox medal əldə edərək hər dəfə milli rekordu təzələyiblər. Belə ki, ölkəmizin ilk dəfə müstəqil yığma komanda kimi qatıldığı Atlanta Olimpiadasında (1996) cəmi bir medal (gümüş) qazanılmışdısa, sonrakı Olimpiya Oyunlarında - Sidneydə (2000) 3 medal (2 qızıl, 1 bürünc), Afinada (2004) 5 medal (1 qızıl, 4 bürünc), Pekində (2008) 7 medal (1 qızıl, 2 gümüş, 4 bürünc), Londonda (2012) 10 medal (2 qızıl, 2 gümüş, 6 bürünc), Rio-de-Janeyroda 18 medal (1 qızıl, 7 gümüş, 10 bürünc) qazanıblar.

Bu uğurlara 2015-ci ildə Bakıda tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarında idmançılarımızın qazandıqları nailiyyətləri də əlavə etmək lazımdır. Atletlərimiz Avropanın 50 ölkəsindən 6000-dən çox idmançının iştirak etdiyi yarışlarda 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56 medal qazanaraq 2-ci yeri tutublar.

 

İslam Həmrəyliyi Oyunlarının Bakı təcrübəsi

 

İndi hamı Azərbaycanın Avropa Oyunlarında müəyyən edilmiş səviyyəni IV İslam Həmrəyliyi Oyunlarında bir qədər də artıracağını gözləyir. Artıq Bakı ən böyük yarışları ən yüksək səviyyədə keçirmək bacarığını məharətlə sübuta yetiribİslamiadaya hazırlıq prosesibu yolda qazanılmış təcrübəyə əsaslanır. Böyük beynəlxalq yarışların keçirilməsi və ən yüksək səviyyədə təşkili cəhətdən artıq kifayət qədər təcrübəyə malik ölkəmiz 2 il öncə tarixdə ilk dəfə təşkil olunan I Avropa Oyunlarında nümayiş etdirdiyi təşkilatçılıq işlərinə görə dünyanın diqqətini üzərinə çəkib. Möhtəşəm idman bazalarına, bütün əlaqədar təşkilatların birgə səylə nümunəvi fəaliyyətinə heyranlıqlarını gizlədə bilməyən xarici ölkə mütəxəssisləri, milli olimpiya komitələrinin rəhbərləri və üzvləri, ayrı-ayrı beynəlxalq federasiyaların nümayəndələri gələcəkdə öz ölkələrində mötəbər beynəlxalq yarışlar keçirməyə hazırlaşarkən Bakının təcrübəsindən istifadə edəcəklərini söyləyirdilər.

Eyniliklə bu kimi fikirlərə İslamiadaya gedən hazırlıq prosesi çərçivəsində də rast gəlmək mümkündür. Azərbaycan İslam aləmində deyil, bütün dünyada həmrəyliyin və əmin-amanlığın təntənəsinə xidmət edən bu idman tədbirini sülh, sabitlik və yüksək bayram ovqatında keçirməklə beynəlxalq ictimaiyyətə növbəti dəfə belə nüfuzlu idman tədbirlərini yüksək səviyyədə təşkil etmək əzmini nümayiş etdirəcək.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2017.- 25 aprel.- S. 1; 6.