“Azərbaycan Respublikasında turizmin
inkişafı ilə bağlı əlavə tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamında
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 9, maddə 1492) aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin:
“3.2-1. bu sərəncamın 4.10-cu bəndində nəzərdə tutulan Turizm Reyestrinin aparılma qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
26 aprel 2017-ci il
Azərbaycan.- 2017.-27 aprel.- S.1.