“Sevdiklərim Bakıdadır”

 

M.Rostropoviç bütün dövrlərin böyük azərbaycanlısıdır

 

Ədəbiyyat və mədəniyyət, elm və təhsil sahələrində bəşəriyyətə bir çox dühalar bəxş etmiş qədim Azərbaycan torpağı ləyaqətli oğulları ilə haqlı olaraq həmişə qürur duymuşdur. Belə dahi sənətkarlar sırasında xalqımızın doğma övladları ilə yanaşı, digər millətlərin nümayəndələri də olub. Ölkəmizdəki multikulturalizm və tolerantlıq ənənələri onlara da eyni gözlə baxmağa, hörmət və məhəbbət bəsləməyə, sənətkarlıq yollarında professional inkişafları üçün hər cür şərait yaratmağa imkan verib. Bunlara cavab olaraq həmin şəxsiyyətlər də bizləri sevib, hörmət və ehtiram göstərib, Azərbaycanda dünyaya gəldikləri üçün fəxr edib, doğma torpaqlarından heç vaxt üz döndərməyiblər. Böyük sənətkar Mstislav Rostropoviç kimi.

Bu il fevralın 10-da Prezident İlham Əliyev dünya şöhrətli musiqiçi, görkəmli ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi, SSRİ xalq artisti, dövlət və Lenin mükafatları laureatı Mstislav Leopoldoviç Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Mstislav Rostropoviç müasir dünya musiqisinin inkişafına misilsiz töhfələr vermiş böyük sənətkardır. O, violonçel ifaçılığı tarixində yeni bir dövr açmış və ən mötəbər konsert salonlarında orkestr dirijoru kimi çoxsaylı çıxışlar etmişdir. Bununla da ümumbəşər mədəniyyəti xəzinəsini daha da zənginləşdirmişdir.

Rostropoviçin doğma vətəni Azərbaycanın beynəlxalq mədəni əlaqələrinin möhkəmləndirilməsində və xalqımızın musiqi sənətinin inkişaf etdirilməsində müstəsna xidmətləri olmuşdur.

Bu nəslin uluları PolşadaLitvada yaşayıblar. Rostropoviçyuslar kimi tanınıblar. Onların köklü nəsil tarixləri Yan Rostropoviçyusdan (birinci nəslin nümayəndəsi) başlanır. Bu nəsildə rus, polyak, Litvaçex xalqlarının nümayəndələri olub.

Rostropoviçlərin bütün nümayəndələri musiqiyə sonsuz maraqları və istedadları ilə fərqləniblər. Onlar fortepianoda çalmağı bacarıb, gözəl səslə mahnılar oxuyublar. Bundan əlavə, hər dəyişən nəslin bir neçə nümayəndəsi öz həyatını bilavasitə musiqiyə həsr edib.

Mstislav Rostropoviçin atası Leopold səkkizinci nəslin nümayəndəsidir. O, 13 yaşında Peterburq Konservatoriyasına daxil olurömrünü fortepiano ilə bağlayır. Sonralar həm pedaqoji fəaliyyətlə məşğul olur, həm də xaricə, həmçinin SSRİ-nin müxtəlif yerlərinə, o cümlədən Bakıya və Tbilisiyə qastrol səfərlərinə çıxır. Böyük oktyabr sosialist inqilabından sonra Leopold işsiz qalır. Petroqradda aclıq başladığından Saratova köçürdörd il burada yaşayır. Lakin konsert turnelərindən biri onu Orenburqa çəkir.

Təxminən 1925-ci ilin ortalarında L.Rostropoviç Üzeyir bəy Hacıbəylinin dəvəti ilə Bakıya gəlir. Burada o, Azərbaycan Dövlət Konservatoriyasında çalışır, ilk simli kvarteti yaradanlardan biri kimi professional violonçel məktəbinin inkişafına əvəzsiz töhfələr verir. L.Rostropoviç həyatının Bakıda keçən dövründə dörd violonçel konsertinin, fortepianoviolonçel üçün pyeslərin, fortepiano əsərlərinin müəllifi olur, çoxlu mahnılar bəstələyir. 1927-ci il martın 27-də gənc ailənin ikinci övladı - Mstislav dünyaya gəlir.

