Azərbaycanda sahibkarların ən böyük himayədarı Prezidentdir

 

Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra Azərbaycanda yeni siyasi-iqtisadi vəziyyət yarandı. Artıq ölkəni əvvəlki partiya-inzibati üsullarla idarə etmək mümkün deyildi, demokratik idarəetmə və bazar iqtisadiyyatı yolu seçilməliydi. Bazar iqtisadiyyatının bərqərar olması üçün isə mütləq sahibkarlıq sinfinin formalaşması vacib idi. Yeni yaranan iqtisadi münasibətlərin formalaşması və tənzimlənməsi də, öz növbəsində, mükəmməl qanunverici bazanın yaradılmasını tələb edirdi. Belə olmasa, yeni şəraitdə iqtisadi inkişafı təmin etmək, əhalinin məşğulluq səviyyəsini artırmaq, köhnə infrastrukturu yeniləşdirmək, sosial məsələlərin həllinə nail olmaq mümkün deyildi.

Bu səbəbdən siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev bazar iqtisadiyyatına keçidlə bağlı radikal islahatların aparılmasına qərar verdi. Tezliklə bu istiqamətdə bir sıra yeni qanun və qərarlar qəbul edildi, ölkədə sahibkarlığın və özəl sektorun inkişafına geniş imkan yaradıldı. Ümummilli lider qəbul edilən qanun və qərarların məqsədyönlü və ardıcıl surətdə həyata keçirilməsinə də xüsusi diqqət yetirirdi. Belə ki, həmin dövrdə birbaşa onun təşəbbüsü ilə - 1993-1995-ci və 1997-2000-ci illəri əhatə edən iki proqram qəbul olundu. Həmin proqramların qəbulu dövlətin iqtisadi siyasətinin prioritet istiqamətini müəyyən etdi. Bununla yanaşı, sahibkarlara maliyyə və hüquqi baxımdan böyük təminatlar verildi.

Amma bir çox məmurlar hələ də yeni idarəetmə qaydalarına uyğunlaşa bilmironlar tez-tez sahibkarların işinə yersiz müdaxilələr edirdi. Belə bir vəziyyətə ulu öndər göz yuma bilməzdi. Odur ki, sahibkarların müdafiəsinə qalxaraq 1996-cı il iyunun 17-də “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” fərman imzaladı. Bu sənədin qəbul edilməsində başlıca məqsəd dövlət nəzarəti mexanizmini təkmilləşdirmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərən halların qarşısını almaqla sahibkarların hüquqlarını qorumaq idi. Fərmanın icrası dövlət nəzarətinin təkmilləşdirilməsinə və sahibkarlığın inkişafına böyük stimul verdi. Beləliklə, iqtisadi sahədə bir-birini təkrarlayan, paralellüzumsuz yoxlamaların sayı azaldı, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olmayan neqativ halların qarşısı xeyli alındı və sahibkarların hüquqlarının qanunla qorunmasına imkan yarandı.

Buna baxmayaraq, yeni şərait sahibkarların hüquqlarının qorunmasını və təkmilləşdirilməsini, bu sahədəki boşluqların aradan qaldırılması üçün əlavə qanunların qəbul olunmasını tələb edirdi. Buna görə də ulu öndər 1999-cu il yanvarın 7-də “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında”, 2002-ci il sentyabrın 28-də isə “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” fərmanlar imzaladı. Həmin sənədlərdə dövlət qurumları ilə sahibkarlıq subyektləri arasında olan münasibətlərin sərhədləri, mövcud nöqsanların aradan qaldırılması dəqiq müəyyən edildi.

Ümummilli lider Heydər Əliyev ölkənin inkişafında özəl sektorun və sahibkarlığın önəmini yüksək qiymətləndirdiyi üçün adamlarının qarşılaşdıqları problemləri bilavasitə onların özlərindən öyrənməyə üstünlük verirdi. Bunun bariz nümunəsi kimi ulu öndərin 2002-ci il aprelin 25-də yerli, mayın 14-də isə Azərbaycanda fəaliyyət göstərən xarici adamları ilə görüşlərini qeyd edə bilərik. Həmin tədbirlərdə hər bir sahibkara onu rahatsız edən problemləri yazılı və ya şifahi qaydada bildirməsi üçün şərait yaradıldı. Dövlət başçısı ilə birbaşa təmas adamını əmin etdi ki, Prezident onlara dəstək verməklə sahib durur. Həmin görüşlərin nəticəsi olaraq ulu öndər bir sıra fərman və sərəncamlar imzalayaraq sahibkarları rahatsız edən problemlərin həlli üçün konkret addımlar atdı.

Ulu öndərin ölkənin tərəqqisi strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev də özəl sektorun və sahibkarlığın inkişafına xüsusi diqqət yetirir. Yerli istehsalın və sahibkarlığın stimullaşdırılması üçün bir sıra vergi güzəştlərinin tətbiqi, sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi və s. bu diqqətin nəticəsidir. Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar sahibkarlığın dinamik inkişafı və ölkəyə xarici investisiyaların cəlb edilməsi üçün geniş imkanlar açmışdır.

