“Xəzərin
mirvarisi" İslamiadaya
hazırdır
Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq
işləri yekunlaşmaq
üzrədir. 3 mindən çox idmançının
mübarizə aparacağı
arenalar demək olar ki, yarışları
qəbul etməyə hazırdır.
Bunlardan biri də “Baku Crystall Hall”dır.
“Bakı-2015” ilk Avropa Oyunlarına
yüksək səviyyədə
evsahibliyi edən “Xəzərin mirvarisi” indi də IV İslam Həmrəyliyi Oyunlarına öz töhfəsini verəcək.
Burada 3 idman növü üzrə yarışlar
təşkil olunacaq. “Crystall
Hall-1”də kişi və qadınlar arasında voleybol, “Crystall Hall-2”də boks və zorxana yarışları keçiriləcək.
Boksçuların mübarizəsi mayın
12-18-də, zorxanaçıların görüşləri isə
mayın 20-21-də təşkil
olunacaq.
Voleybolçular isə mübarizəyə
mayın 11-dən başlayacaqlar. Hər 2 qalibin
adı mayın 21-də
bəlli olacaq. Voleybol yarışlarını
2200 nəfər, boks və zorxana turnirlərini 1600 nəfər izləyə biləcək. Boks
yarışında təxminən
30-a yaxın ölkənin
160 boksçusunun iştirakı
planlaşdırılır.
Məlumat üçün qeyd edək ki, “Baku Crystal Hall”
çoxməqsədli idman-konsert
kompleksidir. Burada genişmiqyaslı konsert tədbirlərini və idman yarışlarının
həm komanda, həm də ayrı növlərini keçirmək nəzərdə
tutulub. Kompleks Prezident İlham Əliyevin “Bakı şəhərində müasir
idman-konsert kompleksinin inşa edilməsi haqqında” 2011-ci il iyulun 11-də imzaladığı sərəncama
əsasən inşa olunub. 2012-ci il
yanvarın 15-də isə
Avropa Yayım Birliyi “Eurovision-2012” mahnı
müsabiqəsinin məhz
“Crystal Hall”da keçirilməsi
ilə bağlı qərar qəbul etmişdi.
“Crystal Hall” müasir
texnika ilə təchiz olunduğundan burada işıqlandırma, havalandırma
sistemi yüksək səviyyədədir. 25 min nəfərlik tamaşaçı
yeri olan kompleks orijinal arxitekturası ilə də fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. “Baku Crystal Hall”ın
əhəmiyyətini artıran
mühüm amillərdən
biri onun Dövlət Bayrağı
Meydanı ətrafında
yerləşməsidir. Xatırladaq
ki, kompleksin layihəsinin baş dizayneri alman şirkəti “GMP”, arenanın
dizayneri İsveçrə
şirkəti “Nüssli
International AG”dir. Tikinti
işləri 2012-ci il
aprelin 16-da başa çatıb. Həmin il mayın
7-də Prezident İlham
Əliyevin iştirakı
ilə kompleksin rəsmi açılışı
olub.
Kompleksin ümumi sahəsi 30958 kvadratmetrdir. Kristal zalın fasadı müxtəlif işıq effektləri yaratmağa imkan verən 1200 ədəd müasir dinamik led lampalarla təchiz edilib. Zal və arena boyu
dəhliz iki simmetrik yerə bölünür. Ümumilikdə 30 girişi var. Dəhliz boyu iaşə obyektləri, keytrinqlər,
tibbi yardım məntəqəsi, sanitar
qovşaqlar fəaliyyət
göstərir.
2015-ci ildə qitə tarixində ilk dəfə təşkil olunan Avropa Oyunlarında
boks, karate, taekvondo və voleybol yarışları
burada keçirilib. Arenadakı ən modern infrastruktur azarkeş və idmançıların böyük
marağına səbəb
olub. Nəticə etibarilə bir
çox idman və konsert tədbirlərini yüksək
səviyyədə təşkil
etməsi onu deməyə əsas verir ki, “Crystal Hall” IV İslam Həmrəyliyi Oyunları zamanı da üzərinə düşən vəzifənin
öhdəsindən layiqincə
gələcək.
Elçin CƏFƏROV
Azərbaycan.-
2017.- 27 aprel.- S.1.