Rostropoviçin ilk illəri Bakıda keçmişdir. Dörd yaşında ikən anasından piano ifaçılığının sirlərini öyrənmiş, 10 yaşında isə atasından violonçelin incəliklərini əxz etmişdi. Sonralar böyük sənətkar yazırdı: “Mən uşaq ikən Bakıda yaşayarkən 5 yaşınadək royal çalır, musiqi bəstələyirdim. Bir sözlə, fitri istedad idim. Lakin buranı tərk edərkən fitri istedadımı itirib adi istedada çevrildim. Çox şey itirdim, gərək getməyəydim, Bakıda yaşayaydım...”

İkinci Dünya müharibəsi illərində onların ailəsi yenidən Orenburqa, sonra Moskvaya köçür.

1943-1948-ci illərdə Rostropoviç Moskva Konservatoriyasında təhsil alır. O, bu ali musiqi ocağına 16 yaşında qəbul olur, pianoviolonçel ifaçılığı ilə yanaşı, dirijorluq və bəstəkarlıq ixtisaslarına da yiyələnir. Müəllimləri arasında isə Dmitri ŞostakoviçSergey Prokofyev kimi sovet-rus musiqisinin nəhənglərini misal göstərmək olar. Rostropoviç 1945-ci ildə Sovetlər Birliyində ilk dəfə keçirilən gənc musiqiçilərin birinciliyində qızıl medala layiq görülür və istedadlı violonçel ifaçısı kimi diqqəti cəlb edir.

Sonralar, 1956-cı ildə konservatoriyanın violonçel ifaçılığı şöbəsində professor təyin edilir. Hələ tələbə ikən Mstislav dəfələrlə Şostakoviçin müəllif gecələrinin iştirakçısı olur, əsərin fortepiano partiyasını çalan bəstəkarla onun violonçelfortepiano üçün sonatasını ustalıqla ifa edir. Bu zaman əsərin heyrətamiz dərəcədə maraqlı və zəngin olmasını, ələlxüsus da alətlərin indiyədək açılmamış texniki imkanlarını aşkarlayır.

İlk violonçel konsertini 1942-ci ildə verən Mstislav 1947, 1949 və 1950-ci illərdə Praqada və Budapeştdə keçirilən beynəlxalq musiqi müsabiqələrinin qalibi olur. 1950-ci ildə, cəmi 23 yaşında isə o zaman Sovetlər Birliyində ən ali mükafat hesab olunan Stalin mükafatına layiq görülür. Artıq bütün SSRİ-də şöhrət qazanmış gənc və son dərəcə istedadlı Rostropoviç Sankt-PeterburqMoskva konservatoriyalarında pedaqoji fəaliyyətini də davam etdirir.

Elə buradaca bildirək ki, Mstislav Leopoldoviç istər böyük, istərsə də kiçik auditoriya qarşısındakı hər çıxışı yeni tapıntılarla dolu olurdu. O deyirdi: “Mənim sənətdə dəyişkənlik istedadım var, çünki ifaçı - musiqiçi dondan-dona girən buqələmundur. Əgər soruşsanız ki, hansı bəstəkarı, yaxud hansı əsəri xoşlayırsan, - cavab verməkdə çətinlik çəkəcəyəm. Mən ifa etdiyim bütün əsərləri dəlicəsinə sevirəm”.

O, virtuoz idi. Yəni öz çağdaşlarından daha üstün, hətta qat-qat iti, cəld çalğıları ilə seçilirdi. Virtuoz dedikdə, pasajları (keçidləri), texniki xırdalıqları və başqa çətinlikləri daha tez, çılğınlıqla, coşqu ilə ifa etməyi bacaran çalğıçılar nəzərdə tutulur. Onların çalğı texnikası dairəsindəki tapıntılar musiqini təkmilləşdirir və sonra bəstəkarlara sanki yeni yaradıcılıq yolları göstərir. Rostropoviç bu virtuozlardan idi.

