Bakıda “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimyaforumu işə başlayıb 

 

Aprelin 25-də Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin (BANM) Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən II SOCAR BeynəlxalqXəzər Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimyaforumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil gül dəstələri qoyublar.

Media tərəfdaşlarından biri AZƏRTAC olan forumun plenar iclasında BANM-in rektoru Elmar Qasımov tədbirin müasir Azərbaycanın banisi neft strategiyasının təşəbbüskarı ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilməsini Ulu Öndərin şəxsiyyətinə fəaliyyətinə hörmət ehtiramın təzahürü olduğunu vurğulayıb. Rektor forumun müxtəlif ölkələrdən gəlmiş mütəxəssislər arasında işgüzar əlaqələrin qurulması Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən neft strategiyasının uğurlarının təbliği üçün səmərəli platforma olacağına əminliyini bildirib.

Qeyd edilib ki, tədbirin məqsədi Xəzər Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının ticarəti, nəqli emalı məsələləri üzrə cari vəziyyətin inkişaf perspektivlərinin təhlil olunmasıdır. Tədbirdə həmin regionların başlıca ixrac bazarları, yerli ixrac tələblərinin xüsusiyyətləri, xarici biznes axını neft limanları, boru xətləri dəmir yolları daxil olmaqla maddi-texniki infrastrukturu barədə müzakirələr aparılacaq. Forumda Azərbaycanın dövlət hökumət nümayəndələri, SOCAR-ın rəhbər heyətinin struktur bölmələrinin rəhbərləri, Türkiyə, Qazaxıstan, Qırğızıstan, İran, Rusiya, Türkmənistan, Ukrayna, Gürcüstan digər ölkələrin sahə nazirliklərinin transmilli neft-qaz şirkətlərinin nümayəndələri iştirak edirlər. Xəzər regionunda neft-qaz üzrə ilin ən əhəmiyyətli tədbirinə bu ölkələrdən 150-dən artıq iştirakçı - neftin qazın hasilatı, emalı, logistikası sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlərin rəhbərləri əməkdaşları, treyderlər, analitiklər, bank strukturlarının nümayəndələri qatılıblar.

Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini, bu qurumun təbii ehtiyatlar, energetika ekologiya komitəsinin sədri Valeh Ələsgərov ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın quruculuğunda yanacaq-enerji kompleksinin inkişafında əvəzsiz rolunu qeyd edib, neft strategiyasının uğurlarından söz açıb, forumun işinə uğurlar arzulayıb.

Energetika naziri Natiq Əliyev hazırkı dövrdə dünyanın enerji xəritəsi, Azərbaycanın enerji siyasətinin uğurları perspektivləri barədə məlumat verib. Ulu öndər Heydər Əliyev ilə Azərbaycanın neft strategiyasının reallaşdırılmasında iştirak etməsindən qürur hissi keçirdiyini bildirən nazir Prezident İlham Əliyevin rəhbərliyi altında logistika, neft emalı neft-kimya sahələrində həyata keçirilən möhtəşəm layihələrin perspektivlərini açıqlayıb.

SOCAR-ın Birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə şirkətin fəaliyyəti planları haqqında geniş məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda neft hasılatının tarixi, Azərbaycan neftinin keçmiş SSRİ-nin iqtisadiyyatının inkişafında Böyük Vətən müharibəsində qələbənin təmin olunmasında rolu, müstəqil Azərbaycanın banisi Heydər Əliyevin şəxsi nüfuzu hesabına ötən əsrin 90-cı illərində dünyanın aparıcı neft şirkətlərinin Azərbaycana qoyduqları investisiyalar hesabına yanacaq-enerji inkişafının təmin olunması, Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət göstərməsi nəticəsində SOCAR-ın biznes fəaliyyətinin ölkənin hüdudlarından kənarda genişlənməsi barədə məlumatlar yer alıb.

Azərikimyaİstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev çıxışında Azərbaycanın neft-kimya sahəsinin inkişafının strateji xəttini açıqlayıb, hazırda bu sahədə həyata keçirilən layihələrin perspektivləri haqqında forum iştirakçılarını məlumatlandırıb. O, artıq ikinci dəfə keçirilən forumun iştirakçılarına təbriklərini çatdırıb, uğurlar arzulayıb.

