İnsanlara nur bəxş edən alim

 

Mərhəmət xeyirxahlıq rəmzinə çevrilən akademik  Zərifə Əliyevanın əbədiyaşar xatirəsi ehtiramla anıldı

 

Görkəmli oftalmoloq alim, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94 illiyi tamam olur. Əlamətdar günlə  bağlı paytaxtın Nəsimi rayonunun idarə təşkilatlarında görkəmli alimin xatirəsinə həsr olunmuş bir  sıra tədbirlər  keçirilib. TədbirlərdəAzərbaycan qadını “Ana - müqəddəslik zirvəsidirmövzularında inşa yazı, bədii qiraət müsabiqələri keçirilib, şagirdlərin rəsm əsərlərinin sərgiləri təşkil edilib, məktəblərin foyelərində Azərbaycan tibb elminin görkəmli şəxsiyyəti olan akademik Zərifə xanım Əliyevaya həsr olunmuş guşələr yaradılıb.

Nəsimi Rayon İcra Hakimiyyəti Azərbaycan Tibb Universiteti ilə birlikdə akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuşİnsanlara nur bəxş edən alimmövzusunda tədbir keçirib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Zərifə xanım Əliyevanın həyat fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.

A.Əsgərov bildirib ki, Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətlərindən birini peşə oftalmologiyası təşkil edib. Alim dünyada ilk dəfə görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb praktik olaraq elm aləmində yeni bir istiqamətin - “peşə oftalmologiyası”nın əsasını qoyub.  Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Keçmiş SSRİ- bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşüb. Ümummillli lider Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm fəal ictimai xadim, qayğıkeş ana olmuşdur. Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.

Daha sonra Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri professor Paşa Musayev  həmin  kafedranın dosenti Solmaz Əliyeva Zərifə xanım Əliyevanın həyat fəaliyyətinin müxtəlif məqamlarından söz açıb, onun Azərbaycan səhiyyəsinə verdiyi töhfələrin əhəmiyyətini yüksək dəyərləndiriblər. Zərifə xanım Əliyeva təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə xüsusi diqqət yetirib. Taleyini tibb elminə həsr edən akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual problemlərinə dair tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsinə böyük əmək sərf edib, bu xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi müalicə metodlarının tapılması istiqamətində əvəzsiz xidmət göstərib.

Qeyd edək ki, bu ərəfədə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən fiziki qüsurlu şagirdlərin təhsil aldığı  11 268 saylı xüsusi məktəblərin şagirdlərinin Bioloji Təbabət Klinikasında pulsuz tibbi müayinəsi təşkil edilib. Azərbaycan Tibb Universitetindəki tədbirdə müayinədən keçmiş uşaqlara eynəklər təqdim olunub.

Tədbir çərçivəsində “Qalereya-1969”da Mədəniyyət Turizm Nazirliyinin, Nəsimi Rayon İcra Hakimiyyətinin  birgə təşkilatçılığı ilə görkəmli elm xadiminin əziz xatirəsinə həsr olunmuş Azərbaycanın tanınmış rəssamlarının əl işlərindən ibarət sərginin açılış mərasimi keçirilib. Mərasimdə Mədəniyyət Turizm Nazirliyinin rəhbərliyi, Milli Məclisin deputatları, tanınmış səhiyyə işçiləri, rayon ictimaiyyətinin, ağsaqqalların, veteranların, gənclərin nümayəndələri iştirak ediblər.

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev görkəmli tibb mütəxəssisi, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94 illiyinə  həsr olunan tədbirin əhəmiyyətindən danışıb, alimin əziz xatirəsinə həsr olunan sərgidə nümayiş etdirilən rəsm əsərlərini yüksək qiymətləndirib.

Mərasim  iştirakçıları  Azərbaycanın görkəmli rəssamlarından Oqtay SadıxzadəninZərifə xanım Əliyevanın portreti”, Altay SadıxzadəninMehriban xanımın portreti”, həmçinin xalq rəssamları  Baba Əliyevin, Mikayıl Abdullayevin, Tahir Salahovun, Maral Rəhmanzadənin, Vəcihə Səmədovanın, Xalidə Səfərovanın, Salam Salamzadənin, Ağa Mehdiyevin, Asəf Cəfərovun digər görkəmli rəssamların anaya, Azərbaycan qadınlarına həsr olunmuş əsərlərinə tamaşa etmişlər.

Tədbirdə xalq artisti Samir Cəfərov “Ana” mahnısı ilə,  Bakı Musiqi Akademiyasının tələbələri Mədinə Ağayeva, Vüsal Aydəmirov Alp Əliyev müxtəlif klassik musiqi nömrələri ilə çıxış ediblər.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2017.- 27 aprel.- S. 4.