İfaçılıq fəaliyyətini daim genişləndirən və yeniləşdirən Rostropoviçə violonçel üçün musiqi yazan Şostakoviç, Prokofyev, Britten, Bernşteyn, ŞnitkePiazollani kimi dahi bəstəkarlar olmuşdur. Sənətkar Dvoryakın və Haydnın violonçel üçün konsertlərinə interpretasiyaları ilə böyük şöhrət qazanmışdır.

1950-ci illərin əvvəllərində gənc Rostropoviç ömür yollarında ona axıradək vəfalı yoldaş, ayrılmaz dost olan xanımla rastlaşır. Belə ki, o, “Bolşoy Teatr”ın (“Böyük Teatr”) solisti Qalina Vişnevskaya ilə ailə qurur.

1962-ci ildə M.Rostropoviç Q.Vişnevskaya ilə birgə Qorki şəhərində ilk müasir musiqi yaradıcılığı festivalının təşkilində iştirak edirlər. Proqramda birinci hissə D.Şostakoviçin rəhbərliyi altında və solist M.Rostropoviçin ifasında keçir. Məhz bu festivalın ikinci bölməsində maestro sevimli müəllimi D.Şostakoviç kimi musiqi ictimaiyyəti qarşısında ilk dəfə dirijor ampluasında çıxış edir. Qazandığı müvəffəqiyyətdən sonra musiqiçinin dirijorluğa meyli daha da artır və bu, onu daha böyük əsərlər üzərində işləməyə ruhlandırır.

1964-cü ildə Qərbi Almaniyadakı çıxışı ilə dünya klassik musiqisevərlərinin də rəğbətini qazanır. Bu illərdə Rostropoviç Qərbi Avropada iştirak etdiyi musiqi turneləri zamanı Benjamen Britten daxil olmaqla, o dövrün bir neçə nüfuzlu bəstəkarları ilə tanış olur. 1967-ci ildə “Böyük Teatrda ÇaykovskininYevgeni Onegin” operasındakı çıxışı ilə özünün bu musiqi janrına olan sonsuz sevgisini və yüksək dirijorluq istedadını da nümayiş etdirir.

M.Rostropoviç dirijorluq ampluasına məhz D.D.Şostakoviçin violonçel konsertlərindən başlayır. Bəstəkarın ona həsr etdiyi ikinci violonçel konserti üzərində işləyərkən 1966-cı ildə demişdi: “Mən həmişə dirijorlara həsəd etmişəm! Mən həmişə yüz simli violonçel haqqında xəyal etmişəm. Lakin D.Şostakoviçin istedadı alətin natamamlığına qalib gəlib. Bu musiqini ifa edərkən mən özümü ilk dəfə dirijor dərəcəsində görürəm...”

Mstislav Rostropoviçin dünya musiqi mədəniyyətindəki rolunu tam şəkildə qiymətləndirmək çətindir. Onun istedadı böyük, professionallığı yüksək idi.

Rostropoviç violonçel sənəti tarixinə bu musiqi aləti haqqındakı təsəvvürləri kökündən dəyişdirmiş bir ustad kimi həmişəlik daxil olub. Görkəmli sənətkar özünün ifaçılıq, dirijorluq, bəstəkarlıq və müəllimlik fəaliyyəti ilə elə keyfiyyətlər nümayiş etdirib ki, onu cəsarətlə “Rostropoviç fenomeni” adlandırmaq olar. Müxtəlif dövrlərə və xalqlara aid musiqi bu insanın ifasında ürəkləri fəth edibdünyaya bir daha əsl sənətin gücününolduğunu göstərib.

Mstislav Rostropoviç violonçel çalanda yalnız bir ifaçı, musiqiçi idi. Dirijor pultu arxasında isə yalnız dirijor olurdu. Bu barədə özünün dedikləri maraq doğurur: “Mənim iki ixtisasımdan hər birinin tamam başqa-başqa psixoloji özülləri var... Mən və violonçel, - aramızda heç kim yoxdur. İkimizik. Amma dirijorluq zamanı mənimlə hər hansı aləm arasında ikinci insan durur. Canlı insan”.