Bütün bunlara baxmayaraq, adamları yenə də bəzi problemlərlə üzləşirdilər. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə demişdir: “...sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır. Yəni, başqa sözlə, onlardan rüşvət, heç bir haqq tələb edilməməlidir. Belə olan halda bizim büdcəmiz daha da böyüyəcək, qeyri-neft sektorunun hesabına təmin ediləcək və bizim məqsədimiz bundan ibarətdir. Mən artıq müvafiq qurumlar qarşısında vəzifə qoymuşam. Bizim bütün cari xərclərimiz qeyri-neft sektorunun, vergigömrüyün hesabına formalaşdırılmalıdır”.

Dövlət başçısının bu iradları sözsüz ki, əsassız deyildi. Bütün rəsmi və qeyri-rəsmi qadağalara, qanunlara baxmayaraq, bəzi səlahiyyət sahibləri özəl sektora şəxsi gəlir mənbəyi kimi baxırdılar. Götürək lisenziya verilməsini. İş adamları 2-3 il əvvələcən bəzi sahələr üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) alarkən neqativ hallarla rastlaşırdılar. Odur ki, Prezident 19 oktyabr 2015-ci il tarixdə “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi haqqında” fərman imzaladı. Fərman ölkə ərazisində sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin təmin edilməsi, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığın təmin olunmasına xidmət edirdi.

Dövlət başçısı həmçinin qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək Milli Məclisə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun layihəsini təqdim etmiş və sənəd parlamentdə müzakirədən sonra qəbul olunmuşdur. Qanunun qəbulu iki il ərzində sahibkarlıq subyektlərində lüzumsuz yoxlamaların qarşısını almışdır ki, bu da özəl sektora yersiz müdaxilələri minimuma endirmiş və deməli, sahibkarlığın inkişafını sürətləndirmişdir. Bir sözlə, Nazirlər Kabinetinin sözügedən iclasından sonra Prezidentin atdığı hər iki addım bir daha göstərdi ki, Azərbaycanda sahibkarların ən böyük himayədarı dövlətdir. Elə Prezident İlham Əliyevin 2016-cı il 21 aprel tarixli sərəncamı ilə hər il aprelin 25-nin ölkəmizdə “Sahibkarlar günükimi qeyd olunması da bu himayədarlığın təsdiqidir.

Xüsusən son vaxtlar ölkənin neftdən asılılığına son qoymaq üçün qeyri-neft sektorunun inkişafına diqqət daha çox artmışdır. Bu məqsədlə Azərbaycanda yeni şəraitə və tələblərə uyğun iqtisadi islahatlar həyata keçirilir, o cümlədən gələcəyə hesablanan radikal addımlar atılır. Qeyri-neft məhsulları ixracının təşviq edilməsi də həmin tədbirlərdəndir. Bunun sayəsində son illər sahibkarlar tərəfindən qeyri-neft məhsullarının ixracına böyük maraq yaranıb. Belə ki, təkcə cari ilin ilk rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft məhsullarının ixracı 8,6, o cümlədən kənd təsərrüfatı və emalı məhsullarının ixracı 44, sənaye məhsullarının ixracı 25 faiz artıb. Daha konkret desək, bu dövr ərzində tərəvəz ixracı 45, meyvə ixracı 20 faiz, pambıq ixracı 3,6, süd məhsulları ixracı 3,6, spirtlispirtsiz içkilərin ixracı 2,3 dəfə artıb. Sənaye sahəsində isə kimya sənayesi məhsulları 85, toxuculuq məhsulları 65, alüminiumondan məmulatlar 43, plastiklər 33 faiz, avadanlıqlar, mexaniki qurğular və onların hissələri 2,1 dəfə çoxalıb.

Yalnız ixrac sahəsində qazanılan bu uğurlar ilk növbədə qeyri-neft sektorunun aparıcı sahəsi olan sahibkarlığın inkişafının nəticəsidir. Bəli, əgər 10-15 il əvvəl bütün səylər, o cümlədən verilən qərarlar ölkədə sahibkarlar təbəqəsinin formalaşmasına xidmət edirdisə, bu gün artıq güclü iqtisadi təbəqə kimi formalaşmış sahibkarlarımızın qarşısında, göründü kimi, böyük vəzifələr durur. İndi dövlətin onlardan gözləntisi daha çoxdurbuna haqqı da var. Çünki Azərbaycan dünyada adamlarına saysız güzəştlər olunan, özəl sektorun inkişafı üçün əlverişli şərait yaradan azsaylı ölkələrdəndir.

 

Rüstəm KAMAL,

 

Azərbaycan.- 2017.- 25 aprel.- S. 8.