Yaqub Mahmudov: Dünya ictimaiyyətinin həqiqətləri görmək istəməməsi bizi narahat edir”

 

Aprelin 24-də Lənkəran şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, AMEA-nın Tarix İnstitutu, Türkiyə Cümhuriyyətinin Atatürk Araşdırma Mərkəzi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev xatirə parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüblər.

Sonra Tarix İnstitutunun mövzu ilə bağlı yeni nəşrlərinin sərgisinə baxış olub.

Dünyanın müxtəlif ölkələrindən tədqiqatçıların qatıldığı beynəlxalq konfransda Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub .

Elmi konfransı Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov açaraq, bugünkü tədbirin mühüm tarixi əhəmiyyət daşıdığını söyləyib.

Konfransda Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov geniş məruzə ilə çıxış edib.

Azərbaycan xalqının dünyanın ən dəhşətli soyqırımına məruz qalmış xalqlarından olduğunu qeyd edən tarixçi-alim Yaqub Mahmudov deyib: “Bu gün dünya ictimaiyyətinin bizim həqiqətləri görmək istəməməsi alimlərimizi narahat edir. Azərbaycan alimlərinin əsas məqsədi ölkənin və xalqın real tarixini öyrənib gerçək şəkildə gələcək nəsillərə çatdırmaqdan, yalançı, saxta erməni təbliğatının qarşısının alınmasından və obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasından ibarətdir”.

İnstitutun direktoru bildirib ki, dünya bu gün son dərəcə mürəkkəb və olduqca təhlükəli qarşıdurmalarla üz-üzədir. Milyonlarla insan itkisinə, misli görünməmiş dağıntılara və fəlakətlərə səbəb olmuş Birinciİkinci Dünya müharibələrinin başlandığı Avropada faşizm, irqçilik, islamofobiya yenidən baş qaldırıb. Böyük güc mərkəzləri “insan haqları”, “demokratiya”, “beynəlxalq hüququn müdafiəsi”, “terrora qarşı mübarizə” pərdələri altında, əslində, soyqırımlarına və terrora rəvac verir, dünyanı yenidən nüfuz dairələrinə bölmək uğrunda ölüm-dirim mübarizəsi aparırlar.

Yaqub Mahmudov çıxışını davam etdirərək deyib: “Prezident İlham Əliyev ölkəmizdə multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırmaqla, Azərbaycan reallığını bütün dünyaya nümunə kimi təqdim edir. Bu baxımdan Prezident İlham Əliyevin təşəbbüsü və himayəsi altında hər il Azərbaycanda keçirilən dünya tarixçilərinin Beynəlxalq soyqırımı konfransları real tarixi həqiqətlərin aşkara çıxarılmasında, tarix elminin yeni faktlarelmi ümumiləşdirmələrlə zənginləşməsində mühüm rol oynayır”.

Konfransın təşkilatçılarından olan Türkiyənin Atatürk Araşdırma Mərkəzinin sədri, professor Mehmet Ali Beyhan Tarix İnstitutu ilə sıx əməkdaşlıqdan bəhs edibiki elmi qurumun birgə fəaliyyətini yüksək qiymətləndirib. O, budəfəki konfransın xarici ölkə alimlərinin sayına və müzakirə edilən məruzələrinə görə xüsusi əhəmiyyətə malik olduğunu bildirib.

Beynəlxalq konfrans iştirakçılarını AMEA-nın prezidenti və Rəyasət Heyəti adından salamlayan akademiyanın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova çıxışında artıq dördüncü dəfə keçirilən beynəlxalq elmi konfransın türk-müsəlman xalqlarına qarşı törədilən soyqırımlarının tanıdılması istiqamətində atılan əhəmiyyətli addım olduğunu deyib. O, Lənkəranda törədilmiş soyqırımı vəhşiliklərindən geniş bəhs edib.

Plenar iclasda, həmçinin Türkiyə Respublikasının Nazirlər Kabinetinin Atatürk Kültür, DilTarix Yüksək Qurumunun sədri, professor Derya Örs, Türkiyənin keçmiş təhsil naziri, Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, professor Həsən Cəlal Gözəl, Türk Tarix Qurumunun sədri, professor Refiq Turan, Rusiyanın Tarix, İqtisadiyyatHüquq Elmi-Tədqiqat İnstitutunun prezidenti, professor İqor Turitsın və başqaları çıxış ediblər.

Daha sonra BDU-nun professoru, tarix elmləri doktoru Anar İsgəndərovun erməni cinayətkarlarının ölkəmizin cənub bölgəsində törətdikləri dəhşətli soyqırımı barədə məruzəsi dinlənilib. Bildirilib ki, Azərbaycan Prezidenti AMEA-nın Tarix İnstitutunun keçirdiyi bu beynəlxalq elmi konfransların fəaliyyətini daim diqqət mərkəzində saxlayır və konfrans iştirakçılarına ənənəvi müraciət məktubları ünvanlayır.

Plenar iclasın sonunda Rusiyanın Tarix, İqtisadiyyatHüquq Elmi-Tədqiqat İnstitutunun prezidenti İqor Turitsına Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub.

Bölmə iclaslarında xarici ölkələrin 60-a yaxın aliminin, o cümlədən Almaniya, Albaniya, Polşa, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Hindistan, Rusiyabaşqa ölkələrdən olan tədqiqatçıların son 200 ildə türk-islam ölkələrində baş vermiş soyqırımlarına həsr edilmiş məruzələri dinlənilib.

Erməni-daşnak cəlladlarının Lənkəran qəzasında 1918-1919-cu illərdə törətdikləri soyqırımı vəhşilikləri ayrıca bölmə iclasında geniş müzakirə olunub.

Sonda konfrans iştirakçılarına Tarix İnstitutununElmi əsərlər” adlı jurnalının xüsusi buraxılışı olan IV Beynəlxalq Lənkəran konfransının materialları və digər nəşrlər paylanılıb.

Sabah işini davam etdirəcək IV Beynəlxalq Lənkəran konfransında son 200 ildə böyük bir coğrafiyada türk-müsəlman xalqlarına qarşı sistemli şəkildə yeridilmiş soyqırımı, deportasiya, repressiya siyasəti və bunun ağır nəticələri müzakirə olunur.

Qeyd edək ki, bundan əvvəlki iki konfrans Qubada, biri isə Şamaxıda keçirilib.

 

Azərbaycan.- 2017.-25 aprel.- S. 4.