Xalq Artisti Ramiz Zöhrabov son mənzilə yola salınıb

 

Xalq Artisti, musiqişünas alim, professor Ramiz Zöhrabov son mənzilə yola salınıb.

AZƏRTAC xəbər verir ki, musiqişünas alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulub.

Vida mərasimində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Cəlal Abbasov çıxış edərək, musiqi mədəniyyətimizin inkişafında, təbliğində tədqiqində Ramiz Zöhrabovun müstəsna xidmətlərindən danışıblar.

Qeyd olunub ki, 20-dən çox monoqrafiyanın müəllifi olan görkəmli sənətkarın Azərbaycan mədəniyyətinin inkişafına, qədim muğam sənətimizin tədqiqinə həsr olunmuş əsərləri bu sahədə dəyərli mənbədir.

Çıxış edənlər Ramiz Zöhrabovun yaradıcılıq xüsusiyyətlərini, ölkəmizin mədəniyyət incəsənətinin inkişafında fəaliyyətini, respublikamızda keçirilən muğam müsabiqəsi festivallarında fəaliyyətini xüsusilə vurğulayıblar. Çıxışlarda R.Zöhrabovun insani keyfiyyətləri ilə yanaşı, pedaqoji fəaliyyətindən bəhs olunub.

Bildirilib ki, R.Zöhrabov Bakı Musiqi Akademiyasında Azərbaycan Milli Konservatoriyasında tələbələrə muğam sənətinin sirlərini öyrədib. O, Azərbaycan musiqişünaslıq elmində öz dəsti-xətti, xüsusi yeri rolu olan sənətkardır. Skripka təhsili almış sənətkar Azərbaycan muğamlarının mahir bilicisi idi. Musiqişünas alimin tədqiqatları gərgin əməyi müvafiq sahənin inkişafına öz töhfəsini verib.

Mərhum ikinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

 

Azərbaycan.- 2017.- 25 aprel.- S.5.