Rostropoviçin həyatı çox keşməkeşli olmuşdur. Sovet ideologiyasının ən təhlükəli illərində o, siyasi təzyiqlərdən azad sənət, sərbəst fikirbu kimi kommunist ideologiyasına zidd demokratik ideyaları çəkinmədən səsləndirmişdir. Sovet hakimiyyətinə qarşı müxalif fikirləri ilk dəfə özünü 1948-ci ildə Moskva Konservatoriyasında təhsil aldığı illərdə göstərmişdir. Həmin dövrdə “formalist” bəstəkarlar haqqında qəbul edilmiş fərman nəticəsində müəllimi D.Şostakoviçin Sankt-PeterburqMoskva konservatoriyalarında professorluq dərəcələrindən məhrum edilməsinə cavab olaraq 21 yaşlı Rostropoviç etiraz əlaməti kimi təhsil ocağını tərk etmişdi. 1970-ci ildə isə sovet ideologiyasının təqiblərinə məruz qalmış yazıçı Aleksandr Soljenitsınla dostluğu hakimiyyətin qəzəbinə gəlmiş, özünün və ailəsinin xarici səfərlərə getməsinə qadağa qoyulmuşdu. Lakin bununla belə, solo konsertlər vermək üçün sənətkar Sibirə göndərilmişdi.

Nəhayət, 1974-cü ilin mayında Rostropoviç Moskva Konservatoriyasının Böyük zalında Çaykovskinin əsərlərindən ibarət vida konserti verir. Həmin ay özü, sonra da həyat yoldaşı SSRİ-ni tərk edirlər.

İlk dövrlərdə sənətkar və ailəsi qürbətdə işsizlikdən, pulsuzluqdan və tənhalıqdan çox əziyyət çəkir. Lakin böyük sənətkarlara heç nə və heç kim mane ola bilmir. 1977-1994-cü illərdə Mstislav Rostropoviç Vaşinqtondakı ABŞ Milli Simfonik Orkestrinin musiqi direktorudirijoru kimi fəaliyyət göstərir. Xaricə köçəndən sonra o, tədricən Böyük Britaniyada, ABŞ-da, İtaliyada və digər yerlərdə böyük anşlaqlarla keçən konsertlər verir. Çıxış etdiyi ölkələrin yüksək mükafatlarına layiq görülür.

Maestro Berlin divarlarının dağıdılması zamanı tamamilə improvizasiyaya əsaslanmış qeyri-adi bir ifaçılıq nümunəsi göstərir və bu çıxış televiziya ilə bütün dünyaya yayımlanır. 1990-cı ildə Amerika vətəndaşı olmasına baxmayaraq, Rostropoviçin Rusiya vətəndaşlığı da bərpa edilir.

Mstislav Rostropoviç XX əsrin 90-cı illərində Rusiya mədəniyyətinin və musiqisinin inkişafına yenidən böyük töhfələr verir. 1997-ci ildə görkəmli musiqiçi ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Bakıya dəvət olunurburada təntənəli surətdə onun 70 illik yubileyi keçirilir. Böyük sənətkar Azərbaycan Respublikasının yüksək mükafatı - “Şöhrət” ordeni ilə təltif edilir.

Növbəti ildə musiqiçinin və ailə üzvlərinin iştirakı ilə Bakıda doğulduğu evdə Rostropoviçlərin ev-muzeyi açılır. Daha sonra Rostropoviç hər il Bakıya gələrək buradaUstad dərsləri” və digər tədbirlər keçirir. 1999-cu ilin noyabr ayında keçdiyi ustad dərsindən sonra belə demişdi: “Mənim hər il bir həftəliyə Azərbaycana səfərim hamını heyrətləndirir. Əlbəttə, bunun üçün bir neçə çıxışımın üstündən xətt çəkməli oluram. Lakin ən başlıcası odur ki, sözümün üstündə kişi kimi (“kişi kimi” sözlərini Azərbaycan dilində demişdir - red.) durmuşam”.

2002-ci ildə Azərbaycanda dövlət səviyyəsində Rostropoviçin 75 illik yubileyi qeyd edilir. Onun təşəbbüsü ilə Üzeyir bəy Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə yapon musiqi alətləri hədiyyə edilir.