Forumun əhəmiyyətini vurğulayan “BP-Azərbaycanşirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, bu tədbirin təşkili artıq ənənə halını alıb. Müzakirə olunan mövzuların aktuallığını qeyd edən B.Aslanbəyli tədbirin əhatə dairəsinin genişləndiyini söyləyib forumun işinə uğurlar arzulayıb.

Bakı Beynəlxalq Dəniz Ticarət LimanıQapalı Səhmdar Cəmiyyətinin baş direktoru Taleh Ziyadov Xəzər regionunda ən möhtəşəm logistika mərkəzinin fəaliyyəti inkişaf konsepsiyası haqqında fikirlərini bölüşüb, yeni yaradılan Ələt Azad Ticarət Zonasının Azərbaycanın qeyri-neft sektorunun inkişafına yükdaşımaların ticarət dövriyyəsinin artmasına ciddi töhfə verəcəyini vurğulayıb.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin neft sənayesi istiqamətində apardığı uğurlu islahatlar bu gün öz bəhrəsini verməkdədir. Hazırda Ulu Öndərin bu siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Forumun yüksək səviyyədə təşkil edildiyini vurğulayan akademik tədbirin bir sıra vacib məsələlərin həllində töhfəsini verəcəyinə əminliyini bildirib. BANM-in fəaliyyətindən danışan A.Məhərrəmov vurğulayıb ki, bu ali məktəb qısa müddətdə respublikanın qabaqcıl ali təhsil müəssisələrindən birinə çevrilib.

Forumun açılış mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsi müdirinin müavini Məhərrəm Əhmədov, Nazirlər Kabineti Aparatının neft kimya şöbəsinin müdiri Əsgər Aslanov, SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, “Confidence Capital Ltd” şirkətinin baş direktoru Andrey Rudenko başqaları iştirak ediblər.

Forumun ilk sessiyası Azərbaycanın neft-qaz strategiyasına neft-kimya sahəsinin inkişaf tendensiyalarına həsr olunub. Sessiyada SOCAR-ın sərmayələr marketinq üzrə vitse-prezidentinin müavini Vitali BəylərbəyovunAzərbaycanın neft-qaz strategiyası”, SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidentinin müşaviri Teymur ƏliyevAzərbaycanda neft-emalı neft-kimya sahələrinin inkişaf perspektivləri”, “SOCAR Polymer” MMC-nin baş direktoru Fərid CəfərovunAzərbaycanın neft emalı neft-kimya sənayesində yeni layihələrin reallaşdırılması”, SOCAR-ın marketinq iqtisadi əməliyyatlar idarəsinin neft neft məhsullarının ixrac əməliyyatlar şöbəsi rəisinin müavini Kamran MəmmədzadəninAzərbaycanemal, satış ixrac”, “BP-Azərbaycanşirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəylinin “BP şirkətinin Azərbaycanda fəaliyyət planlarıPlattsagentliyinin baş redaktoru Nik KoulmanınAvroasiyada dəyişən enerji landşaftında Azərbaycanın rolu perspektivlərimövzularında məruzələri dinlənilib.

Sonra forum işiniQlobal neft-qaz bazarına, Xəzər Mərkəzi Asiya bazarına baxış”, “Enerji daşıyıcıları üçün logistika dəhlizlərinin vəziyyətinin inkişaf perspektivlərinin qiymətləndirilməsimövzular üzrə sessiyalarla davam etdirib. SessiyalardaTələbin təklifin neft məhsullarının ixrac istiqamətlərinə təsiri. 2022-ci ilə kimi proqnoz. Xəzər Aralıq dənizi hövzələrində ticarət axınları tələbat”, “Xarici bazarların konyukturasının dəyişdiyi halda Xəzəryanı ölkələrin neft hasilatçılarının ixrac imkanları digər mövzularda məruzələr dinlənilib.

Forum aprelin 26-da işini sessiyalarda davam etdirəcək.

 

Azərbaycan.- 2017.-26 aprel.- S.4.