1997-ci ildə Bakıda olarkən böyük sənətkar Şəhidlər xiyabanına gedirorada göz yaşlarını saxlaya bilmir. Fəxri xiyabanda əziz dostları Niyazinin, Qara Qarayevin məzarlarını ziyarət edir. Bakıdakı çıxışlarının birində deyir: “Mən nəvələrimi xüsusi olaraq ona görə gətirmişəm ki, qoy onlar görsünlər babaları harada yaşamışdır. Həyatımız elə gətirdi ki, bizi ölkəmizdən - Sovet İttifaqından didərgin saldılar. Qalina Pavlovnanın mənə bəxş etdiyi qızlarım öz iradəsindən asılı olmayaraq qürbətə düşdülər, orada ərə getdilər. Birinin əri fransız, o birinin əri isə italyandır. Biz öz qanımızı zənginləşdirsək də, köklərimiz Bakıdadır”.

Rostropoviç sənətinin qüdrəti onun nadir istedadı, fitri qabiliyyəti, fədakar əməyi, musiqiyə hədsiz məhəbbətindən yaranıb. Ulu öndər Heydər Əliyev böyük sənətkara 70 illiyi münasibətilə göndərdiyi təbrik məktubunda yazmışdır: “Mənən azad olmayan sənətkar yarada bilməz” müddəasını özündə əks etdirən yaradıcılıq əqidəniz insan haqlarının müdafiə olunması sahəsindəki fəaliyyətinizdə də öz ifadəsini tapmışdır.

Sənətdə hədsiz müasir olmaqla yanaşı, siz yaradıcılığınızda varisliyin novatorluqla bənzərsiz vəhdətinə nail ola bilmişsiniz. Sizin atanız professor Leopold Vitoldoviç Rostropoviçin Azərbaycanda violonçel məktəbinin yaradılmasındakı böyük rolunu doğma şəhəriniz Bakıda minnətdarlıqla xatırlayırlar.

Ulu öndərlə M.Rostropoviç arasında səmimi və mehriban dostluq münasibətləri var idi. Ümummilli lider Heydər Əliyev ona həmişə “əziz dostum Slava” deyə müraciət edərdi, hər ifasını məftunluqla qarşılayar, dahi sənətkar kimi xidmətlərini yüksək dəyərləndirərdi. Mstislav Rostropoviç də hər dəfə ulu öndərlə görüşündə onun sənətinə verdiyi qiymətə cavab olaraq ilk sözü bu olurdu: “Zati aliləri, cənab Prezident, əziz dostum Heydər Əliyeviç! Öz hörmətinizlə məni sevindirdiniz. Siz böyük insansınız. Müharibəni dayandırmısınız. Xalqı öz ölkəsinin sahibi etmisiniz, onun nüfuzunu yüksəltmisiniz. Bunun misli yoxdur...” (29 aprel 1997-ci il).

2004-cü il yanvarın 27-də Azərbaycan Dövlət Filarmoniyasının təmirdən sonra açılış mərasimində maestro Rostropoviç əziz və sevimli dostu, dahi Heydər Əliyevin nurlu xatirəsinə dərin hörmət və ehtiram əlaməti olaraq violonçeldə İohan Sebastyan Baxın iki nömrəli süitasından “Sarabanda”nı ifa edir. Maestro özü bu əsər haqqında belə deyirdi: “Sarabanda, mənim üçün bir dua kimi səslənir. Özübu, hansısa dinə aid dua deyildir. Bu, bütün insanlar üçün duadır”.

Maestronun ənənəvi Bakıya gəlişinin növbəti dəfə sentyabrın 18-nə - Üzeyir Musiqi Gününə düşməsi təsadüfi deyildi. Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunan konsertinə maestro dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin “Koroğlu” operasının uvertyürası ilə başladı.

Sonuncu dəfə isə 2005-ci ildə Rostropoviçin Bakıya gəlişi mart ayına düşmüşdü. Maestro bu dəfə filarmoniyada xeyriyyə konserti vermişdi. Hər zaman gəlişi musiqi bayramına çevrilən Rostropoviçin sonuncu səfəri də hamının böyük sevincinə səbəb olmuşdu. Dahi musiqiçi ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdi. Məzarlıqdan çıxanda “Harada olsam, yenə də Bakıya qayıdacağam. Axı bura mənim vətənimdir” demişdi. Bunlar sanki dahi musiqiçinin son vida sözü idi!

2006-cı ildən etibarən dahi musiqiçinin səhhəti kəskin dərəcədə pisləşməyə başlayır. 2007-ci ildə 80 illik yubileyinə ciddi hazırlıq işləri görülür. M.Rostropoviç tədbirə qatılsa da, onun sağlamlıq durumunda problemlərin olduğu açıq-aşkar hiss edilir. Dahi musiqiçi həmin ilin aprel ayının 27-də onkoloji xəstəlikdən dünyasını dəyişir.

Doğulub böyüdüyü, özünə həmişə Vətən saydığı Azərbaycan Mstislav Rostropoviçi heç vaxt unutmur. Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2007-2015-ci illərdə dahi sənətkarın adını daşıyan 8 beynəlxalq musiqi festivalı keçirilib. Konsertlərində görkəmli musiqiçilər, solistlər, dirijorlar, tanınmış bədii kollektivlər iştirak ediblər.

Bu il aprelin 23-dən 27-dək Bakıda unudulmaz həmyerlimizin xatirəsinə həsr olunmuş sayca 9-cu festival artıq başlamışdır.

2007-ci ilin yazında Moskvada dünyasını dəyişən M.Rostropoviç XX əsrin musiqi sənətində və ictimai həyatında özünəməxsus yeri olan bir mədəniyyət xadimi və şəxsiyyətdir. Dünyanın ən sanballı simfonik orkestrləri belə nə vaxtsa onunla birlikdə verdikləri konsertlə bu günqürur duyurlar. Özünün dediyi kimi, “Səs səssizlikdən doğur”. O, çox incə nüansları, canlı həyat nəfəsli danışan pauzaları çox sevirdi. Onun idarəsi altında orkestr dirijorun dəmir əlini, polad iradəsini hiss edirdi. Əsərin çətin yerlərini Rostropoviç çox rahat asanlaşdırır, hamını çətinliyin çətin olmadığına inandırırdı. Orkestr elə bil öz-özünə ifa edir, bu da ilk növbədə ustadın peşəkar bacarığından qaynaqlananorkestri ilhamlandıran, dinləyicilər tərəfindən isə sehrbazlıq kimi yozulan bircə sözlə açıqlanırdı: Möcüzə!

Bütün bunların sayəsində o, dünya incəsənətində özünə nəhəng simalar siyahısında yer tutub. Təsadüfi deyil ki, Rostropoviçin sənəti dünyanın bir çox dövlətlərinin ən yüksək mükafatlarına, orden və medallarına, fəxri doktor adlarına layiq görülüb. Onun aldığı mükafatların sayı 50-yə yaxındır: Böyük Britaniya imperiyasının ikinci dərəcəli Cəngavər Ordeni, Fransanın Şərəf Legionu Ordeni, Rusiyanın “Vətən qarşısında xidmətlərə görə” birinci dərəcəli ordeni... Təbii ki, onların sırasında doğulub böyüdüyü Azərbaycandan aldığı mükafatların xüsusi yeri var. Bunlar Azərbaycanın ən yüksək mükafatları - “Heydər Əliyev” və “Şöhrət” ordenləridir.

Görkəmli həmyerlimiz, dahi sənətkar Rostropoviçin bütün mükafatlardanmaddi nemətlərdən yüksək tutduğu dəyərlər var idi. Bunlar insanların onaonun insanlara sevgisi idi. Ömrünü həsr etdiyi sənət idi, dünya musiqi xəzinəsi idi!

Dahi sənətkarın yaradıcılıq xəzinəsi Azərbaycanda da etibarla qorunub saxlanılır. Bu, onun əziz xatirəsidir, ulu öndər Heydər Əliyevlə, xalqla görüşləridir, sədaları hələ də qulaqlarda səslənən “Ustad dərsləri”dir...

 

İradə ƏLİYEVA,

 

Azərbaycan.- 2017.- 27 aprel.- S. 7.